Milli Məclisin yaz sessiyası öz işinə başlayıb
02.02.2011 [10:02]
Dünən Azərbaycan Milli Məclisinin 2011-ci il yaz sessiyası öz işinə başlayıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq yaz sessiyasının başlaması münasibətilə deputatları təbrik edib və qanunvericilik fəaliyyətində onlara uğurlar arzulayıb. Parlamentin payız sessiyası dövründəki fəaliyyətindən danışan O.Əsədov bildirib ki, Milli Məclis ötən sessiyada məhsuldar işləyərək dövlətimizin qanunvericilik bazasını daha da möhkəmləndirib və təkmilləşdirib.
Daha sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bu günlərdə ABŞ səfirliyinin Azərbaycanda terror təhlükəsi ilə bağlı məlumat yaymasına diqqəti çəkib. O, bildirib ki, bu məsələ ilə bağlı səfirliyə sorğu göndərilməlidir: “Belə məlumatlar həm öz vətəndaşlarımızda, həm də ölkəmizə gəlmək istəyən xaricilərdə ciddi narahatlıq yarada bilər. Ona görə də, ABŞ səfirliyi bu məsələyə aydınlıq gətirməlidir”.
İclasda yaz sessiyasının iş planı müzakirəyə çıxarılıb. İş planına qanunvericilik təşəbbüsü qaydası ilə parlamentə daxil olmuş qanun layihələri, Tikinti, Şəhərsalma, Rəqabət və Gömrük məcəllələri, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Elm siyasəti haqqında”, “Sosial xidmət haqqında” və s. qanun layihələri daxildir. ümumilikdə, yaz sessiyasının iş planına 17 məsələ daxildir.
YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov iclasda çıxış edərək iş planı ilə bağlı təkliflərini verib. O, bildirib ki, Azərbaycan parlamenti Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının tanınması və qorunması ilə əlaqədar qanun hazırlamalıdır. Əli Əhmədov deyib ki, Stalin rejimi zamanı deportasiyaya uğramış bütün millətlər və xalqlar sonra öz hüquqlarını bərpa edə bildilər. Onun sözlərinə görə, deportasiyaya uğramış yeganə millətdir ki, azərbaycanlıların böyük bir hissəsi Ermənistandan, öz ata-baba yurdlarından 1948-1953-cü ildə zorla çıxarıldıqdan sonra onların hüquqlarının bərpa olunması istiqamətində heç bir addım atılmayıb. “Hesab edirəm ki, biz bu məsələ ilə bağlı ikipilləli iş görməliyik. Birinci mərhələdə Azərbaycan qanunvericiliyi səviyyəsində hüquqları pozulmuş həmin insanların, onların nəsillərinin hüquqlarının tanınması və qorunması yönündə addımlar atılmalıdır. İkinci mərhələdə isə deportasiyaya uğramış azərbaycanlıların hüquqlarının tanınması və bərpa olunması istiqamətində Avropa səviyyəsində iş aparılmalıdır. Məsələ Avropa qurumları, o cümlədən, Avropa Şurası qarşısında qaldırılmalıdır. Bunun üçün ilk növbədə, Azərbaycanda hüquqi bazanın yaradılmasına və hüquqi addımların atılmasına çox ciddi ehtiyac var” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov iş planında nəzərdə tutulmuş “Ali təhsil haqqında” qanun layihəsinin adının dəyişdirilməsini də təklif edib. “Mən bu sənədi çox vacib hesab edirəm. Təhsil islahatlarının aparılmasında bu sənəd çox ciddi hüquqi baza rolunu oynayacaq. Amma təklif edirəm ki sənədin adı dəyişdirilsin” deyən millət vəkili sənədin “Universitetlər haqqında” qanun layihəsi adlandırılmasını təklif edib. Onun sözlərinə görə, bu, dünya təcrübəsində də belədir.
Spiker Oqtay Əsədov da Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı qanun layihəsinin hazırlanması fikrini dəstəkləyib və belə bir sənədin qəbul olunmasının zəruriliyini vurğulayıb.
İclasda parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsinin də iş planına daxil olunmasını təklif edib.
Məsələ ilə bağlı, həmçinin, millət vəkillərindən Qüdrət Həsənquliyev, Jalə Əliyeva, Hikmət Atayev, Qənirə Paşayeva və digərləri çıxış edərək yaz sessiyasının iş planı haqqında fikirlərini bildiriblər.
Müzakirələrdən sonra yaz sessiyasının iş planı təsdiq olunub.
Daha sonra parlamentin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yenidən təşkilinə dair məsələyə baxılıb. Millət vəkilləri Fəttah Heydərov, Gülər Əhmədova, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyevadan ibarət İntizam komissiyası təşkil olunub. Hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.
Bundan əlavə, iclasda “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi də təsdiqlənib. Bu məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Komitə sədri bildirib ki, dəyişikliklər texniki xarakter daşıyır və məcəllə Konstitusiyaya uyğunlaşdırılır: “Əlavə və dəyişikliklər Konstitusiyaya edilmiş əlavələrdən irəli gəlir. Əlavələrin mahiyyəti Milli Məclis və prezident seçkilərinin müddətinin müstəsna hallarda uzadılmasına imkan verir. Seçki Məcəlləsinə “müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda, Mərkəzi Seçki Komissiyası Konstitusiyanın 84-cü maddəsinin I hissəsinə və 101-ci maddəsinin V hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinə müraciət edir” ifadəsi əlavə olunub”.
İclasda daha sonra bir sıra beynəlxalq sazişlər və qanun layihələri də qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31

