Ermənistan məcburdur!
16.07.2022 [10:08]
Mirzoyan təxribat xarakterli fikirlər səsləndirsə də...
NARDAR
Afinada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Katimerini” qəzetinə verdiyi müsahibəsində ənənəvi olaraq Azərbaycan və Türkiyə əleyhinə fikirlər səsləndirib. O, türkləri Ermənistan və Yunanıstanın ortaq düşməni kimi göstərib. Digər tərəfdən, erməni nazir Azərbaycanın sülh təşəbbüslərini də təhrif edib, Qarabağdakı separatçı rejimə dəstək nümayiş etdirib. Mirzoyan regionda sülh və əməkdaşlıq məsələlərindən növbəti dəfə danışarkən yenə də əsl erməni xislətini nümayiş etdirib. Belə ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin uzanması, 10 noyabr və Brüssel razılaşmalarının tam yerinə yetirilməməsinə görə Azərbaycanı ittiham etməyə cəhd göstərib. Regionda siyasi aktivliyin artması, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin bölgəyə səfər etdiyi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Paşinyanın arasında ilk dəfə telefon danışığının baş tutduğu bir şəraitdə Mirzoyanın bu cür fikirləri razılaşmaları poza bilərmi?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, A.Mirzoyanın Azərbaycana və Türkiyəyə qarşı əsassız fikirləri bütövlükdə erməni siyasi kursunun xarakterini göstərir. Onun sözlərinə görə, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış, həmin ərazilərdə hər şeyi məhv etmiş Ermənistanın ölkəmizi ittiham etməsi qəbuledilməzdir: “A.Mirzoyan iddia edir ki, guya Azərbaycan 10 noyabr razılaşmalarını icra etmir, erməni “mədəni və dini abidələri təhlükə qarşısındadır” və s. Mirzoyanın bu iddialarını eşidəndə “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” atalar məsəli yada düşür. Təsəvvür edin, Azərbaycanın torpaqlarını işğal edən, 30 il ərzində həmin torpaqlarda daşı daş üstündə qoymaraq hər şeyi məhv edən, o cümlədən tarixi, mədəni, dini abidələrimizi, məscidlərimizi dağıdan Ermənistanın rəsmisi ittiham edir ki, guya biz ermənilərə aid nələrisə məhv etmişik. Əslində bu, riyakarlığın son həddidir. Əldə olunan razılaşmaların yerinə yetirilməməsinin səbəbkarı Ermənistandır”.
Millət vəkili xatırladıb ki, hələ aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması və komissiyanın bu il aprelin sonunda iclasının keçirilməsi barədə razılıq əldə olunmuşdu. Amma erməni tərəfi bu razılaşmaya əməl etmədi. Bu və digər razılaşmaların yerinə yetirilməməsinə görə rəsmi İrəvan müxtəlif bəhanələr gətirdi. Mayın 22-də keçirilən görüşdə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir sıra razılaşmalar əldə edildi. Həmin razılaşmalardan yalnız sərhəd komissiyalarının ikitərəfli görüşü icra olundu. Bu görüşdən sonra isə Mirzoyanın “status” məsələsini ortaya atması, Azərbaycanın guya eyni müharibəyə başlamaq istəyində olmasını iddia etməsi münasibətlərin normallaşmasının qarşısını almağa xidmət edir.
Məlumdur ki, mayın 22-də keçirilən görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin verdiyi bəyanatda Qarabağa hər hansı statusun verilməsindən yox, regionda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsindən söhbət gedir. Qarabağda yaşayan ermənilərin hüquqlarına gəlincə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanda bütün vətəndaşların hüquqları bərabərdir. Azərbaycan çoxmillətli dövlətdir və digər etnik qruplar kimi ermənilərin də hüquqları qanunlarla qorunacaq. Amma ermənilər heç kimdən üstün deyil, ona görə də onlara hər hansı status verilməsindən söhbət getmir.
R.Məmmədovun sözlərinə görə, hazırda iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylər göstərildiyi bir vaxtda Ermənistan tərəfinin bu cür iftira dolu, pozucu açıqlamalarla çıxış etməsi normallaşma istiqamətində atılan addımlara xələl gətirmək məqsədi güdür: “A.Mirzoyan tərəfindən nümayiş etdirilən bu qeyri-konstruktiv yanaşma, birmənalı şəkildə Ermənistan və Azərbaycan arasında normallaşma üzrə baş tutan Brüssel görüşlərinin nəticələrini heçə endirməyə hədəflənib. Azərbaycan postmünaqişə mərhələsində beynəlxalq ictimaiyyətin də dəstəklədiyi sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaq. Ermənistanın isə razılaşmalara əməl etməkdən başqa yolu yoxdur”.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

