Dünyaya nümunə - Tolerant Azərbaycan
19.04.2022 [09:50]
Nurlan QƏLƏNDƏRLİ
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.
Azərbaycan dünyada öz dini modeli olan ölkə kimi tanınır. Doğrudur, ölkədə din dövlətdən ayrıdır, amma dövlət-din münasibətləri hüquqi müstəvidə tənzimlənir, tarixi ənənələr, milli və dini dəyərlər əsas götürülür. Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Ölkədə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər də bu baxımdan xüsusi qeyd olunmalıdır. Eyni zamanda, dövlət tərəfindən dini qurumlara maliyyə yardımının edilməsi tolerantlıq nümunəsidir. Bu, milli maraqlara əsaslanır, ictimai əhəmiyyətli və faydalıdır.
Müxtəlif dövrlərdə dindən siyasi vasitə kimi istifadə edən, yaxud din pərdəsi arxasında dağıdıcı siyasi maraqlarını təmin etməyə çalışan bəzi qüvvələr Azərbaycanda nümunəvi din-dövlət münasibətlərini hədəfə almağa, ölkəyə fanatizm transfer etməyə çalışıblar. Vaxtaşırı olaraq dini zəmində qızışdırıcı təbliğat aparılması cəhdləri də müşahidə edilir. Bu məqsədlə cəmiyyətdə müxtəlif vasitələrlə süni - heç bir ictimai sifarişə əsaslanmayan müzakirələrin təşkilinə, “dini dəyərlər” adı altında fanatizmin təbliğinə çalışılır. Hansısa cəmiyyətlərin “dini model”inin cəlbediciliyi barədə fikirlərin ictimai rəyə sırınmasına cəhd göstərilməsi də reallıqdır. Dünya təcrübəsi də onu göstərir ki, bu cür fəaliyyətlərdə əsas məqsəd insanları təsir altına salmaq, kənardan idarəolunan cəmiyyət formalaşdırmaq və planlaşdırılan vaxtlarda dini zəmində qarşıdurma, ictimai ziddiyyət yaratmaqdır. Amma Azərbaycan reallığı - atılan addımlar, görülən işlər bütün bu cəhdləri istisna edir. Cəmiyyətimizin dini zəmində münasibətlərin və proseslərin tənzimlənməsi ilə əlaqədar kənardan hansısa təsirə ehtiyacı yoxdur. Azərbaycanın hüquqa, qanunların aliliyinə, tarixi, milli və dini dəyərlərə əsaslanan öz yolu - yanaşması var. Azərbaycan elə bir ölkədir ki, burada milli, dini müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycan nümunəsində ortaya çıxan əsas reallıqlardan biri də budur ki, ölkəmizdə dini dəyərlər milli dəyərlərimizdən ayrılmazdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir.
Ölkəmizdə multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi indiki dövrdə Azərbaycan özünü bütün mədəniyyətlərə və dinlərə tolerant münasibətə malik ölkə kimi təsdiqləyir. Bütün bunlar isə din amilindən istifadə edərək və tarixi ənənələrə, milli və dini dəyərlərə zidd təbliğat aparan kənar qüvvələrin ölkə daxilində ictimai qarışıqlıq yaratmaq niyyətlərinin iflasa məhkum olduğunu göstərir.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

