Ermənistan bayrağı endirildi...
06.10.2022 [10:27]
Akopyan bayrağı qaldırmağa cürət eləmir
PƏRVİZ
2020-ci il Vətən müharibəsi 30 ilə yaxın davam etmiş ədalətsizliyə son qoydu. Təcavüz yolu ilə işğal olunmuş Azərbaycan torpaqları azad edildi. Regionda yeni siyasi mənzərə formalaşdı. Bu mənzərə isə özündə yalnız geosiyasi gerçəklikləri əks etdirmədi, həm də ölkələrin daxili siyasi durumunu müəyyənləşdirdi. Müharibədən ötən iki il ərzində ölkələrin gündəmi, siyasi ab-havası bunu deməyə əsas verir. Müharibədən çıxmış iki ölkədə vəziyyət fərqlidir. İstər müharibə zamanında, istərsə də müharibədən sonra Azərbaycan cəmiyyətinin, siyasi kəsimin mütləq əksəriyyəti bir yumruq kimi birlik nümayiş etdirirsə, Ermənistanda tamam fərqli hal yaşanır. Ölkə əhalisi hakimiyyət, revanşist müxalifət, xarici ölkələrin istismarında olan müxalifət, hətta kilsə arasında seçim etmək məcburiyyətində qalıb. Cəmiyyətin heç kimə inamı qalmayıb desək, daha doğru olar. Bunu faktlar da sübut edir. Bu gün köçəryanlar, sarkisyanlar, ohanyanlar və qareginlər erməni cəmiyyətindən yalnız öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Hər kəs anlayır, başa düşür ki, “qatar gedib”. Ortada həm hakimiyyət, həm də müxalifət üçün bir yol qalır - müharibə kartından öz şəxsi maraqları üçün istifadə etmək. Görülən işlər, aparılan təbliğat, atılan addımlar isə göstərir ki, onlar bunu da bacarmırlar.
Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Lançikdə yeni uşaq bağçasının açılışını edib. Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmenti isə baş nazirin ailəsini tənqid atəşinə tutub. Çünki hər bir işdə olduğu kimi Anna Akopyan bu dəfə də özünəməxsus “təşkilatçılığı” ilə yadda qalıb. Belə ki, iki il öncə Azərbaycan əsgərinin qarşısında endirilən Ermənistan bayrağı bu dəfə də analoji vəziyyətdə olub. Adətən açılışlarda dövlət bayrağı binanın qarşısında qaldırılmış halda olur. Bu dəfə isə əksinə, Ermənistan bayrağı aşağı endirilmiş formada qalıb.
Hətta sosial şəbəkə istifadəçiləri bu hala öz etirazlarını açıq şəkildə ifadə ediblər. “Ermənilər hüzndə, Anna Akopyan isə kef eləyir” məzmununda statuslar erməni seqmentində fəal şəkildə paylaşılıb. Siyasi fəal Karapet Poqosyan Facebook səhifəsində bununla bağlı diqqətçəkən foto paylaşaraq yazıb: “Dünən “Erato” (Narazı ermənilər Anna Akopyanı belə çağırırlar) Lançikdə uşaq bağçası açıb. Ermənistan Respublikasının rəmzi olan dövlət bayrağı yarıya qədər qaldırılıb və açılış zamanı belə biabırçı formada dalğalanıb. Adətən Eratonun əri Paşinyan torpaq bağışlayanda və ya matəm günü elan ediləndə bayrağımız yarıya endirilir. İndi bir məsələni anlamaq istəyirəm. Görəsən bu olay da rəmzi məna daşımır ki? Anna Akopyanın Lançikə bu formada gəlməsi növbəti matəm anlamı verir, ya bu ərazi də Azərbaycana təhvil veriləcək?”, - Poqosyan yazıb.
Bəli, Ermənistan reallığı bundan ibarətdir. 30 ilə yaxın sülh çağırışları edən Azərbaycanın humanist davranışını nəzərə almayan Ermənistan bu gün bayrağını endirmək məcburiyyətindədir. Ölkədə isə hərc-mərclik baş alıb gedir. İstənilən şəxs özünü “siyasi müxalifət” və ya “lider” elan edir. Bunun hamısının isə bir səbəbi var - Azərbaycanın humanist davranışlarına barmaqarası baxış. Ermənistan artıq nə yalanlarını tirajlaya bilir, nə havadarlarına ümid bağlayır, nə də ayağa qalxmağı bacarır. Çıxış yolu isə birdir - Azərbaycanın irəli sürdüyü şərtlərə əməl etmək. Əks halda...
Əks halda nələrin baş verəcəyini yazmağa və ya deməyə lüzum yoxdur. Çünki 44 günlük müharibə ermənilərə hər şeyi ətraflı şəkildə “başa salıb”. Vaxtilə Şuşadan “çağırış edən”, “yallı gedən” Anna Akopyanın indiki durumu da buna bariz misaldır. Artıq gülüş və qınaq obyektinə çevrilib, bayrağını belə tam qaldırmaq cürətini özündə hiss etmir. Azərbaycanın şərtlərinə əməl olunmasa endirilmiş “bayraq” sadəcə əski parçasına çevriləcək.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45

