Regionda əməkdaşlıq və etimad mühitinin formalaşmasında Azərbaycanın mühüm rolu
15.10.2022 [09:46]
Mübariz ABDULLAYEV
Məsuliyyətli dövlət olan Azərbaycan öz nümunəsi ilə regional əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfələr verir. Respublikamızın təşəbbüsü və moderatorluğu ilə bir sıra irimiqyaslı enerji və nəqliyyat layihələrinin uğurla reallaşdırılması ayrı-ayrı ölkələr arasında inteqrasiyanın dərinləşməsinə geniş imkanlar açıb. Ölkəmiz, eyni zamanda, yerləşdiyi coğrafiyada və bütövlükdə dünyada sülh və təhlükəsizlik şəraitinin möhkəmlənməsinə, qlobal çağırışlara qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə hesablanan təşəbbüslər irəli sürür. Prezident İlham Əliyev oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışında respublikamızın regionda əməkdaşlığın gücləndirilməsinə, qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsinə güclü siyasi iradə göstərdiyinə, eyni zamanda, bu proseslərə yaranan təhdidlərə diqqət çəkib.
Azərbaycan BMT-nin 4 qətnaməsinin icrasını öz gücünə təmin etdi
Azərbaycan regionda etimad mühitinin işğalçı Ermənistan tərəfindən zədələnməsindən əziyyət çəkən ölkədir. Respublikamızın ərazisinin 20 faizi ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının dəstəyinə arxalanan, onlardan güclü himayə görən bu ölkə tərəfindən işğala məruz qalmışdı. Bu işğal nəticəsində 1 milyondan çox soydaşımız onilliklər boyunca qurub-yaratdıqları ev-eşiklərindən zorla qovulmuşdu.Təxminən 30 il davam edən işğal dövründə Azərbaycanın şəhər və kəndləri, tarixi mədəni-dini irsi, sözün əsl mənasında, vandalizm təsirlərinə məruz qaldı. O cümlədən, məscidlərimiz, qəbiristanlıqlarımız təhqir olunub, təbii sərvətlərimiz talanıb, ekologiyaya ciddi ziyan vurulub.
Ermənilər hər yerdə özlərini mədəni xalq kimi təqdim etməyə çalışırlar. Ancaq mədəni xalq anlayışı ilə sadalanan dağıntılar əsla bir araya sığmır. Mədəni xalq heç bir halda insanların onilliklər boyu qurub-yaratdığı ev-eşiyi, tarixin daş yaddaşı olan abidələri yerlə-yeksan etməyi özünə rəva görməz. Təəssüf doğuran haldır ki, işğalın davam etdiyi 30 il ərzində Ermənistan cəmiyyətindən, ziyalılarından Azərbaycan ərazilərində törədilən vandalizm əməllərinə hansısa bir formada etiraz bildirilmədi. Əksinə, biz bu ölkədə vandalizm əməllərinin təqdir olunduğunun, terroristlərin qəhrəmanlaşdırıldığının şahidi olduq.
Eyni zamanda, 30 il ərzində Ermənistan işğalçılıq siyasətinə görə beynəlxalq təşkilatlar tərəfindən sərt şəkildə qınanılmadı. Biz görürük ki, bir sıra hallarda beynəlxalq qurumlar qonşularına münasibətdə ərazi iddiaları sərgiləyən və sərhədləri pozan ölkələrə qarşı çox operativ qaydada hərəkətə keçir və onları cəzalandırırlar. Azərbaycanın ərazilərini zor gücünə işğal edən Ermənistana qarşı isə belə məcburetmə tədbirləri görülmədi. Belə olan halda işğalçını Azərbaycanın özü cəzalandırmaq məcburiyyətində qaldı. Bəhs olunan çıxışında bunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb: “İkinci Qarabağ müharibəsində qazanılmış qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi”.
Ermənistanın mina terroru
Ermənistan 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasətini heç bir humanizm normasını gözləmədən aparıb. Birinci və İkinci Qarabağ müharibələri zamanı erməni hərbi birləşmələri tərəfindən bitib-tükənməyən müharibə cinayətləri törədilib. Döyüş meydanlarında Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən erməni hərbçiləri ağır silahları şəhər və kəndlərimizə, mülki insanlara tuşlayıblar. Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalını yer üzündən silmələri, burada 613 dinc sakini qətlə yetirmələri bəşəri cinayətdir. Erməni hərbi birləşmələri bu kimi müharibə cinayətlərini İkinci Qarabağ müharibəsi günlərində də eyni amansızlıqla davam etdirdilər. Azərbaycanın Gəncə şəhəri keçmiş təmas xəttindən çox-çox uzaqda yerləşir. Ancaq bu şəhər, eləcə də Bərdə, Tərtər və digər yaşayış məntəqələrimiz, demək olar ki, hər gün qadağan olunmuş silahlardan atəşə məruz qalırdı.
Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır. Son olaraq belə məzarlıqlardan biri Xocavənd rayonunun Edilli kəndində tapılıb. Burada cari il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid sümük qalıqları aşkar edilərək götürülüb. Belə məzarlıqların sayı çoxdur. Verilən məlumatlara görə, Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Azərbaycan itkin düşən vətəndaşları ilə bağlı məlumatların ölkəmizə verilməsini təkid edir. Qarşı tərəf isə müxtəlif yollarla məlumatları verməkdən yayınır. Ermənistanın indiki rəhbərlərinin bəhs olunan məlumatları respublikamıza təqdim etməmələri bu ölkənin əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya olunur.
İşğal dövründə ərazilərimizin minalanması Ermənistanın müharibə cinayətlərini bütün cəhətləri ilə əks etdirir. Ən dəhşətlisi odur ki, hələ də Azərbaycan ərazilərindən çıxardılmayan Ermənistana məxsus hərbi birləşmələr mina terrorunu müharibədən sonra da davam etdirirlər. Bir qədər bundan əvvəl Laçın rayonunun ərazisində tapılan minalar bunu əyani şəkildə təsdiqləyir. Həmin minalar Ermənistanda müharibə başa çatandan sonra-2021-ci ildə istehsal olunub. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. “İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın sülh çağırışları
Otuz illik işğal dövründə böyük məhrumiyyətlərlə üzləşən, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşən Azərbaycan bütün bunlara baxmayaraq, müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmi nümayiş etdirir. Ölkəmiz o mövqedən çıxış edir ki, regionun potensialı müharibəyə deyil, inkişafa, əməkdaşlığa, iqtisadi layihələrin həyata keçirilməsinə yönəldilməlidir. Bundan ötrü Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşdirilməli və sülh sazişi imzalanmalıdır. Yalnız bundan sonra iki ölkə arasında etimad mühitinin formalaşması mümkündür. Qeyd edək ki. Respublikamız postmüharibə dövründə qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu sənəd hazırlanarkən müharibənin qalib tərəfi olan Azərbaycan hansısa bir üstünlüklər qazanmaq, imtiyazlar əldə etmək niyyəti güdməyib, sırf beynəlxalq hüququ əsas götürüb. Azərbaycan regionda davamlı sülhə nail olunması üçün vasitəçilərin səyi ilə aparılan danışıqlarda fəallıq və konstruktivlik nümayiş etdirir. Sonuncu belə görüş dördtərəfli formatda bir neçə gün bundan əvvəl Çex Respublikasının paytaxtı Praqada baş tutub. Həmin görüşün nəticəsi olaraq qəbul olunan bəyanatda tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh sazişinin imzalanmasına razılıqlarını bildiriblər.
Azərbaycanın sülhyaratma prosesinə sadiqlik nümayiş etdirməsinə rəğmən, Ermənistan öz siyasətində yenə də ardıcıl deyil. Bu ölkənin baş naziri Nikol Paşinyan vasitəçiliyin səyləri ilə baş tutan görüşlərdə sülh sazişinin imzalanmasına razılığını bildirsə də, daxili auditoriya qarşısındakı çıxışlarında vədlərini “unudaraq” başqa iddialar səsləndirir. Prezident İlham Əliyev diqqəti Ermənistanın postmüharibə dövründə iki ölkə arasındakı sərhəddə törətdiyi təxribatlara çəkərək “Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir.
Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə bildirib.
Azərbaycan beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən biri kimi
Azərbaycanın coğrafi yerləşməsi respublikamızın Avrasiyanın mühüm nəqliyyat-logistika məkanlarından birinə çevrilməsi üçün çox əlverişlidir. Ölkəmizdə bu imkanlardan səmərəli istifadə olunmasını hədəfləyən məqsədyönlü fəaliyyət həyata keçirilir. Son illərdə böyük investisiya qoyuluşu hesabına respublikamızın ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə müasir yol-nəqliyyat infrastrukturu qurulub, yeni logistik mərkəzlər yaradılıb. Respublikamız həmçinin önəmi getdikcə artan Orta Dəhlizin mühüm həlqələrindən birini təşkil edir. Bu dəhlizlərin hamısı optimal marşrutlarla bir-birinə inteqrasiya edilib. Bu da ölkəmizə Asiyadan Avropaya və əks istiqamətə göndərilən yükləri fərqli marşrutlara yönəltməyə imkan verir. Marşrutların şaxələndirilməsi Azərbaycanın böyük üstünlüyüdür. Bu üstünlüklərdən bəhrələnmək istəyən daşıma şirkətləri öz yüklərinin məhz Azərbaycan üzərindən təyinat yerlərinə çatdırılmasına çalışırlar. Bunu statistik rəqəmlər də təsdiqləyir. Cari ildə Azərbaycan üzərindən tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev məmnunluq hissi ilə vurğulayıb ki, 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”, - deyə dövlətimizin başçısı bildirib.
Xəbər lenti
Hamısına baxSosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26

