Ermənilərin mitinqi...
30.10.2022 [21:36]
Qondarma rejim belə təxribatlarla sülhə mane olmağa çalışlr
Xəbər verildiyi kimi, Xankəndidə separatçı rejimin "parlamentinin" çağırışı ilə mitinq keçirilib. Azərbaycanın tərkib hissəsi olmaq istəmədiklərini bildirən ermənilər qondarma rejimin Qarabağın heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayacağını bildirən bəyanat qəbul ediblər. Sözügedən mitinqdə "dqr" "xarici işlər naziri" David Babayan da iştirak edib.
Ermənilərin mitinq "cəsarəti" isə Valday Diskussiya Klubunda Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi bəzi fikirlərindən gəldiyi bəllidir. Məlum olduğu kimi Rusiya prezidenti qeyd etmişdi ki, ortada iki "sülh müqaviləsi" var. Qərbin təklif etdiyi sülh müqaviləsində rəsmi Bakının Qarabağ üzərindəki bütün suveren haqqları tanınıb. Beləliklə, qondarma rejim də bu cür mitinqlərlə guya Paşinyana Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını təmin edən sülh müqaviləsini imzalamaması üçün təzyiq göstərir. Halbuki, oktyabrın 6-da keçirilən Praqa görüşündə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.
Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Xankəndi şəhərində bir qrup erməninin təşəbbüsü ilə keçirilən aksiyada səsləndirilən şüarlar və tələblər iki ölkə arasında əldə olunan razılığın, sülh müqaviləsinin imzalanmasının pozulmasına xidmət etməklə yanaşı, həm də təxribat xarakterlidir. O qeyd edib ki, ortada olan əsas təxribat isə təbii ki, Rusiyanı bu məsələdə Azərbaycana qarşı qoymaq cəhdləridir: "Hesab edirəm ki, Rusiyanın Xankəndidəki ermənilərə loyal münasibət göstərməsi, onları dəstəkləməsi Cənubi Qafqazda əsas tərəfdaşı olan Azərbaycanın Moskvaya olan inam və etibarını sarsıda bilər. Düşünürəım ki, rəsmi Moskva bu addımı atmaz. Rusiya yaxşı bilir ki, hazırki vəziyyətdə Qərbdən gələn təzyiqlərin qarşısında duruş gətirməsi üçün Azərbaycan dəstəklənməlidir. Əks təqdirdə isə yeni - həm Qarabağda, həm də Ermənistan ilə Azərbaycan sərhədi istiqamətində müharibə qaçılmaz ola bilər. Belə olan təqdirdə isə itirən Rusiya, Ermənistan və Xankəndidəki ermənilər olacaq".
Hərbi ekspert vurğulayıb ki, qondarma rejim hələ də nələrəsə ümidlidir. Amma Azərbaycanın bu məsələdə mövqeyi qətidir – hər hansı status müzakirə mövzusu deyil. "Cənab Prezident İlham Əliyev Praqada Azərtbaycan televiziyaları üçün müsahibəsində bildirdi ki, Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır və bütün Azərbaycan vətəndaşları ilə eyni hüquqa malik olacaqlar. Bu, Azərbaycanın açıq mövqeyidir", -deyə R.Məmmədli əlavə edib.
SADIQ
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12

