Azərbaycanın qətiyyəti...
06.08.2022 [10:00]
Görünür,
Duyulur,
Qəbul edilir!
Fransadan İlham Əliyevə zəng
Pərviz SADAYOĞLU
Cənubi Qafqazın aparıcı siyasi-iqtisadi aktoru olan Azərbaycanın 2020-ci il Vətən müharibəsindəki qəti qələbəsi yeni siyasi və iqtisadi reallıqlar formalaşdırıb. Bunun nəticəsidir ki, artıq Cənubi Qafqaz dünyanın yeni iqtisadi münasibətlərinin formalaşacağı ərazi kimi xarakterizə olunur. Təsadüfi deyil ki, Azərbaycan qısa zamanda işğaldan azad edilmiş regionlarda mühüm infrastrukturların formalaşdırılması, yeni yolların çəkilməsi istiqamətində mühüm addımlar atır. Bununla belə, regionda tam təhlükəsizliyə nail olunması, sabitliyin təmin edilməsi üçün bütün tərəflər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Başqa sözlə, 10 noyabr üçtərəfli razılaşmasının müddəalarına tam əməl etməyən Ermənistan atdığı addımlarla regional inkişafa, sabitliyə və təhlükəsizliyə təhdid yaradır. Bu isə regionda yenidən gərginliklərin ortaya çıxmasını şərtləndirir. Qarabağ münaqişəsinin bitdiyini və məğlub olduğunu həzm edə bilməyən rəsmi İrəvan isə bu kimi qeyri-real addımları və təsəvvürləri ilə davamlı sülhə maneə yaradır. Təbii ki, baş verənlər beynəlxalq aləmdə də mühüm müzakirələrə yol açır. Azərbaycanı yaxın tərəfdaş qismində qəbul edən beynəlxalq aləm baş verənlərdən narahatlığını dilə gətirir.
Avqustun 4-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək, Ermənistan ilə Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Bütün məsuliyyət Ermənistanın üzərindədir
30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan 2020-ci ildə imzaladığı kapitulyasiyada hərbi təxribatlara əl atmayacağını “vəd etsə də” bu gün fərqli mənzərinin şahidiyik. Belə ki, müharibənin sona yetməsindən artıq iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, hələ də Azərbaycan ərazisini tərk etməyən silahlı birləşmələr ölkəmizə qarşı silahlı təxribatlar törədir, sabitliyə təhdid yaradır. Hər zaman sülhün tərəfdarı kimi çıxış edən Azərbaycan isə regionun sabit və təhlükəsiz inkişafını hədəfləməkdədir. Təəssüf ki, Ermənistanın atdığı qeyri-adekvat addımlar həm danışıqlar prosesinə, həm də regionda yaranan yeni siyasi-iqtisadi reallıqlara kölgə salır. Azərbaycan ordusu bu təxribatları lazımi şəkildə cavablandırır. Fransa prezidenti ilə telefon danışığı zamanı Prezident İlham Əliyev Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.
Qanunsuz erməni hərbi birləşmələrinin ünsürləri ərazimizdən çıxarılmalıdır
Azərbaycanın mövqelərini davamlı şəkildə atəşə tutan Ermənistan silahlıları davamlı sülhün bərqərar olmasına mane olur. Azərbaycan Prezidenti Fransa dövlət başçısı ilə telefon danışığı zamanı onu da qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Prosesin Ermənistan tərəfindən hələ də təmin edilməməsi isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması deməkdir. Bunu Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi kimi qiymətləndirmək olar.
Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib
Ən əsası isə, üçtərəfli razılaşmada üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası nəzərdə tutulur. Təəssüfləndirici haldır ki, üçtərəfli razılaşmaya əməl etməyən Ermənistan alternativ yolun tikilişi ətrafında da “ajiotaj” yaratmağa çalışır. Onlar hələ də dərk etmirlər ki, 10 noyabr razılaşmasının müvafiq bəndi ilə ermənilərin işğal etdiyi Laçın rayonu Azərbaycana qaytarılıb. Çəkilən alternativ yol da həmin bəyanatda öz əksini tapıb. Sözügedən yolun çəkilişi isə dəhlizin Laçın şəhərindən deyil, onun ətrafından keçməsini təmin edəcək. Azərbaycanın davranışları birmənalı şəkildə beynəlxalq hüquqa, üçtərəfli razılaşmalara və dövlətlərin ərazi bütövlüyünə hörmət müstəvisində müəyyənləşir. Makron ilə telefon danışığı zamanı Prezident İlham Əliyev bu məsələyə də toxunub. Ölkə başçısı bildirib ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

