Ankarada mühüm görüş...
08.06.2022 [10:00]
Baş diplomatların gündəmində hansı məsələlər var?
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri yerli və beynəlxalq medianın gündəmindədir. Müzakirə olunan əsas məsələ səfərin nə üçün indi baş tutması və C.Bayramovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə hansı məsələlər ətrafında fikir mübadiləsi aparmasıdır.
Analitiklər müxtəlif rakurslardan yanaşırlar. Səfərin detalları barədə müfəssəl məlumat verilməsə də, hazırkı reallıqlar Bakı-Ankara geosiyasi xəttində hansı məsələlərin diqqət mərkəzində olmasını müəyyənləşdirməyə imkan verir:
- Şübhəsiz ki, ilk növbədə, Cənubi Qafqazda sülh quruculuğu, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması diqqət mərkəzindədir. Tərəflər arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Ötən ay baş tutmuş Brüssel görüşünün - Avropanın siyasi paytaxtında üçüncü üçtərəfli görüşün nəticələri bu istiqamətdə irəliyə doğru mühüm addım atıldığını - prosesin davam etdiyini göstərir. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında predmetli danışıqların aparılması isə sülh razılaşmasının əsas komponentidir. Təbii ki, burada əsas məqam ərazi bütövlüyüdür. Bu isə prosesin Azərbaycanın əvvəldən bəyan etdiyi yanaşmasına və mövqeyinə müvafiq olduğunu təsdiqləyir. Ankara da bu məsələləri diqqət mərkəzində saxlayır - Azərbaycanla paralel, sinxron hərəkət edir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılması, sülhə doğru qəti addımlar atılması həm Azərbaycanın, həm də Türkiyənin diqqətindədir;
- Paralel olaraq Ermənistan-Türkiyə sərhədlərinin açılması, tərəflər arasında diplomatik əlaqələrin yaradılması regional geosiyasi gündəliyin mühüm tərkib hissəsi kimi müzakirə olunur. Azərbaycan regionda sülhün, sabitliyin - təhlükəsizliyin və rifahın tərəfdarıdır, bu məsələdə isə mövqeyi bəllidir. Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib ki, “Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəklədiyini ən yüksək səviyyədə ifadə edib. Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələr təyin etməsini və onların keçirdiyi üç görüşü çox müsbət dəyərləndiririk”. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla bütöv bir regionu - Cənubi Qafqazı sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində dayanıqlı zəmin - əlverişli şərait formalaşdırdı. Artıq regionda postmüharibə mərhələsidir və yeni geostrateji reallıqların müəllifi Bakıdır. Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, Türkiyə ilə ortaq təşəbbüs əsasında yeni əməkdaşlıq platformalarının yaradılması kimi istiqamətlərdə fəallıq nümayiş etdirməklə bölgədə yeni düzən formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət təkcə Cənubi Qafqaz ölkələri deyil, bir çox dövlətlər, o cümlədən güc mərkəzləri üçün strateji maraqları təmin etmək baxımından cəlbedici və faydalıdır. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsi də bu prosesdə mühüm yer tutur;
- Postmüharibə dövründə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycan ilə Türkiyə ortaq siyasi iradə nümayiş etdirir, eyni mövqe ortaya qoyur. Ceyhun Bayramovun Türkiyəyə səfəri çərçivəsində bu məsələnin də əsas gündəm mövzularından olması təsadüfi deyil. Ümumiyyətlə, Azərbaycanın iradəsi nəticəsində kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat dəhlizinin yaradılması mühüm siyasi və iqtisadi dividendlər, perspektivlər vəd edir. Zəngəzur dəhlizinin yaradılması Avrasiyada yeni çoxvektorlu işbirliyinin əsasının qoyulmasıdır. Asiyadan Avropaya doğru uzanan geniş coğrafiyada bir çox dövlət bu geostrateji proyektin reallaşmasında maraqlıdır. Sadəcə olaraq, bu imkanlardan yararlanmaq üçün konstruktiv mövqe, praqmatik davranış ortaya qoymaq lazımdır. Azərbaycan Prezidenti dəfələrlə hər kəsin, o cümlədən Ermənistanın yeni reallıqları qəbul etməli olduğunu qeyd edib. Dövlət başçısı, eyni zamanda, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını qətiyyətlə vurğulayıb. Türkiyə isə prosesə fəal dəstək verir;
