Azərbaycanın çoxvektorlu siyasəti...
19.11.2022 [10:11]
İsraildə səfirlik, Fələstində diplomatik nümayəndəliyimiz açılacaq
Xəbər verildiyi kimi, dünən Milli Məclisin iclasında çıxış edən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın İsraildə səfirliyinin təsis ediləcəyini bildirib. Komitə sədri qeyd edib ki, İsrail Azərbaycanda 1993-cü ildə səfirliyini açıb: “44 günlük Vətən müharibəsində Azərbaycana xüsusi yardım göstərmiş, kənarda qalmamış bir ölkə ilə əlaqələri inkişaf etdiməliyik”.
S.Seyidov bildirib ki, səfirliyimizin açılmasından sonra Azərbaycan-İsrail əlaqələri daha da inkişaf edəcək.
Bundan əlavə, S.Seyidov bildirib ki, Azərbaycanın Fələstində Təmsilçilik Ofisin də açılacaq. Bu barədə “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində qeyd olunub. Fələstin 2011-ci ildə Azərbaycanda təmsilçilik açıb. Azərbaycanın İslam dünyasında, ərəb dünyasında haqq sözünün daha aydın şəkildə eşidilməsi üçün bu, olduqca vacib məsələdir.
Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyən, eləcə də ölkəmizlə yaxın tərəfdaşlıq münasibətində olan İsrail dost ölkələrdən sayılır. Artıq uzun illərdir ki, rəsmi Təl-Əviv Azərbaycanın müdafiə sənayesinin inkişafında, eləcə də digər müstəvilərdə ölkəmizlə yaxın əməkdaşlığa malikdir. İsraildə səfirliyimizin açılması isə bu əməkdaşlığa yeni nəfəs qazandıra bilər. O baxımdan ki, son bir il ərzində İsrailin Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə əlaqələrinin normallaşması regionda yeni əməkdaşlıq plaftormasının əsasını qoyub. Bu, bir sıra sahələrdə aktiv tərəfdaşlığa münbit zəmin yaradır.
Azərbaycan - Türkiyə - İsrail geosiyasi oxu möhkəmlənir
Azərbaycanın İsraildə səfirliyinin açılmasını mühüm bir addım kimi dəyərləndirən politoloq İlyas Hüseynov bildirib ki, bu addım Azərbaycan - İsrail münasibətlərinin inkişaf etdirilməsi üçün əlverişli şərait formalaşdırır. Onun sözlərinə görə, indiyə qədər Azərbaycanın İsraildə səfirliyi fəaliyyət göstərməyib: “Bunun da bir sıra səbəbləri vardı. İlk növbədə İranla münasibətləri pozmamaq üçün belə bir strateji qərar verilmirdi. Lakin İran Ermənistanla daha sıx əlaqələrinin qurulmasının tərəfdarı qismində çıxış etdi və bu balansı pozdu. Qafanda İran konsulluğunun açılması, Təbrizdə Ermənistanın baş konsulluğunun açılışına hazırlıq işlərinin görülməsi buna misaldır. Azərbaycanın bu diplomatik gedişi etməsi üçün əlində tutarlı səbəbləri var. Digər tərəfdən, indiki dövrə qədər, xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın İsraildə turizm və ticarət nümayəndəliyi fəaliyyətə başlamışdı. Bu da çox önəmli bir siyasi gediş idi. İsraillə Azərbaycan arasında iqtisadi münasibətlər və turizm sahəsində olan əməkdaşlıq dərinləşdirilir. Hazırki situasiyada bu nümayəndəlik asanlıqla səfirliyə çevrilə bilər. Bunun üçün baza da formalaşdırılıb. Eyni zamanda İsraildə keçirilən parlament seçkilərində Azərbaycanın dostu sayılan Benyamin Netanyahunun qələbəsi də ölkəmiz üçün sevindirici haldır. Netanyahu Azərbaycanı tanıyır və əlaqələrin qurulmasında mühüm rolu olan şəxslərdəndir. Bu siyasətçinin Prezident İlham Əliyevlə görüşləri hər zaman xatırlanır”.
