Ermənistan müxalifətinin yeni “mitinq şousu”
02.11.2022 [11:04]
Xankəndidə biabır olanlar noyabrın 5-də reytinq axtarışına çıxacaqlar
Qondarma rejimin oktyabrın 30-da Xankəndidə təşkil etdiyi “50 dollarlıq, 8 litrlik” mitinqi heç bir işə yaramadı. Ən əsası mitinq təşkilatçıları izdiham yaratmaq hədəfi ilə çıxdıqları yolda fiaskoya uğradılar. Erməni müxalifəti öz ayıbını “örtmək” üçün isə yenidən aksiya şousuna müraciət etmək qərarına gəlib. Belə ki, Ermənistan parlamentinin üzvü İşxan Saqatelyan noyabrın 5-də birlik mitinqi çağırışı edib. Saqatelyan qeyd edib ki, noyabrın 5-dən sonra mübarizə davam etdiriləcək və mitinqdə növbəti aksiyalar elan olunacaq. “Erməni Apostol Kilsəsinə və Katolikosuna müraciət edirəm, onun xeyir-duası və bu təşəbbüsə dəstək olması vacibdir. Ziyalıları bu mitinqdə iştirak etməyə çağırır, gəncləri küçələrə çıxmağa səsləyirəm. Hamıya müraciət edirəm, siyasi qüvvələr bütün fikir ayrılıqlarını bir kənara atmalı və vahid ideya ətrafında birləşməlidirlər”, - deputat bildirib. Onun fikrincə, parlament çoxluğu da mübarizəni dəstəkləməli, Nikol Paşinyanın maraqlarını müdafiə etməməlidir.
Kilsə reytinqini bərpa etməyə, müxalifət azalmış sıralarını artırmağa çalışır
Əslində bu mitinqin sosial deyil, siyasi sifariş olması, başqa sözlə, xarici qüvvələr tərəfindən təşkil edildiyi ilk baxışdan bəlli olur. Hətta bunu erməni siyasətçiləri də təsdiqləyir. Məsələn, politoloq Norayr Dunamalyan Ermənistan müxalifətinin təkbaşına mitinq keçirməklə ölkənin qarşısında duran bütün problemləri həll edə biləcəyinə şübhə ilə yanaşır. “Bu mitinqdən çox şey gözləmək lazım deyil, çünki Qarabağ və Ermənistan prosesləri arasında əlaqə tam düzgün deyil”, - politoloq izah edib. Saqatelyanın bütün ermənilərin katolikosunu müxalifətin mitinqinə dəstək verməyə çağırışına toxunan Dunamalyan qeyd edib ki, müxalifət Erməni Apostol Kilsəsinə üz tutaraq darmadağın olmuş mövqelərini möhkəmləndirməyə çalışır. Amma iş orasındadır ki, kilsənin də reytinqi aşağıdır. Bunu rəy sorğuları sübut edir. “Bir tərəfdən kilsə öz reytinqini bərpa etməyə, digər tərəfdən müqavimət hərəkatı azalmış sıralarını artırmağa çalışır. Problemlər çoxdur və çətin ki, bir mitinqlə həll olunsun”, - deyən erməni politoloq xatırladıb ki, sentyabrın 14-də İrəvanda keçirilən mitinqdə baş nazir Paşinyana etimadsızlıq səsverməsi tələbi irəli sürülmüşdü, amma heç bir işə yaramadı. O bildirib ki, müxalif qüvvələr nəinki bu məsələni həll edə bilməyiblər, hətta prezident postuna vahid namizəd də təqdim edə bilməyiblər.
Sadə ermənilər aksiyalardan imtina edir
Göründüyü kimi, erməni müxalifəti insanları öz “məqsədi” ətrafında birləşdirmək üçün bütün vasitələrə əl atır - amma bu baş vermir. Səbəb isə aydındır. Mitinq təklifi xaricdən “ixrac” edilsə də, orada iştirak etməli olan şəxslər sadə ermənilər olmalıdırlar. Ermənilər isə bu kimi mitinqlərdə iştirak etmək istəmirlər. Səbəb də aydındır - Ermənistan Azərbaycana qarşı müqavimət göstərmək gücündə deyil. Bunu sadə xalq anlayır və başa düşür ki, Azərbaycanın irəli sürdüyü təkliflərlə razılaşmamaq, hazırki hakimiyyəti “xəyanətdə” suçlayaraq getməsini tələb etmək onları məhvə sürükləyir. Beləliklə də, revanşist qüvvələrin arzuları gözlərində qalır. İstər Xankəndidə keçirilən, istərsə də noyabrın 5-nə planlaşdırılan mitinqin təşkilatçılarının kimliyi onların məqsədlərindən xəbər verir. Saakyanların, sarkisyanların, köçəryanların təşkil və ya tərtib etdiyi mitinq şouları heç bir zaman uğur qazana bilməz. Erməni xalqı bu insanların kimliyi ilə yaxından tanışdır.
Erməni kilsəsi yenidən çirkin siyasi oyunların tərkib hissəsinə çevrilir
O ki qaldı, erməni kilsəsinin mitinqə “dəvət” almasına, vurğulanmalıdır ki, bir müddət öncə erməni katalikosu Qaregin müxalifətlə görüş keçirmişdi. Bu, siyasi dairələrdə kilsənin siyasətə qarışması kimi dəyərləndirilsə də, bu görüşün də xarici maraqlar əsasında təşkili istisna deyil. Vurğulanmalıdır ki, xaricdəki anti-Azərbaycan və anti-Türkiyə mərkəzləri, hətta bəzi dövlətlər hər zaman erməni kilsəsinin “xidmətlərindən” istifadə ediblər. Bu dəfə də kilsəyə müraciətin əsasında məhz bu amilin dayanması inandırıcıdır. Erməni xalqının inam və etibarını qazana bilməyən müxalifət, revanşist qüvvələr özlərini təsdiq etmək üçün yenidən kilsə hiyləsinə əl atır, bu yolla əhalini aksiyalara cəlb etməyə çalışırlar. Amma bu da fayda verməyəcək. Çünki artıq sülh istəyən sadə ermənilər sosial şəbəkələrdə kilsənin siyasi oyunlarda iştirakını pisləməyə başlayıblar.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44