- Yeni şəraitdə regional, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan və Türkiyənin rolu da aktual məsələlərdəndir. Xüsusilə, Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə nəqli təkcə üç ölkənin deyil, Avropa İttifaqının maraq və diqqət dairəsindədir. Məlumdur ki, hazırda “qoca qitə”nin enerji təhlükəsizliyi həyati-strateji əhəmiyyət daşıyır. Avropanın alternativ mənbələrə ehtiyacının olduğu, demək olar ki, hər gün ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən ölkəmizin tranzit potensialından istifadə edilməsi daha da aktuallaşır. Türkiyə ilə Azərbaycanın ortaq təşəbbüsləri isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir;
- Şərqi Avropada regional miqyaslı, qlobal xarakterli böhranın tənzimlənməsi də Bakı ilə Ankaranın diplomatik nəzər nöqtəsindədir. Söhbət Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün məqbul mexanizmlərin - həll variantlarının tapılmasından gedir. Paradoksal vəziyyət yaranıb: bir tərəfdə yeni dünya düzəninin yaranmasından, digər tərəfdə III Dünya müharibəsinin başlanmasından bəhs edilir. Biri nizamı, digəri xaosu ifadə edir. Hazırda Rusiya-Ukrayna müharibəsi Avrasiyada yeni regional miqyaslı, qlobal xarakterli geosiyasi böhrandan xəbər verir. Qərb ilə Şimal arasında Ukrayna döyüşünün getdiyi - geostrateji mübarizənin hərb meydanında davam etdiyi şəraitdə... yeni diplomatik təmaslar və təşəbbüslər müharibə bəlasına düçar olmuş bəşəriyyətin siyasi oksigenlə təmin edilməsi kimi önəmlidir. Çünki sülhün, sabitliyin yaradılması yeganə xilas yolu və əsas hədəfdir. Son günlər bəhs olunan müharibənin dayandırılması üçün müəyyən cəhdlər müşahidə edilir. Bu prosesdə fəal rol oynayan qüvvələr sırasında Türkiyə ilə Azərbaycan diqqəti cəlb edir. Ukrayna ətrafında cərəyan edən hadisələrin Bakı və Ankara ilə müzakirə olunması faktdır. Reallıqların təsdiqlədiyi daha bir məqam odur ki, Azərbaycan ilə Türkiyə dialoq məkanı, etibarlı tərəfdaş kimi qəbul və təqdim olunur. Tərəflər arasında danışıqların baş tutacağı məkandan bəhs edərkən Bakı ilə Ankaranın geosiyasi koordinatları göstərilir. Ona görə ki, iki ölkə regionda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması tərəfdarıdır. Azərbaycan və Türkiyə regional təhlükəsizlik məsələlərində geosiyasi dialoqun təmin olunması üçün fəallıq nümayiş etdirir, vacib təşəbbüslərlə çıxış edir. Bu isə bölgədə gərginliyin öz yerini anlaşmaya - uzlaşmaya verməsi üçün faydalı və önəmlidir.
Azərbaycanın xarici işlər nazirinin Türkiyəyə səfərinin vaxtı da diqqəti cəlb edir. İki məqama nəzər salaq: birincisi Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Türkiyədə görüşlər keçirməsidir. İkincisi isə, Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında keçiriləcək görüşün gündəliyinə Ukraynada və Cənubi Qafqaz regionunda mövcud durumla bağlı müzakirələrin aparılması da daxildir. Bu isə regionda, daha geniş mənada Avrasiyada intensiv diplomatik trafikin olduğunu və Azərbaycanın bu prosesdə fəal rol oynadığını, Bakı-Ankara müttəfiqliyinin aparıcı amil kimi çıxış etdiyini göstərir. İki ölkənin təşəbbüsləri, o cümlədən sülh diplomatiyası bölgədə sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün etibarlı zəmin formalaşdırır. Nəhayət, yeni regional nizamın yaranmasında Azərbaycan ilə Türkiyənin mövqeyi və iradəsi həlledici faktorlardandır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40

