Vardanyan kimin yeni layihəsidir?
06.11.2022 [10:31]
Erməni nazir separatçı rejimdə “vəzifə” tutdu
Oktyabrın 31-də Soçi şəhərində keçirilən görüşdə Prezident İlham Əliyevin “Qarabağ münaqişəsi bitib” fikri regionla bağlı siyasi proseslərin inkişafına tam aydınlıq gətirdi - artıq nə Ermənistan, nə də onu dəstəkləyənlər bu kimi nadanlıqlarla spekulyasiyalar edə bilməzlər. Azərbaycanın mövqeyi qətidir. Bu baxımdan, Xankəndidə yerləşən hərbi-quldur dəstəsi heç bir siyasi məna və ya mahiyyət daşımır. Elə o mənada da, həmin quldur dəstəsinə kimin və ya kimlərin başçılıq etməsi də heç bir önəmə malik deyil.
Necə ki, noyabrın 4-də Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyan “yeni dövlət naziri” Ruben Vardanyanın rəsmi təqdimetmə mərasimini keçirib, onu “hökumət üzvlərinə” və “dövlət nazirinin aparatının” əməkdaşlarına təqdim edib. Rusiyadan Xankəndinə “idxal edilən” erməni milyarderin separatçı rejimin üzvləri arasında peyda olması isə heç nəyi dəyişmir - sadəcə, o da, separatçı quldur dəstəsinin bir üzvünə çevrilir.
Arutyunyan nəyə və niyə “sevinir”?
“Təqdimetmə mərasimidə” Arutyunyan deyib ki, Vardanyanın bu vəzifəni tutmaq təklifini qəbul etməsinə sevinir - çünki onun erməniləri “artsax” üçün bir ideya ətrafında birləşdirmək bacarığına inanır, üstəlik onun təcrübəsi, imkanları, bütün dünya ilə əlaqələri indiki mərhələdə “dövlət” üçün son dərəcə vacibdir. Bəli, Arutyunyan “sevinir” - ona sevinir ki, aradan çıxmağa fürsət qazanıb. Onun dünya ilə “əlaqələrinə” gəldikdə isə, bəlkə də Vardanyan “milyarder” kimi kimlərləsə əlaqəlidir. Amma “siyasətçi” kimi, üstəgəl separatçı rejimin üzvü kimi onu dünyada heç kim qəbul edə bilməz - çünki heç kim güclü, qətiyyətli, dünya tərəfindən qəbul edilən Azərbaycan dövlətini qarşısını almaq istəməz...
Vətən müharibəsi Azərbaycanın qəti qələbəsi ilə bitib
Guya “yeni layihə” kimi hazırlanan Vardanyan isə deyib ki, indiki dövrdə “artsax” da vəzifə tutmaq onun üçün böyük şərəf və böyük məsuliyyətdir: “Vəziyyətin ciddiliyini dərk edərək bu qərarı verdim. Biz başa düşməliyik ki, indi bizim üçün vətən müharibəsidir, əgər biz bunu dərk etməsək və bu məqsədə çatmaq üçün hər şeyi etməsək, bu o demək olacaq ki, biz xalqımız qarşısında borcumuzu yerinə yetirməmişik”.
Bəli, Vətən müharibəsi olub - Azərbaycanın Vətən müharibəsi... Və 2020-ci ilin 10 noyabrında Azərbaycanın qəti qələbəsi ilə bitib. “Qarabağ Azərbaycandır!” nidası isə münaqişənin hərbi-siyasi yekununu müəyyənləşdirib. Azərbaycan işğal altındakı ərazilərinin üzərində özünün suveren hüquqlarını bərpa edib, Vətənimiz azad olunub. Beləliklə, Vətən müharibəsi bitib. Vardanyanın isə hansı “vətən müharibəsi”ndən danışdığı bəlli deyil. O, separatizm yuvasına çevirdikləri Xankəndini “vətən” deyə təqdim etməyə çalışırsa, bunu da səhv edir - Xankəndi Azərbaycanın ayrılmaz bir hissəsi, tarixi torpağıdır.
Vardanyanın “əcdadı”...
Vardanyan açıqlamasında Qarabağda olduğu iki ayda çoxlu insanlarla görüşdüyünü deyir: “Çətin vəziyyətə baxmayaraq, onlar burada qalırlar, yaşayırlar, uşaq dünyaya gətirirlər. Biz “artsax”ı əcdadlarımızdan almışıq və onu ermənilərin gələcək nəsillərinə ötürməyə borcluyuq”.
Vardanyan anlamalıdır ki, ermənilərin orada qalmasına Azərbaycan hökuməti icazə verib - çünki həmin ermənilər Azərbaycanın vətəndaşlarıdırlar. Təbii ki, qarşıdakı mərhələdə seçim onların özlərinin olacaq - Azərbaycan qanunları əsasında yaşamaq istəyənlər, Azərbaycan vətəndaşlığı qəbul edənlər yenə də orada yaşaya biləcəklər. Əks halda, bunu istəməyənlər sakit bir şəkildə Azərbaycan torpağını tərk etməli olacaqlar.
O ki qaldı, Vardanyanın Qarabağı hansısa “əcdadından” almasına, yəqin ki, erməni milyarderin tarix bilgisi çox aşağıdır. Çünki Qarabağ tarixən Azərbaycanın ayrılmaz bir parçası olub.
Ruben kimin “çətiri” altındadır?
Bir sıra siyasi ekspertlər Ruben Vardanyanı Rusiyanın “proyekti” adlandırsalar da, son proseslər onu deməyə əsas verir ki, erməni milyarder yalnız Moskva üçün “işləmir”. O cümlədən Rusiya özü də Vardanyana açıq şəkildə “yiyə durmaq” istəmir. Səbəb bəllidir. Azərbaycanın qətiyyəti bir daha göstərdi ki, qarşısında kimliyindən asılı olmayaraq rəsmi Bakı dəyişməz mövqedədir - Qarabağ Azərbaycandır! Bu baxımdan, baş verə biləcək hər hansı bir neqativ hadisə zamanı “çətir” rolunda çıxış etmiş kimi görünməmək üçün Rusiya Vardanyanla bağlı təkziblər səsləndirir.
Nəticə etibarı ilə, Vardanyanın separatçı qüvvələrin arasına daxil olması, “dövlət naziri” kimi təqdim edilməsi prosesin məğzini dəyişməyəcək. Çünki Qarabağın Azərbaycanın daxili işi olduğunu həm Ermənistana, həm də digərlərinə açıq kontekstdə izah edə bilmişik...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23

