Terror qruplaşmalarının legitimləşmə “mübarizə”si
09.08.2022 [11:15]
N.PAŞA
Formalaşmaqda olan yeni dünya düzəninin əsas tələblərindən biri də müxtəlif terror qruplaşmalarına qarşı həmrəyliyin nümayiş etdirilməsi ilə sərt mübarizə tədbirlərinin görülməsi məsələsidir. Terrorizm insanlığa qarşı ən ağır cinayətlərdən biri hesab edilir. Bu kontekstdən çıxış edərək qeyd etmək lazımdır ki, terrorizmlə mübarizə siyasətinin formalaşdırılması beynəlxalq münasibətlər aktorları üçün ən vacib məsələlərdən biri, indiki halda isə birincisidir.
Müəyyən maraqlı qüvvələr tərəfindən terrorçu qruplaşmaların dəstəklənməsi heç də təsadüfi deyil. Sirr deyil ki, bu və ya digər terror qruplaşmalarının yaradılması böyük güclərin inkişaf etməkdə olan ölkələrə təsir imkanlarını gücləndirmək və beləliklə də orada öz hakimiyyətlərini elan etmələri məqsədinə xidmət edir.
Hazırkı geosiyasi reallıqda bəzi terror qruplaşmalarının daha da aktivləşməsinin, həmin dəstələrin qarşıya olduqca böyük “hədəf”lər qoymalarının şahidi oluruq.
Yeri gəlmişkən, dünən xarici KİV-lərdə yayılan məlumata görə, “Taliban” hökumətinin təhlükəsizlik qüvvələri Əfqanıstanın şərqində yerləşən Kunar əyalətində terrorçu İŞİD qruplaşmasına qarşı əməliyyata başladığını elan edib. Mənbənin xəbərinə görə, bu barədə “Taliban” hərbi qüvvələri 201-ci komandanlığının mətbuat katibliyi açıqlama yayıb.
Bildirilib ki, əməliyyat Kunar əyalətinin Çouki şəhərinin Dare-dive-gül rayonunda keçirilir. Açıqlamaya əsasən, əməliyyat İŞİD tam məhv edilənədək sürəcək. “Taliban”ın müvəqqəti hökuməti əməliyyat nəticəsində ölən və yaralananlar barədə məlumat verməyib.
Bir terrorçu dəstənin digərinə qarşı “mübarizə” aparması hansı məqsədlərə xidmət edir? Baş verənlər tendensiyaya çevrilə bilərmi? Belə bir vəziyyətin davam edəcəyi halda terror qruplaşmalarının dünya dövlətləri tərəfindən rəsmi şəkildə tanınması məsələsi gündəmə gələ bilərmi?
Suallarımızı cavablandıran siyasi şərhçi İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirib ki, bu halın müşahidə edilməsi ilk deyil: “Ümumiyyətlə, bu illər ərzində Taliban İŞİD-lə mübarizə aparır. Açıq şəkildə mübarizə elan etmək halının müşahidə edilməsi ilk dəfə deyil”.
Politoloq “Taliban” və İŞİD-in regionda fərqli maraqlarının olduğunu və bu maraqların üst-üstə düşmədiyini də diqqətə çatdırıb: “Taliban” Əfqan layihəsidir, elə buna görə də Əfqanıstan ərazisində olan digər qruplaşmaların aktivliyinə hər zaman həssaslıqla yanaşıb. İŞİD-in məqsədi Aralıq dənizindən ta Əfqanıstan-Çin sərhədinə qədər islam dövlətinin qurulması və həmin qurulacaq dövlətdə İŞİD-in aparıcı rol oynaması idi. “Taliban”ın əsas məqsədi isə Əfqanıstanda hakimiyyətə gəlmək və burada öz hakimiyyətini qurmaqdan ibarətdir”.
“Belə olduğu halda deyə bilərik ki, “Taliban” digər oyunçuları öz ərazisində görmək istəmir. Qərb də bundan xəbərdardır. “Taliban” hakimiyyətə gəlməzdən öncə də İŞİD-lə arasında müharibə, mübarizə mövcud idi və bu, “Taliban”ın üstünlüyü ilə nəticələnmiş oldu”, - deyə İ.Vəlizadə qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35