Münasibətlərin inkişafını həm də Türkiyə - İsrail əlaqələrinin yenidən qurulması kontekstində izah edən politoloq bildirib ki, Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yaxınlaşmasını istəyir. “Çünki bu dövlətlərin biri bizə dost, digəri qardaş və strateji müttəfiqimiz olan ölkədir. Fikrimcə, Türkiyə-İsrail münasibətlərinin istiləşməsində də Azərbaycanın mühüm rolu və təşəbbüsləri olub. İsrail Yaxın Şərqdə çox böyük nüfuza malik olan dövlətdir. Bu dövlətin lobbisi bütün dünyada böyük nüfuz sahibidir. Türkiyə-ABŞ münasibətlərinin yaxınlaşmasında, Türkiyə və Azərbaycan həqiqətlərinin dünyaya bəyan olunmasında İsrailin mühüm xidmətləri ola bilər. Biz bu gün yanımızda güclü, nüfuzlu dövlətləri görməkdə maraqlıyıq. Türkiyə və Azərbaycanın geosiyasi maraqları məhz təhlükəsizliyin möhkəmlənməsinə yönəlib. Artıq Azərbaycan - Türkiyə - İsrail geosiyasi oxunun möhkəmlənməsini biz daha geniş şəkildə görə bilərik. Çünki diplomatik nümayəndəliyin açılması məhz siyasi fəaliyyətin daha uğurlu şəkildə tənzimlənməsinə xidmət edəcək”, - deyən İ.Hüseynov onu da vurğulayıb ki, İsraillə Azərbaycan arasında olan sıx əlaqələr, həm də yəhudilərin Azərbaycanda tarixən yaşaması amili ilə də bağlıdır. Bu kimi amillər isə Bakı ilə Təl-Əviv arasındakı münasibətlərin daha da yaxınlaşmasına şərait yaradır.
Azərbaycan Fələstin ilə münasibətlərinə böyük diqqət ayırır
Fələstinə gəldikdə isə, bu dövlətlə münasibətlərin inkişafında da Azərbaycan hər zaman maraqlı olub. Yeri gəlmişkən, noyabrın 15-də Fələstin Dövlətinin milli bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı məktubda da iki ölkə arasında münasibətlərin birgə səylərlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda uğurla inkişaf edəcəyinə inam ifadə olunur.
Ümumiyyətlə, xarici siyasət kursunda hər zaman çoxvektorlu əlaqələrə üstünlük verən Azərbaycanın addımları bütün dünyada müsbət mənada təqdir edilir. Məsələn, bir sıra xarici KİV-lər Qoşulmama Hərəkatına uğurla sədrlik edən və İslam dövləti kimi böyük nüfuza malik olan Azərbaycanın Fələstin probleminin BMT-nin və İƏT-in qətnamələri əsasında həllində də fəal rol oynadığını bildirirlər. Azərbaycan dövlətinin Fələstin xalqına dəfələrlə humanitar yardımlar göndərdiyinin qeyd edildiyi bu kimi məqalələrdə Prezident İlham Əliyevin Fələstin dövləti ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bu ilin aprelində öz həmkarı Mahmud Abbasa ünvanlandığı məktubda Bakının Fələstinlə bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi edərək regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə töhfə verdiyini qeyd etməsi də vurğulanıb. Bundan başqa, Fələstin dövləti də Azərbaycanın bu ölkədə diplomatik nümayəndəlik açmasında hər zaman maraqlı olub. Məsələn, bu ilin avqustunda Türkiyənin Konya şəhərində Prezident İlham Əliyevlə görüşən Fələstinin baş naziri Mohammed Ştayyeh də Fələstində Azərbaycan səfirliyinin açılmasına ümid etdiyini bildirmişdi. Baş nazir Fələstinlə həmrəyliyinə, göstərdiyi dəstəyə və humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdi. Prezident İlham Əliyev də Azərbaycan xalqının Fələstin xalqı ilə həmrəy olduğunu, siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdı.
Azərbaycanın Fələstində diplomatik nümayəndəlik açması məsələsinə də münasibət bildirən politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan Fələstin ilə münasibətlərinə də böyük diqqət ayırır. Onun fikrincə, Fələstin probleminin həlli müasir beynəlxalq münasibətlər sistemində böyük bir irəliləyişə səbəb olacaq: “Bu baxımdan Azərbaycan İsraildə səfirlik açmaqla yanaşı, Fələstində də diplomatik nümayəndəliyin təsis olunması kimi bir mühüm qərar verib. Bu, həm də Azərbaycanın balans siyasətinin göstəricisidir, təzahürüdür. Eyni zamanda Azərbaycan ərəb dünyası ilə, İslam dünyası ilə münasibətlərə də böyük diqqət ayırır. Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Sammitində xüsusi statuslu qonaq qismində iştirak etməsi, Qoşulmama Hərəkatının rəhbəri kimi bu tədbirə qatılması, Əlcəzairdə çoxsaylı mühüm görüşlər keçirməsi bunun göstəricisidir. Azərbaycan müxtəlif qütblərdə, vektorlarda yerləşən güc mərkəzləri ilə münasibətləri uğurla inkişaf etdirir və ölkəmizin həqiqətlərinin bəyan olunması siyasətini həyata keçirir. Bu isə Azərbaycana ancaq dostlar qazandırır. Bu mənada, Fələstində də diplomatik nümayəndəliyin açılması Azərbaycanın çoxvektorlu siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02

