Türk dövlətlərinin hərbi birliyi
16.11.2022 [11:25]
Politoloq: Türk dövlətlərinin hərbi-siyasi blokunun yaradılmasının zamanı çatıb
Nardar BAYRAMLI
Özbəkistanda keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı daha da dərinləşdirmək və genişləndirmək əzmində olduqlarını, Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazır olduqlarını Səmərqənd Bəyannaməsi ilə bir daha təsdiqləyiblər. Sənəddə rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı sahələrində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Üzv dövlətlərin aidiyyəti qurumları müvafiq orqanlar, o cümlədən dövlət qurumları, qeyri-hökumət təşkilatları, media qurumları, elm adamları, qərar qəbul edən və rəy verən şəxslər arasında əlaqələri və koordinasiyanı gücləndirmək üçün əsasən ictimai diplomatiya, kommunikasiya və media sahələrində bir-biri ilə əməkdaşlıq etmək, eləcə də beynəlxalq sferada dezinformasiya ilə uğurla mübarizə aparmaq və geniş ictimaiyyəti dəqiq məlumatlandırmaq məqsədilə əməkdaşlıq üçün yeni imkanlar yaratmaq barədə təlimatlandırılıb. Dövlət və hökumət başçıları, həmçinin Zəngəzur dəhlizinin tezliklə açılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması, Avropa və Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsi və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən “Özbəkistan-Qırğızıstan-Çin” və “Termiz-Məzar-i-Şərif-Kabil-Pişəvər” dəmir yolu xətlərinin tikintisi üçün üzv dövlətlərin səylərini dəstəkləyiblər.
Sənəddə vacib məqamlardan biri də təhlikəsizlik və hərbi sahədə əməkdaşlıq məsələləri ilə bağlıdır. Bəyannamədə vurğulanır ki, tərəflər ümumi maraq kəsb edən təhlükəsizlik məsələləri üzrə sıx əlaqələndirmə və əməkdaşlığı təmin etmək üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv dövlətlərin hökumətləri və dövlət qurumları arasında müntəzəm olaraq təhlükəsizlik məsləhətləşmələrinin davam etdirilməsi barədə tapşırıq verib, müdafiə sənayesi və hərbi sahədə daha sıx əməkdaşlığa çağırış ediblər.
Təhlükəsizlik və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi TDT-yə nə verəcək?
Gələcəkdə türk dövlətlərinin hərbi ittifaqı yarana bilərmi? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Türk Dövlətləri Təşkilatının fəaliyyətində yeni mərhələ başlayıb. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə təşkilatın sıraları da genişlənib: “Özbəkistanın təşkilata tam hüquqlu üzv olmasından sonra, ötən il Türkmənistan müşahidəçi statusda üzv qəbul edildi. Bu gün isə Türkmənistanın TDT-yə tam hüquqlu üzv olması ilə bağlı da fikirlər var. Eyni zamanda, Macarıstanın TDT-də müşahidəçi statusunda təmsil olunması təşkilatın perspektivi üçün yeni üfüqlər formalaşdırır”.
Politoloq qeyd edib ki, TDT əvvəllər daha çox sosial-iqtisadi, humanitar platformaların icrası ilə məşğul idisə, hazırda hədəflər xeyli dərəcədə genişlənib. “Biz bir neçə il öncə təşkilatın hərbi xarakterli olmadığını bildirirdiksə, hazırda prioritetlər dəyişməkdədir”, -deyən həmsöhbətimizin fikrincə, bunun da ciddi səbəbləri var. İlk növbədə, Mərkəzi Asiyada geosiyasi və geoiqtisadi layihələr həyata keçirilməkdədir. Xəzər dənizi vasitəsilə “Orta Dəhliz”in reallaşması artıq həqiqətə çevrilir. Eyni zamanda, Trans-Xəzər qaz kəmərinin inşası ilə bağlı da qərarlar öz icrasını gözləyir. Azərbaycan ərazisində də mühüm əhəmiyyət kəsb edən layihələr reallaşır. Bəzi layihələr artıq icra olunub, bəziləri isə davam edir. İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Zəngəzur dəhlizinin açılması da əsas hədəflərdən biridir. Bütün meqalayihələrin - tranzit loqistika, karbohidrogen ehtiyatlarının nəqli, nəqliyyat infrastrukturunun inşasına mühüm investisiyalar cəlb olunubsa, onların təhlükəsizliyinin təmin olunması zəruridir. Ona görə də təşkilata üzv dövlətlərin həm müdafiə qabiliyyətinin gücləndirilməsi, preventiv tədbirlərin görülməsi, eləcə də layihələrin təhlükəsizlik seqmentinin möhkəmləndirilməsi əsas hədəflər sırasında qarşıya qoylub. Eyni zamanda, bütün dünyada olan türk toplumlarının hüquqlarının və təhlükəsizliyinin qorunması da çox önəmli məsələdir.
Politoloq hesab edir ki, türk dövlətlərinin hərbi-siyasi blokunun yaradılmasının zamanı çatıb: “Gələcəkdə türk dövlətlərinin hərbi birliyinin yaradılması haqqında fikirlər reallaşa bilər. Bunun üçün geosiyasi konyukturanı da nəzərə almaq lazımdır. Hazırda dünyada gedən proseslər diqtə edir ki, təhlükəslik sahəsinə xüsusi diqqət ayrılmalıdır. Türk dövlətləri öz müdafiələrini qurmalı və xarici təhdidlərdən qorunmaq üçün addımlar atmalıdırlar. Bu yöndə təhlükəsizlik, xüsusi xidmət orqanlarının məlumat mübadiləsi, informasiya seqmentində də bir platformanın qurulması və vahid şəkildə koordinasiyanın olması zəruridir. Eyni zamanda, məhz təhlükəsizliyin təmin ediməsi istiqamətində hərbi-siyasi blokun yaradılmasının zamanı çatıb. Artıq Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla bunun nümunəsini yaradıb. Qloballaşan dünyada baş verən prosesləri nəzərə alsaq, gələcəkdə türk birliyinin
“NATO”sunun yaradılması istisna deyil. Bu istiqamətdə addımların atılması gözləniləndir. Belə bir platformanın yaradılması bizim dostlarımızı sevindirəcək, düşmənlərimizi isə narahat edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02

