Tehranın son oyunları...
17.11.2022 [10:29]
İran Azərbaycanı hədəfə almaqla düşmənlərini “dosta” çevirməyə can atır
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə son günlərdə iki dəfə ard-arda bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. İran rəsmiləri növbəti dəfə absurd iddia ilə çıxış edərək səfirə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim ediblər.
Təbii ki, İranın bu davranışı təəccüblə qarşılanmamalıdır. Nəzərə alsaq ki, xarici siyasət kursunda ermənipərəst mövqeyə üstünlük verən, daxildəki ictimai-siyasi gərginliklərin öhdəsindən gəlməyi bacarmayan İran hazırda özünə “dost” axtarışına çıxıb. Maraqlıdır ki, İranın “dost tapmaq” anlayışı Azərbaycanla düşmənçiliyin daha da genişləndirilməsi ilə bərabərləşdirilir. Bu dövlətin istər Azərbaycana, istərsə də Zəngəzur dəhlizinin fonunda regional layihələrə qarşı addımları başadüşülən deyil. Azərbaycana qarşı nümayiş etdirilən düşmənçilik üzərindən bəzi qüvvələrə “mesajlar ötürən” rəsmi Tehran vaxtilə ona qarşı sanksiyalar və məhdudiyyətlər yaradanlardan “dost” tutmaq arzusunu ortaya qoyur. Məsələn, İranda insan haqları ilə bağlı vəziyyətə görə Avropa Birliyi noyabrın 14-də növbəti sanksiyalar elan edib. İranın daxili işlər naziri Əhməd Vahidiyə də sanksiya tətbiq edib. O, ciddi insan haqları pozuntularına yol verməkdə məsuliyyət daşıyır. Tətbiq edilən sanksiyalara səyahət qadağası və aktivlərin dondurulması da daxildir. İranda insan haqları sanksiyaları kontekstində Aİ-nin məhdudlaşdırıcı tədbirlərinə məruz qalanların fiziki şəxslərin 126, qurumların sayı isə 11-ə çatıb. Bu kimi tədbirlərin fonunda, İranın Fransanın ardından özünü ermənidən betər erməni kimi göstərməsi haradan qaynaqlanır?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov son dövrlər İrana qarşı beynəlxalq təzyiqlərin, sanksiyaların artdığını bildirib. Hətta məhdudiyyətlərin daha da genişlənməsi ilə bağlı fikirlər də səsləndirilir: “Bu xüsusda BMT-nin İnsan Haqları Şurasında İranın həyata keçirdiyi fəaliyyətə və daxildə ictimai-siyasi asayişi qorumaq üçün tətbiq etdiyi zorakı metodlara qarşı xüsusi dinləmələrin keçirilməsi, müzakirələrin aparılması və qətnamənin qəbulu mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, İranın anti-Azərbaycan, ermənipərəst siyasətinə açıq şəkildə davam etməsinə bir səbəb də məhz daxildəki ictimai-siyasi gərginliklərdir. Ortada Zəngəzur dəhlizinin açılmasına qarşı bir mövqe var və anti-Azərbaycan ritorikası da məhz bu səpkidə davam etdirilir. Eyni zamanda səfirimiz artıq ikinci dəfə İran XİN-ə çağırılıb və ona nota təqdim olunub. Bu tamamilə qəbulolunmaz yanaşmadır. Səfir birinci dəfə İran XİN-ə çağırılan zaman rəsmi Bakı da analoji addımı atdı və İran səfiri XİN-ə dəvət olundu. Anti-Azərbaycan ritorikası isə hazırda İran KİV-lərində də geniş yayılıb. Bu isə təsadüfi sayıla bilməz”.
Politoloqun fikrincə, İran sanki Azərbaycanı hədəfə almaqla düşməni sayılan dövlətlərlə münasibətləri “düzəldir”. “Rəsmi Tehran son dövrlər Rusiyaya PUA-lar göndərir. Eyni zamanda, Azərbaycana qarşı fəaliyyətlə yadda qalır - sərhədlərimizdə təlimlər keçirir. Sanki bu Rusiya-İran münasibətlərinin daha da yaxınlaşdırılması üçün Tehranın seçdiyi xəttidir. O cümlədən, Azərbaycanın Fransaya qarşı da münasibəti yaxşı deyil. Fransa Senatının son qətnaməsi, Makronun çıxışları, Paşinyanla görüşün ardından Fransa prezidentinin ölkəmizə qarşı həqiqətə uyğun olmayan tezislər səsləndirməsi və dördtərəfli görüşdə Fransanın Ermənistanı müdafiə edən yanaşma sərgiləməsi buna sübutdur. Bütün bunların fonunda İran Fransa ilə yaxınlaşmaq üçün də Azərbaycanı hədəfə alır. ABŞ-a münasibətdə də biz İranın eyni mövqedən çıxış etməsini görürük. ABŞ-a qarşı Azərbaycanın əsas iradı bu ölkənin səfirinin işğaldan azad edilən Şuşaya səfər etməməsi ilə bağlıdır. Maraqlıdır ki, bu amil də Azərbaycan üzərindən İranın ABŞ-la yaxınlaşması üçün istifadə olunur. Təəssüflər olsun ki, Azərbaycanı hədəfə alan və bunu əlində əsas meyar edən İran bu yolla düşmənlərini dosta çevirmək üçün can atır. Bu fəaliyyət də səbəbsiz deyil. Daxildəki ictimai-siyasi vəziyyəti nizamlamaq üçün Tehran hər tərəfdə həm düşmən, həm də dost axtarışındadır. Nədəndirsə, Azərbaycan İran üçün qeyri-dost ölkələr siyahısında yer alıb. Baxmayaraq ki, Azərbaycan əvvəldən regionda təhlükəsizliyin, sabitliyin, mehriban qonşuluq münasibətlərinin tərəfdarı olub. İran isə əks mövqedə dayanaraq radikal xətti təmsil etməkdədir”, - deyə İ.Hüseynov əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15

