İqtidar koalisiyası qalib gəlsə də, mandatların sayı kəskin şəkildə azalıb
21.06.2022 [10:31]
Fransada parlament seçkilərinin ikinci turu başa çatdı
SADİQ
Fransada parlament seçkilərinin ikinci mərhələsinin rəsmi nəticələri məlum olub. Fransa DİN bütün bülletenlərin sayıldığını bildirib. Belə ki, rəsmi nəticəyə görə hakim “Ensemble!” koalisiyası Milli Assambleyada 225 yer qazanıb. Yeni Xalq Ekoloji və Sosial Birliyi (Nupes) 131 səslə əsas müxalifətçi qrupa çevrilib. İfrat sağçı Milli Cəbhə partiyası 89 yerə sahib olub. Bu, partiyanın tarixində ən yüksək göstəricidir. Bundan başqa, Respublikaçılar 61 yer qazanıb. Digər solçu qruplar isə 22 yerə sahib olub. Eləcə də, regionçular və digər sağçı qruplar hər biri 10, mərkəzçilər isə 4 deputat mandatı əldə edib. İfrat sağçı “Reconquete!” partiyasının heç bir namizədi parlamentə keçə bilməyib.
Qeyd edək ki, Milli Assambleya Fransa parlamentinin aşağı palatası sayılır. Bu quruma seçkilər beş ildən bir iki turun nəticələri əsasında keçirilir. Assambleya 577 deputatdan ibarətdir. Senatorlar kimi Milli Assambleya deputatlarının da ikili vəzifəsi var: hökumətin fəaliyyətinə nəzarət etmək, Assambleyaya yazılı və ya şifahi məlumat vermək, yeni qanunlar qəbul etmək.
Qurumun sədri isə adətən aparıcı partiyanın nümayəndəsi olur. Ona başqa partiyadan olan vitse-prezident kömək edir. Milli Assambleyanın mandatının müddəti 5 ildir, lakin Fransa prezidenti əvvəlki ildə onu ləğv etməmişsə, onu ləğv edə və növbədənkənar seçkilər təyin edə bilər.
Vurğulayaq ki, son seçkilərin nəticələri özündən əvvəlki seçki ilə kəskin şəkildə fərqlənir. Əgər 2017-ci ildə keçirilən seçkilərdə koalisiyaya daxil olan partiyalar ayrılıqda daha böyük səs çoxluğu əldə edərək 347 deputat mandatı qazanmışdısa, bu dəfə həmin nəticələr aşağıdır. Respublikaçıların ötən seçkilərdəki 104 mandatlıq göstəricisi bu dəfə 61 olub. Əvəzində isə Milli Cəbhə partiyası ötən dəfəki 20 deputat sayını 89-a çatdırıb. Bunun səbəbi isə bir sıra amillərlə əsaslandırılır. Belə ki, beynəlxalq siyasi təhlilçilər Avropada son dövrlərdə cərəyan edən hadisələrin, Rusiya - Ukrayna müharibəsi nəticəsində ortaya çıxan iqtisadi çətinliklərin, hətta ərzaq çatışmazlığı ilə bağlı proqnozların fonunda belə bir nəticənin ortaya çıxdığının qənaətindədirlər. Sağ mərkəzçilərin seçkilərdə əvvəlkinə nisbətən daha az səs toplaması, bunun qarşılığında rəqib düşərgənin qalib olmasa belə, daha yüksək nəticə göstərməsi mövcud situasiyanın ortaya çıxardığı siyasi mənzərədir. Bundan başqa, son illərdə siyasi mühacir probleminin aktuallaşması, Mərkəzi Avropa kontingentindən ən çox üz tutulan ölkənin də məhz Fransa olması radikal qrupların toplaşdığı siyasi təşkilatların da “nüfuzunu” qaldırıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34

