Paşinyanın 3 məntəqə “məntiqi”
29.10.2022 [11:00]
Azərbaycan “Zəngəzur dəhlizi”nin açılmasını hədəfləyib
Ermənistan hökuməti 2020-ci il üçtərəfli bəyanatıyla üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaq üçün yeni manipulyasiyalara əl atır. Belə ki, bu ölkənin baş naziri Nikol Paşinyan tvitterdə Ermənistan hökumətinin üç ay öncə Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində üç nəzarət-buraxılış məntəqəsinin yaradılması haqqında qərar verdiyini yazıb. “Ermənistan Azərbaycandan müsbət cavab gözləyir”, - deyə Paşinyan bildirib.
Xatırladaq ki, avqustun 4-də hökumətin iclasında Paşinyan bəyan etmişdi ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni bu gün də təmin etməyə hazırdır, lakin Azərbaycan Ermənistanın verdiyi imkandan istifadə etmir. O, Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Ermənistan sərhədini keçərək Naxçıvana getməyə çağırıb. Nəzarət-buraxılış məntəqələrinin yerinə gəlincə, Ermənistan Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.
Azərbaycan isə Naxçıvanla əlaqəni “Zəngəzur dəhlizi” vasitəsilə qurmağı hədəfləyib və bu istiqamətdə danışıqlar aparır. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Paşinyanın sözlərinə münasibət bildirib və qeyd edib ki, ölkəmiz Ermənistan hökumətinin Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarını 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi üzrə öhdəliklərinin yerinə yetirilməsinin imitasiyası kimi qiymətləndirir. “Çünki birincisi, aparılmış monitorinqin nəticələrinə görə, bu nöqtələrdən çıxan yollar relyefə və iqlim şəraitinə görə ilin böyük hissəsində, kommunikasiyaların bərpa edilməsinin məqsədlərindən biri olan Naxçıvanla nəqliyyat əlaqəsi və beynəlxalq tranzit daşımaları üçün yararlı deyil. Bundan əlavə, bir qayda olaraq, keçid məntəqələri tərəflərin razılığı ilə, qarşılıqlılıq əsasında açılır. Azərbaycanla isə bu məsələdə heç bir razılaşma olmayıb. Odur ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinə dair məlum bəyanatın 9-cu bəndinin şərtlərinin yerinə yetirilməməsinin əsas səbəbi, Ermənistan tərəfindən aparılmış monitorinqin tövsiyə etdiyi avtomobil yolunun optimal marşrutunu təqdim etməməsidir”, - deyə Baş nazirin müavini qeyd edib.
O vurğulayıb ki, həmçinin beynəlxalq tranzit daşımaları üçün keçid rejimlərinin və paritet əsasda daxili daşımalar üçün sadələşdirilmiş keçid rejimlərinin razılaşdırılması mühüm əhəmiyyət kəsb edir: “Beləliklə, Ermənistan tərəfinin mövzu üzrə spekulyasiyası və imitasiyası 20 aylıq danışıqlar prosesinin mahiyyətini təhrif edir, onun ləngiməsinə və son nəticədə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə gətirib çıxarır”.
Şahin Mustafayev qeyd edib ki, uzun müddətdir və hələ də nəqliyyat dəhlizi, ekstraterritoriallıq terminləri ilə bağlı spekulyasiyalar mövcuddur, baxmayaraq ki, onlar bir-biri ilə əlaqəli deyil və hətta sinonim deyillər. O xatırladıb ki, nəqliyyat dəhlizi nəqliyyat daşımalarını təşviq etmək üçün xərclərin və keçid vaxtının azaldılması məqsədilə razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət yürüdən bir neçə ölkənin ərazisindən keçən nəqliyyat marşrutudur: “MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında Sazişin və digər bu kimi çoxtərəfli və ikitərəfli sənədlərin tərəfi olan Ermənistana nəqliyyat dəhlizi konsepsiyası yaxşı məlumdur. O ki qaldı suverenliyin pozulması məsələsinə, xatırladıram ki, 2020-ci il 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistan ərazisində yol hərəkətinə nəzarət Rusiya FTX-in sərhəd xidməti tərəfindən həyata keçirilir. Bu faktın suverenliyi hansı dərəcədə pozduğu sualını Ermənistan hökumətinə aid etmək lazımdır”.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatının bəzi maddələrinin Ermənistan tərəfindən implementasiya olunmamasını görürük. Bu isə regionda həm sülhə təhdid yaradır, həm də Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsini nümayiş etdirir: “Azərbaycan Nikol Paşinyanın Ermənistanın Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açması ilə bağlı fikrinə reaksiya verib və bu da çox doğru yanaşmadır. Çünki Ermənistan tərəfi 10 noyabr üçtərəfli bəyanatının 9-cu maddəsini yerinə yetirməməklə həm də regional geosiyasi oyunçulara bir siqnal verir. Beləliklə də artıq bu layihədə maraqları olan dövlətlər də diplomatik-siyasi müstəvidə hərəkətə keçməyə məcbur olurlar. Düşünürəm ki, bu dövlətlərin Ermənistana təzyiq etmək üçün müxtəlif mexanizmləri mövcuddur və bu mexanizmlər işə düşəcəyi təqdirdə Ermənistan bu bəndin yerinə yetirilməsini həyata keçirəcək”.
İ.Hüseynovun fikrincə, hazırda əsas prioritet Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Ermənistanın baş naziri də ötən gün parlament saatı çərçivəsində qanunverici orqanda çıxışı zamanı bəzi şəxslərin dəhliz məsələsini daha çox gündəmə gətirməsinə eyham vurub. “Məlumdur ki, Nikol Paşinyan burada Rusiya tərəfini günahlandırır. Son dövrlər Ermənistanın Rusiyaya qarşı çox ciddi demarşının şahidi oluruq və iki dövlət arasında siyasi münasibətlər kifayət qədər zədələnib. Digər tərəfdən, Ermənistanın Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsinin coğrafiyasına baxdıqda görürük ki, rəsmi İrəvan vaxtilə mövcud olmuş avtomobil və dəmir yolunun keçdiyi əraziləri deyil, tamamilə keçilməz və aşırımlarla dolu olan əraziləri özü üçün buraxılış-nəzarət məntəqəsi kimi “görür”. İndiyə qədərki diplomatik trekdə mövcud olmuş kommunikasiyaların bərpası ilə bağlı məsələ müzakirə edilirdi. Ermənistan isə bölgdəki mövcud nəqliyyat arteriyasını işə salmaq yerinə, tamamilə mövcud olmayan, utopik, hazırlanması belə milyardlarla dollara başa gələcək əraziləri buraxılış məntəqəsi kimi göstərir. Bu, həm yolverilməzdir, həm danışıqlar müstəvisinə hörmətsizlikdir, həm də vasitəçilərin bütün səylərinin üstündən xətt çəkməkdir. Ermənistan bu addımı ilə sanki özünü proseslərdən kənar göstərmək niyyətini ifadə edir. Ona görə də bu barədə Azərbaycanın XİN-i bəyanat verdi. Eyni zamanda, Baş nazirin müavini Şahin Mustafayev də bildirib ki, Ermənistan bununla sanki öhdəliklərin yerinə yetirilməsi imitasiyasını həyata keçirir. Bu, yolverilməz bir yanaşmadır. Ermənistan siyasi-diplomatik danışıqlara ciddi yanaşmalıdır. Qarşısındakı Azərbaycanın qalib dövlət olmasının fərqinə varmalıdır”, - deyə İ.Hüseynov əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34

