Oliqarx siyasətə baş vurur
30.03.2022 [10:31]
Abramoviç Rusiya-Ukrayna danışıqlarında hansı rol oynayır və niyə onu zəhərləməyə cəhd ediblər?
Taleh Ağaverdiyev
Bu günlərdə mediada şok məlumat yayıldı: The Wall Street Journal qəzeti martın əvvəlində Roman Abramoviç və Ukrayna danışıqlar qrupunun iki üzvü Kiyevdəki görüşdən sonra mümkün zəhərlənmədən zərər çəkdiyini bildirdi.
Bellingcat təsdiqləyib ki, Ukrayna və Rusiya arasında danışıqların üç iştirakçısı martın 3-dən 4-nə keçən gecə kimyəvi silahdan zəhərlənmə simptomları keçirib. Xəsarət alan ukraynalı nümayəndələr arasında deputat Rüstəm Umarovun da adı var. Bellingcat tərəfindən aparılan ekspertizanın nəticəsində ekspertlər bu qənaətə gəliblər, bu simptomlar çox güman ki, naməlum kimyəvi maddə nəticəsində yaranıb. Alternativ, daha az ehtimal olunan bir fərziyyə mikrodalğalı radiasiyanın istifadəsidir.
BBC mənbəsinin sözlərinə görə, simptomlar bir neçə həftə əvvəl, Abramoviçin Kiyevə ilk səfərindən sonra yaranıb. Bu səfərdən sonra o, Rüstəm Umarovla Polşadan keçərək İstanbula gedib. Mənbə BBC-yə deyib: “Onlar yuxudan oyananda problem yaşadılar - dəhşətli baş ağrıları, görmə problemləri var idi”. Hər iki zərərçəkən yerli klinikada müalicə olunub. Bir neçə gün sonra Abramoviçin simptomları yox oldu. Bundan sonra o, bir dəfə də Kiyevə gedib.
Həqiqətən zəhərlənmə olubmu və əgər olubsa, bu nə idi: sui-qəsd cəhdi, xəbərdarlıq, yoxsa təsadüf?
Bir fərziyyəyə görə, zəhərli maddə havaya səpilə bilərdi. BBC mənbəsinin sözlərinə görə, zərərçəkənlər zəhərlənməni konkret kimin təşkil edə biləcəyini anlaya bilməyiblər: “Onlar həm Ukrayna, həm də Rusiya tərəfindən şübhələnirdilər”. İddia edilən zəhərlənmədə Moskvada sülh danışıqlarını sabotaj etmək istəyən “sərt xətt” tərəfdarları da şübhəli bilinir.
Bellingcat ekspertlərinin fikrincə, bu, sui-qəsd cəhdi deyil, sadəcə xəbərdarlıq idi, çünki zəhərli maddənin dozası və növü adam öldürməyi nəzərdə tutmur, sağlamlığa daimi ziyan vurmaq iqtidarında deyildi və daha çox qorxutmaq üçün istifadə olunub. Eyni zamanda, ABŞ kəşfiyyatı Roman Abramoviçin səhhətinin pisləşməsinin zəhərlənmə ilə deyil, “ekoloji amil”lə bağlı olduğunu düşünür.
Əvvəlcə qeyd etmək lazımdır ki, Abramoviçin Rusiya və Ukrayna tərəfləri arasında danışıqların təşkilində iştirakı çoxları üçün sürpriz oldu. Yalnız bu yaxınlarda məlum oldu ki, iş adamı Rusiya və Ukrayna arasında danışıqların təşkilinin ilkin mərhələsində iştirak edib. Üstəlik, Financial Times-ın yazdığına görə, biznesmenin danışıqlarda iştirakına Rusiya prezidenti Vladimir Putin şəxsən razılıq verib. “The Times” qəzeti yazır ki, Roman Abramoviç ötən çərşənbə Moskvada Putinlə görüşüb və Volodimir Zelenskinin əl yazısı ilə yazılmış diplomatik müraciəti prezidentə təhvil verib. Müraciətdə Ukraynanın sülh sazişi bağlamağa razılıq verəcəyi şərtlər qeyd olunub. Putin isə bu şərtləri qəbul etməkdən imtina edib. Qeyd edək ki, Abramoviç nümayəndə heyətinin qeyri-rəsmi üzvü kimi İstanbulda Rusiya və Ukrayna arasında aparılan danışıqlarda iştirak edib.
Bəs rus milyarderinə qarşı hansı səbəbdən sui-qəsd cəhdi edilə bilərdi? O, həqiqətən də ölkələr arasında danışıqlarda hansısa mühüm rol oynaya bilərmi?
Bəzi Qərb rəsmiləri onun sanksiyalardan yayınmaq üçün prosesdə iştirakını şişirtdiyini ehtimal edir. Digərləri isə deyirlər ki, o, şəxsi maraqlarını qorumaq üçün hərəkət edir, çünki oliqarxlar Rusiyada qeyri-müəyyən vəziyyətdədirlər və onların rifahı Putinin əhval-ruhiyyəsindən asılıdır. Lakin çoxları məhz Abramoviçi Rusiya tərəfindən qeyri-rəsmi danışıqlar aparan şəxs hesab edirlər. Və bu olduqca ağlabatan versiyadır.
Qeyd edək ki, Roman Abramoviç Rusiyada hakim elita ilə həmişə yaxşı münasibətdə olub. Artıq üç prezident dəyişib və Roman Abramoviç hələ də öz kapitalını qoruyub saxlayır və qanunla bağlı görünən problem yoxdur. Qeyd etmək lazımdır ki, Abramoviç hələ prezident olmadan Putinlə tanış idi və bir vaxtlar Yeltsinin varisi kimi ona böyük dəstək verirdi. Təəccüblüdür ki, o, hər halda tərəfdaş münasibətləri ilə yanaşı, sadə insani münasibətlər qurmaqda ustadır. Ümumiyyətlə, Abramoviçin hətta ən çətin hallarda belə sadə dostluq münasibətləri qurmaq istedadı onun karyerasında mühüm rol oynayıb. Abramoviç ən mürəkkəb və ağlasığmaz dərəcədə qəliz işləri sadə və hər kəsi qane edəcək şəkildə necə həll edəcəyini bilir. O, Dövlət Dumasının deputatı və Çukot əyalət dairəsinin qubernatoru olub. Üstəlik, o, həmin vaxt Rusiyanın geridə qalmış regionunun inkişafında böyük rol oynamış, oraya külli miqdarda vəsait qoymuşdur. O, Londona qaçan oliqarxın - Boris Berezovskinin əlində olan ORT (indiki- Pervıy kanal) federal televiziya kanalı kimi güclü təsir vasitəsinin səhmlərinin 49 faizinin dövlətə qaytarılmasında da böyük rol oynayıb. Abramoviçin ukraynalı-yəhudi mənşəli olduğunu da unutmaq olmaz: bu amil də danışıqlar kontekstində rol oynaya bilər.
Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Cozef Baydenə Abramoviçə qarşı hələlik sanksiyalar tətbiq etməməyi tövsiyə etməsi də milyarderin danışıqlardakı əhəmiyyətini göstərir.
Yuxarıda deyilənləri nəzərə alsaq, tamamilə mümkündür ki, Roman Abramoviç həqiqətən də yaxın münasibətlər qurmaq istedadından, eləcə də Rusiyanın hakim elitasına yaxınlığından istifadə edərək, danışıqların nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Və buna görə də iki ölkə arasında müharibənin davam etdirilməsində maraqlı olan dairələrin ona özünəməxsus şəkildə bir növ xəbərdarlıq etməsi tamamilə mümkündür...
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13

