Paşinyanın ikili oyunu...
19.05.2022 [10:00]
Erməni baş nazirin Moskva manipulyasiyası nəyə hesablanıb?
Pərviz SADAYOĞLU
KTMT-nin yubiley sammiti çərçivəsində Rusiya prezidenti Putinlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan bitmiş bir məsələ olan Qarabağı yenidən müzakirə obyektinə çevirməyə cəhd göstərdi. Başqa sözlə, regionda davamlı sülhün yaranması, təhlükəsizliyin qorunması kimi mühüm məqamları göz ardı etməyə çalışan erməni baş nazir yenidən öz “havasına” köklənib. Paşinyan bu və ya digər şəkildə prosesi uzatmaq, vaxt udmaq üçün növbəti siyasi manipulyasiyaya əl atır. Bu ilin aprelində Brüsseldə baş tutan görüşdən sonra sülh prosesinin vacibliyini önə çəkən, Avropa İttifaqının bu yöndəki çağırışlarını və fəaliyyətini yüksək dəyərləndirən Nikol Moskvaya qədəm basan kimi fərqli cildə düşdü.
Brüsseldə fərqli, Moskvada fərqli sima - Paşinyan kimin adamıdır?
Torpaqlarımızın 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan problemin sülh yolu ilə tənzimlənməsi üçün bütün mümkün cəhdləri etdi. İşğala məruz qalan tərəf olmasına baxmayaraq, ölkəmiz bu məsələnin sülh yolu ilə həllinə çalışdı. Azərbaycan beynəlxalq hüququn, BMT TŞ qətnamələrinin ona verdiyi əsaslı hüquqdan - silahlı yolla öz torpaqlarını azad etmək hüququndan illərlə istifadə etmədi, səbrlə sülh çağırışları səsləndirdi. Amma Ermənistanın qeyri-adekvat davranışları Azərbaycan dövlətinə əks-həmlə əməliyyatlarından başqa yol buraxmadı. 2020-ci ilin noyabrın 10-da təslimçi kapitulyasiya imzalayan Ermənistan hərbi əməliyyatların dayandırılmasını xahiş etdi. İmzalanan üçtərəfli ?əyanatın bəzi bəndlərinə əməl edən düşmən ölkə bir az “rahata qovuşan kimi” yenidən öz ampluasına qayıtdı. Hər zaman olduğu kimi fərqli xarici maraqların qoltuğuna sığınaraq vaxt uzatmağa, mövcud status-kvonu qorumağa çalışdı. Düzdür, ötən iki il ərzində Rusiyanın da iştirakı ilə bir neçə üçtərəfli görüş keçirilsə və rəsmi İrəvana üzərinə düşən öhdəliklər xatırladılsa da, bunun xeyri olmadı. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Ötən ilin sonlarından etibarən Aİ-nin moderatorluğu ilə keçirilən görüşlər isə Ermənistan üçün “son dayanacaq” kimi qiymətləndirilmişdi.
Beynəlxalq statuslu təşkilat regionda davamlı sülhün bərpası, əməkdaşlığın inkişafı üçün yüksək iradə nümayiş etdirmişdi. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı may ayı üçün mühüm addımların atılması gözlənilirdi. Təəssüf ki, Paşinyan Rusiya paytaxtında fərqli ab-havada nümayiş etdirdi. O, davamlı sülhün bərpası ilə bağlı aparılan və aparılacaq işlərdən danışmadı. Tam əksinə, Azərbaycanı bir sıra məsələlərdə “günahkar” çıxarmağa, bununla yanaşı isə, özünün guya Rusiyanın himayəsinə sığındığını nümayiş etdirməyə niyyətləndi. Dünənə qədər Brüsseldən “Qərbin adamı” olduğunu isbat etmək üçün dəridən-qabıqdan çıxan Paşinyan bir anda “Rusiyanın maraqları”nın qarovulçusuna çevrildi.
Paşinyan bir əlində iki gəlir mənbəyi saxlamaq istəyindədir
Bu, fakt idi. Hətta Ermənistandakı rusiyayönümlü revanşist müxalifətçilər belə Paşinyanı “Qərbin adamı” elan ediblər. Ona qarşı günlərdir davam edən etirazların bir səbəbi məhz onun Qərb təmayülünə daha çox üstünlük verməsidir. Revanşi?tlərin sırası isə tam şəkildə illərdir Moskvaya xidmət edən şəxslərdən ibarətdir. Bəs, necə oldu ki, Paşinyan bir anda Moskvada qiyafəsini dəyişdi? Məsələyə bir az geniş spektrdə yanaşsaq, Paşinyan nəinki Qərblə, hətta Rusiyanın özü ilə ikili oyun oynamaqdadır. Bir tərəfdən əsas ianə, gəlir mənbəyi sayılan Qərbdən əlini üzməməyə, digər tərəfdən Rusiyanın himayəsinə sığındığı?? nümayiş etdirməyə çalışır. Özünü Moskvaya yetirərək Azərbaycandan şikayətlənməsi, bununla paralel olaraq ölkəsinin XİN rəhbəri Ararat Mirzoyanı Brüsselə göndərməsi bu deyilənləri təsdiqləyir. Paşinyan bir əlində iki gəlir mənbəyi saxlamaq istəyindədir. O, Mirzoyan vasitəsilə Qərbi narazı salmamağa çalışır. Özü isə Moskvada siyasi manipulyasiya ilə məşğuldur.
Amma Paşinyan unudur ki, onun limiti də, bu kimi uğursuz cəhdləri də tükənmək üzrədir. Radikal revanşistlərin xətrini xoş tutmaq üçün Rusiyaya yaltaqlanan, bütün əmrlərə gözüyumulu və müzakirəsiz tabe olan Paşinyan həm də sülh istəyən xalqının iradəsinin əleyhinə gedir. Nəzərə alsaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri məsələsi aktuallıq qazanır, bu cür ikili siyasətlə Paşinyan özünün şanslarını azaltmış olur...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20

