Azərbaycanda NATO günləri
24.11.2022 [10:14]
Alyans ölkəmizi sınanmış tərəfdaş sayır
Azərbaycanda Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində NATO günləri keçirilir. Müdafiə Nazirliyinin məlumatına görə, NATO nümayəndə heyətinə Avropadakı Müttəfiq Qüvvələrin Baş Qərargah rəisinin müavini kontr-admiral Qunşteyn Brusdal başçılıq edir.
Noyabrın 21-də o, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev tərəfindən qəbul edilib.
“NATO-nun müxtəlif proqramları çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən mövcud və mümkün təhlükələr zamanı birgə tədbirlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Kontr-admiral Brustal Azərbaycanın NATO-nun sınanmış tərəfdaşı olduğunu qeyd edərək, terrorizmlə mübarizədə Bakının rolunu və Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq sülhməramlı missiyalarda iştirakını qeyd edib.
Yeri gəlmişkən, noyabrın 17-də Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə etimadnaməsini NATO Baş katibi Yens Stoltenberqə təqdim edib. Görüşdə tərəflər NATO-Azərbaycan tərəfdaşlığı və onun gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Noyabrın 21-də isə İspaniyanın paytaxtı Madriddə NATO Parlament Assambleyasının (PA) 68-ci sessiyası öz işinə başlayıb. Sessiyada alyansa üzv olan 30 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər. Tədbirdə ölkəmizi Azərbaycanın NATO yanında nümayəndəliyinin və Milli Məclisin nümayəndələri təmsil edirlər.
Azərbaycan NATO-nun üzvü olmasa da, qurumla hər zaman yaxın tərəfdaşlıq əlaqələri ilə seçilib. NATO çərçivəsində dünyanın bir sıra ölkələrində sülhyartma missiyasının iştirakçısı olan Azərbaycan terrorizmə qarşı mübarizədə hər zaman qurumun fəaliyyətində yüksək yer tutub. Eyni zamanda, Azərbaycan NATO-nun əsas güclərindən sayılan Türkiyə ilə strateji müttəfiqlik haqqında bəyannamə imzalayıb. Ümumiyyətlə, Azərbaycan Türkiyə ilə müttəfiqlik edərək ordusunu modernləşdirməyə çalışır. Bundan başqa, Ağdamda Türkiyə Rusiya ilə birgə monitorinq mərkəzini təşkil edib. Bu isə Azərbaycanın NATO ilə yaxın əlaq?lərinin bariz sübutudur. Nəzərə alsaq ki, Azərbaycan regionda təhlükəsizlik mühitinin formalaşdırılması istiqamətində mütəmadi addımları ilə seçilir, bu amil gələcəkdə Azərbaycan ilə Alyans arasında əlaqələrin daha da möhkəmlənməsinə yol aça bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İbrahim Babayev bildirib ki, NATO 1949-cu ildə Vaşinqton müqaviləsi ilə regional kollektiv müdafiə təşkilatı qismində təsis edilib. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası isə Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub. Azərbaycan SNT sənədinin prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə mütəmadi əsasda siyasi dialoq aparır: “Bu dialoq indiki halda da uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən çoxvektorlu xarici siyasət kursunda NATO ilə əlaqələrin davamlılığı, möhkəmləndirilməsi mühüm prioritetlərdəndir. Belə ki, ölkəmiz sülhməramlı əməliyyatlar, beynəlxalq sülh və təhlükəsizliyə töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və digər ortaq maraq kəsb edən mövzularla bağlı Alyansla yaxın əməkdaşlığa malikdir”.
Politoloq vurğulayıb ki, Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı sənədlərində əks olunan məqsədlərə nail olmaq üçün müvafiq tərəfdaşlıq vasitələrindən fəal istifadə edir. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sektorunda islahatlar, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlarda iştirak, mülki fövqəladə planlama, meydana gələn təhlükəsizlik təhdidləri ilə mübarizə kimi sahələrdə NATO ilə əməkdaşlıq niyyəti ifadə edilir. “Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələrinin qurulmasının 30 ili tamam olur. Müstəqil Azərbaycan NATO ilə əlaqələrin intensivləşməsinə və etimad mühitinin möhkəmlənməsinə böyük önəm verir. Digər tərəfdən, ölkəmiz NATO-nun ən böyük silahlı qüvvələrindən sayılan Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinə malikdir. Eyni zamanda, Türkiyə hər zaman Azərbaycan Ordusunun modernləşdirilməsində, təkmilləşdirilməsində mühüm rol oynayıb. Qardaş ölkə Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması prosesində əhəmiyyətli şəkildə iştirakçı olub. Təbii ki, bu da qurum ilə ölkəmiz arasındakı əlaqələrin inkişafına müsbət mənada təsir göstərir. Alyansın ölkəmizə qarşı münasibəti də yüksək səviyyədədir. Azərbaycanın müxtəlif sülhməramlı missiyalarında uğurlu iştirakı, terrorizmlə mübarizədə qəti mövqe ortaya qoyması hər zaman xüsusi olaraq qeyd edilib”, - deyə İ.Babayev bildirib.
Pərviz
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

