Hərbi dəstək, yoxsa silah ticarəti?
28.04.2022 [10:39]
İxracatçı ölkələr müharibə vasitəsilə köhnə silahlarından yaxa qurtarırlar
Sadiq İSMAYILZADƏ
Rusiya-Ukrayna müharibəsi bir həqiqəti növbəti dəfə təsdiqlədi. Böyük dövlətlər, güc mərkəzləri regional və ya lokal qarşıdurmaların dayandırılmasının deyil, daha da alovlanmasının tərəfdarıdırlar. Başqa sözlə, münaqişələrin sülh yolu ilə tənzimlənməsi bir sıra hallarda onların maraqlarına cavab vermir. Burada əsas məqsədlərdən biri silah satışıdır. Belə ki, yaranan münaqişələr, qarşıdurmalar böyük dövlətlərin, silah ixracatçılarının mənafeyinə xidmət edir. Hər bir müharibə bu böyük güclərin “baqaj”ındakı arsenalın yenilənməsinə kömək göstərir. Xüsusilə, ucuz satıldıqda və ya əvəzsiz verildikdə döyüşən tərəflərə köhnə silahlar “sırınır”. Beləliklə də, istismara yararsız və ya az yararlı silahlar böyük güclərin maraqlarının təmini üçün döyüş meydanında “ölüm mələyi”nə çevrilir.
Bununla bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən hərbi ekspert Ramil Məmmədli də o fikirdədir ki, böyük silah ixracatçısı sayılan dövlətlər münaqişə tərəfi olan və ya onlara silah üçün müraciət edən kiçik ölkələrə köhnə silahları təklif edirlər. Bunun isə bir sıra subyektiv və obyektiv səbəbləri mövcuddur. Birinci növbədə, həmin ölkələrin yeni, ən müasir silahlarla davranış peşəkarlığının aşağı səviyyədə olmasını bəhanə gətirirlər. İkinci sırada isə onların bu döyüş sursatlarını əsas rəqiblərindən gizli saxlamaq məqsədləri dayanır: “Biz bu reallığı Ukrayna - Rusiya müharibəsində daha aydın görmüş olduq. Məsələn, Ukrayna müharibəsi başlanan gündən Qərbin, Avropanın, xüsusilə də ABŞ-ın bu məsələdə səfərbərlik planı işə düşmüşdü. NATO ölkələri, eləcə də ABŞ-ın digər müttəfiqləri bəyan edirdilər ki, Ukraynanın yanında olacaqlar, bütün növ təyinatlı müasir silah və texnikalar verəcəklər. Bu kimi bəyanatlara baxmayaraq, hətta müharibədən qabaq Ukrayna hər hansı bir effektiv və yeni silahla təchiz olunmadı. Sonradan atılan adddımlar da effekt və nəticə vermədi. Ukrayna Qərbdən gözlədiyi müasir silah və texnikanı ala bilmədi. Düzdür, ABŞ bu ölkəyə “Javelin” tank əleyhinə idarə olunan raket sistemi göndərsə də, bu sursat da yeni sayıla bilməz. “Javelin”ABŞ-ın hələ 1980-90-cı illərdə planlaşdırdığı və konstruktor bürolarında yaradılan tank əleyhinə daşınan raket qurğusudur. Ümumiyyətlə, müharibə dövründə ABŞ-ın Ukraynaya verdiyi silahlar, demək olar ki, 1970, xüsusən də 1980-90-cı illərin silahlarıdır. Həmin silahlar isə bu gün üçün o qədər də müasir hesab olunmur”.
R.Məmmədlinin sözlərinə görə, Ukrayna müdafiə nazirliyi və XİN-i elementar artilleriya sistemlərinin satınalmasında belə çətinlik çəkirlər. Bu gün Ukrayna ordusunun dəbilqə, zirehli gödəkçə, kiçik çaplı atıcı silahlar, qumbaraatanlar, özüyeriyən artilleriya qurğuları, reaktiv yaylım atəş sistemlərinə böyük ehtiyacı var. “Sadalanan bu silahlar müharibə zamanı gündəlik istifadədə vacib olan texnikalardır. Ukrayna hələ də bu silahlarla təchiz olunmayıb. Son günlərdə ABŞ-ın müdafiə nazirinin Kiyevə gizli səfəri ilə bağlı məlumatlar yayılıb. Səfər zamanı Ukraynaya yenidən silah verilməsi məsələsi müzakirə olunub. Amma görünən budur ki, Qərb özünün köhnə silahlarını Ukraynada “silməklə” məşğuldur. Bu isə Qərbin silah arsenalının müasirləşməsinə və yükdən azad olmasına yol açır”, - deyə hərbi ekspert vurğulayıb.
Xəbər lenti
Hamısına baxMEDİA
06 Avqust 09:05
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25

