Dəmir məntiqin nəticəsi
20.07.2022 [10:16]
Ermənilər Qarabağdan çıxır...
44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticəsi olaraq bu gün bir çox dünya dövlətlərində, nüfuzlu beynəlxalq qurum və təşkilatlarda Azərbaycanın mövqeyi olduqca əhəmiyyətlidir. Bu illər ərzində xarici siyasət istiqamətində önəmli addımlar atılıb və görülən işlərin məntiqi nəticəsi olaraq ölkəmizin beynəlxalq nüfuzu daha da artıb.
Müşahidə edilən müsbət dinamika fonunda Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində hələlik real nəticələrin olmaması təəssüf doğurur. Dövlətimizin başçısı da iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu barədə danışıb: “Əfsuslar olsun ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa, mən hər hansı bir müsbət məqam tapa bilmirəm. Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb”.
“Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”, - ölkə başçısı davam edib.
Bu, baş verə biləcək ən xırda təxribatlara belə Azərbaycan tərəfinin sərt addımlar atacağı barədə qarşı tərəfə açıq mesaj idi. Hər zaman olduğu kimi, indi də Prezidentin siyasi iradəsinin müsbət nəticəsinə şahidlik etmiş olduq. Özü də çox qısa zaman ərzində.
Belə ki, dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibəsi zamanı deyib ki, Ermənistandan olan hərbi çağırışçılar Qarabağa göndərilməyəcək: “Müharibə nəticəsində Qarabağa daxil olan silahlı qüvvələrin bölmələri Ermənistana qayıdır”. A.Qriqoryan onu da qeyd edib ki, çağırışçılar sentyabr ayından etibarən Qarabağa hərbi xidmətə göndərilməyəcəklər.
Görünür, Ermənistan rəhbərliyi artıq başa düşür ki, Azərbaycana qarşı hansısa iddiaların səsləndirilməsi heç bir nəticə verməyəcək. Dolayısıyla, bu, Ermənistan üçün ən yaxşı halda böyük itkilər, tamamilə məhv olmaq deməkdir. Çünki qarşı tərəf Azərbaycanın nələrə qadir olduğu hər kəsdən yaxşı bilir.
Nicat
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

