Jirinovskinin ruhu Delyagində zühur edib
30.03.2022 [10:14]
Onun ənənəvi səhvi və ilk üzrü
Heç kimə sirr deyil ki, Rusiyada informasiya və təbliğat sənayesi erməni lobbisi tərəfindən idarə olunur, ona görə də bu ölkənin TV kanallarında və sosial şəbəkələrin Rusiya seqmentində müşahidə olunan cəfəngiyatlara təəccüblənməməliyik. Satanovski, Baqdasarov, Şeynin, Karnauxov, Milonov, Zatulin, Jirinovski və s. kimi pulla alınmış erməni əlaltılarının aqressiv anti-Azərbaycan bəyanatlarına çoxdan öyrəşmişik.
Taleh Ağaverdiyev
Rusiyadakı “yan” təbliğatçılar və məmurlar Qarabağda 44 günlük müharibə zamanı özlərini xüsusilə parlaq göstərdilər. Azərbaycanın inamlı qələbəsindən sonra Rusiyanın danışıqlarda vasitəçilik rolunu nəzərə alaraq, onlar görünür “otur” əmrini aldılar, ona görə də bir müddət Azərbaycan və Türkiyənin adı daha az çəkilməyə başladı. Lakin Qarabağdakı son vəziyyətlə əlaqədar Azərbaycana qarşı informasiya müharibəsi yeni vüsət aldı.
Bu dəfə Rusiya Dövlət Dumasının deputatı Mixail Delyagin fərqlənib. Deputat News1 kanalının canlı efirində Qərbin sanksiyalarına məruz qalmış Skabeyevanın tok-şousunda Azərbaycanı atəşkəs rejimini pozmaqda ittiham edib. Erməni əlaltısının qənaətinə görə, “Azərbaycanı sərt və birmənalı şəkildə cəzalandırmaq lazımdır”. Delyagin deyib: “Azərbaycanın neft sənayesi bizə nəyə lazımdır? Sadə sual. Bizə lazım deyil. Və o, son dərəcə həssasdır. İnsanlar sözləri başa düşmürlərsə, yəqin ki, əməli başa düşməyə başlamalıdırlar.” Yəni faktiki olaraq o, Rusiyanın neft və qaz ixracına rəqib olan ölkəmizin neft infrastrukturunu məhv etməyə çağırıb. Sonra o, daha bir absurd kampaniyaya “start” verib - özünün Telegram kanalında Azərbaycanın neft sənayesinə qarşı taktiki nüvə silahından istifadə edib-etməmək barədə sorğu keçirib.
Digər bir erməni təbliğatçısı, Şeyninin proqramında da eyni fikirlərlə çıxış edən bu personaj vaxtilə demək olar ki, hər gün müəyyən bir ölkəyə nüvə zərbələri endirməyi təklif edən Vladimir Jirinovskinin boş qalan yerini tutmaq niyyətindədir.
Xatırladaq ki, Delyagin uzun müddətdir ki, Azərbaycana qarşı aqressiya nümayiş etdirir. Belə ki, o, hələ 2012-ci ildə “Azərbaycana müasir müharibədə fundamental əhəmiyyət kəsb edən silahların verilməsini” böyük səhv adlandırmışdı. 2016-cı ilin aprel hadisələrindən sonra o, Türkiyəni Bakıya dəstək verməkdən çəkindirməyə çağırıb ki, “sonuncu, ərazilərin itirilməsini qəbul etsin və bununla barışsın”.
Qeyd edək ki, Delyagindən əvvəl Telegram-da “Russkiy Oriyentalist” kimi tanınan İqor Dimitriyev və Atomic Cherry adı ilə tanınan bir “ekspert” də Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı müzakirələr aparıblar. Bu iki “fikir dahisi” sevimli “zəiflik” mövzusundan istifadə edərək belə bir addımın Moskva üçün təkcə güc nümayişi deyil, həm də iqtisadi baxımından faydalı olacağını düşünürlər: “Azərbaycan Avropanın aparıcı enerji təchizatçılarından biridir. Onun fiziki olaraq aradan qaldırılması Aİ-ni son dərəcə çətin seçim qarşısında qoyacaq - ya Moskva ilə sövdələşmə etmək, ya da uçuruma düşmək... Moskva ilə birlikdə”.
Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Azərbaycan neft və qaz ixracı baxımından Rusiyaya rəqib sayıla bilməz - resursların miqyası və hasilatı qeyri-mütənasibdir. Ancaq Delyagin, Dimitriyev və digər təxribatçılar başqa cür düşünürlərsə, onlara yalnız tezliklə “sağalmağı” arzu edə bilərik...
Azərbaycanın sülhməramlıların işini görərək qanunsuz erməni quldur birləşmələrini geri çəkilməyə məcbur etməsi, üstəlik, Rusiya Müdafiə Nazirliyinin bu məsələ ilə bağlı dezinformasiyasını təkzib etməyə cəsarət etməsi bəzi dairələrdə qıcıq yaratsa da, anlayırlar ki, hər şeyin həddi var. Məhz buna görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dərhal Dövlət Dumasının deputatını şəxsi emosiyalarına hakim olmağa və Azərbaycanla bağlı qeyri-dost bəyanatlar verməməyə çağırıb. Onun sözlərinə görə, Delyaginin bəyanatı Moskvanın rəsmi mövqeyinə uyğun gəlmir. Ardında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Delyaginin Azərbaycanla bağlı bəyanatlarını tamamilə qəbuledilməz və məsuliyyətsiz adlandırıb: “Onlar heç bir halda ölkəmizin, Rusiya rəhbərliyinin rəsmi mövqeyini əks etdirmir, hansı ki Bakı ilə müttəfiqlik əlaqələrinin və strateji tərəfdaşlığın qurulmasına yönəlib. Əminik ki, ölkəmizin Dövlət Dumasının rəhbərliyi də bu cür təxribatçı bəyanatlara müvafiq qiymət verəcək.”
Nəticədə Delyagin Azərbaycandan üzr istəməyə məcbur olub: “Mən həm Rusiyada, həm Azərbaycanda, həm Ermənistanda, həm də başqa ölkələrdə mənim sözlərimdən qorxan, inciyən və ya təhqir olunan hər kəsdən, şübhəsiz ki, üzr istəyirəm”. Deputat onun səhv başa düşüldüyünü ehtimal edib. O, tok-şou formatına görə impulsiv davranışlara yol verdiyini vurğulayıb.
Onun son açıqlamalarda az da olsa səmimiyyət olduğuna inanmaq istərdik. Çünki Azərbaycan Rusiyaya qarşı heç bir sanksiyaya qoşulmayıb, Kreml ilə ən yüksək səviyyədə hərbi, siyasi, diplomatik və ticari əməkdaşlığını davam etdirir, hava məkanını Rusiyanın üzünə bağlamayıb. Və bu şəraitdə ölkəmizə qarşı bu cür aqressiv təbliğat yersizdir.
Delyagin və onun kimilərinə isə, hər ehtimala qarşı, xatırlatmaq istərdik ki, Azərbaycan postsovet məkanında təkcə hava hücumundan deyil, həm də ikinci Qarabağ müharibəsində öz effektivliyini sübut edən (Ermənistan Rusiyanın hədiyyə etdiyi silahlarla Azərbaycanın neft infrastrukturunu vuracağı ilə hədələyəndə -red). raketdən müdafiə sistemlərinə malik azsaylı ölkələrdən biridir.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

