7-ci paketdə nələr var?
22.07.2022 [10:24]
Nicat PAŞA
Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əhatə dairəsi genişləndirilir. Dünən Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyiblər. Məhdudiyyətlərə yeni ixrac nəzarəti və “Sberbank”ın aktivlərinin dondurulması, eyni zamanda, Rusiya qızılına embarqo qoyulması daxildir. Tətbiq ediləcək yeni sanksiyalar paketi ilə 50-yə yaxın fiziki və hüquqi şəxs sanksiyalara məruz qalacaq. Bununla bağlı Litvanın Aİ-dəki daimi nümayəndəsi Arnoldas Prankeviçius məlumat verib.
“Biz indicə Rusiyaya qarşı qızıl qadağası, yeni ixraca nəzarət tədbirləri, “Sberbank”ın aktivlərinin dondurulması, siyasətçilər, hərbi liderlər, oliqarxlar da daxil olmaqla 50-dən çox yeni fiziki və hüquqi şəxsə qarşı sanksiyaları əhatə edən yeni sanksiyalar paketini təsdiq etdik”, - deyə Arnoldas Prankeviçius bildirib.
Çexiya sədrliyinin məlumatına görə, yeni sanksiyaların təsdiq edilməsi proseduru iyulun 21-də, Moskva vaxtı ilə saat 11:00-da başa çatacaq. Prosedura əsasən, sanksiyaların yeni paketi barədə yazı Aİ-nin rəsmi jurnalında dərc olunacağı gün qadağalar qüvvəyə minəcək. Bəyanatda Rusiya mənşəli qızılın idxalına qoyulan qadağanın zərgərlik məmulatlarına da təsir edəcəyi qeyd olunur.
Bir sıra ölkələrdə, xüsusən də Litva və Estoniyada yeni sanksiyalar paketində Rusiya qazına da embarqonun daxil edilməsini istəyiblər. Lakin sonda Aİ bu qadağanı tətbiq etməmək qərarına gəlib. Çexiyanın Baş naziri Petr Fiala məsələ ilə bağlı açıqlamasında bildirib ki, tətbiq edilən qadağalar daha çox Rusiyaya təsir etmək məqsədi daşıyır. Onun sözlərinə görə, Aİ-yə üzv dövlətlər bu qədər qısa müddətdə məsələ ilə bağlı razılığa gələ bilməyiblər: “Sanksiyalar Rusiyaya həmin qadağaları təqdim edənlərdən daha çox təsir etməlidir”, - deyə P.Fiala izah edib.
Məlum olduğu kimi, ABŞ-dan və Avropa dövlətlərindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar əsasən bu ölkə üçün strateji önəm daşıyan sahələri əhatə edir. Buna nümunə olaraq Rusiyadan neft və neft məhsullarının idxalına tətbiq edilən qadağanı misal çəkmək olar. Belə ki, sözügedən qadağa şimal qonşumuzun milyardlarla dollar həcmində gəlirlərdən məhrum edilməsi məqsədi daşıyır. Qızıl ixracı da Rusiya üçün strateji sahə və mühüm gəlir mənbəyidir.
Mütəxəssislərin verdiyi məlumatlarda bildirilir ki, Rusiya dünya üzrə ən çox qızıl ehtiyatlarına malik olan ölkələrin top onluğunda beşinci yerdə qərarlaşıb. ABŞ-ın başçılıq etdiyi siyahıda Rusiya öz mövqeyini son 10 ildə yaxşılaşdırmağa nail olub. Bu ölkə 1993-cü ildə 267,2, 2003-cü ildə 387,6 ton qızıl ehtiyatına malik idi. Hazırda isə bu rəqəm təxminən 2292,31 tona yüksəlib. Rəqəmlərdən də göründüyü kimi, artım dinamikası kifayət qədər yüksəkdir. Rusiyaya üstünlüklər qazandıran həm də bu ölkənin qızıl ehtiyatlarını əsasən daxili istehsal hesabına artırması amilidir. Onilliklər ərzində burada böyük dövriyyəsi olan qızıl hasilatı sənayesi formalaşıb. Belə bir reallıq fonunda ABŞ-ın Rusiyadan qızıl idxalına qadağalar tətbiq etməsi şimal qonşumuzu çox ciddi çətinliklərlə üz-üzə qoya bilər.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

