“Anakonda planı” işə düşüb
18.03.2022 [10:27]
NATO Ukraynaya sülhməramlı missiya göndərəcək?
Günel ABBAS
NATO-nun martın 24-ə planlaşdırılan növbədənkənar sammiti zamanı Ukraynaya sülhməramlı missiyanın göndərilməsi təklifi təqdim olunacaq. Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski dövlət televiziyasının efirində bildirib. Onun sözlərinə görə, sülhməramlı missiya ideyası ən yaxın müttəfiqlərlə müzakirə edilib və bu təklif NATO-nun növbəti sammitində qaldırılacaq. O, hazırda bu ideyanın bir çox Avropa ölkələrində müzakirə olunduğunu da bildirib. Sammitdə ABŞ prezidenti Co Baydenin də iştirakı və Rusiyaya qarşı növbəti sanksiya paketinin təqdim ediləcəyi gözlənilir. Qeyd edək ki, bu, Rusiyaya qarşı tətbiq olunacaq sayca “beşinci sanksiya paketi”dir.
Hər ötən gün iqtisadi vəziyyəti bir az da gərginləşən rəsmi Moskva da sanksiyalara cavabsız qalmır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev açıqlamasında qərb ölkələrinin Rusiyaya qarşı davranışını cinayət adlandırıb. Bildirib ki, Qərb Rusiyanı tərbiyə edə və parçalaya bilməz. O, indiki gərgin vəziyyəti NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsi, iqtisadi və informasiya müharibəsi, hədə-qorxuları ilə əlaqələndirib. Ümumiyyətlə, son həftələrdə baş verən hadisələr fonunda NATO-nun atdığı addımlar birmənalı qarşılanmır. NATO bir yandan Ukraynadakı vəziyyətlə əlaqədar Slovakiyada bölmələrini artırır, digər tərəfdən Norveçdə “Soyuq cavab-2022” adlı hərbi təlimlərə başlayıb.
Bu proseslər nəyin göstəricisidir? NATO Ukraynaya sülhməramlı missiya göndərəcəkmi? Bu dəfə Rusiyanı hansı təzyiqlər gözləyir, “beşinci sanksiya paketi” nədən ibarətdir?
Suallarımıza Milli Məclisin deputatı Arzu Nağıyevlə aydınlıq gətirdik. Deputat “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, bu gün həm də NATO və Rusiya müharibəsi gedir: “NATO-ya daxil olan dövlətlərin bir hissəsinin əsas məramı Rusiyanın iqtisadi vəziyyətini çökdürməkdir. Əvvəllər nüvə silahından söhbət gedirdi, artıq müəyyən dəyişikliklər var. “Anakonda planı” işə düşüb, Rusiyanı həm siyasi, həm də iqtisadi cəhətdən boğurlar. Burada Ukrayna məsələsindən də çox ciddi istifadə olunur. Ukraynanın əvvəllər NATO-ya üzv olması ilə bağlı verilən bəyanatlar NATO kontingentinin Rusiyanın Rostov vilayətinə qədər gəlib çıxması demək idi. Bunu da Rusiya qəbul edə bilməzdi, çünki gələcək məqsədlərin nəticəsi məlum idi”.
Onun sözlərinə görə, sülhməramlı kontingentin müdaxiləsi yalnız qarşı-qarşıya dayanan tərəflərin hər ikisinin razılığı əsasında baş tuta bilər: “Sülhməramlılar döyüşməkdən daha çox sabitliyi təmin etmək üçün mövcuddur, ancaq özlərinə qarşı hər hansı təxribat və təhlükə olarsa, silaha sarıla bilərlər. Rusiya isə sülhməramlıların müdaxiləsinə razılıq verməyəcək. Çünki Donbasda da sülhməramlılar olub, ancaq hər hansı nəticə əldə olunmayıb. İstər humanitar dəhlizlərin yaradılması, istərsə də digər addımların atılması müharibəni dayandırmaq məsələsi deyil. Müharibə Ukrayna və Rusiyanın razılığı ilə dayandırılmalıdır. Ondan sonra NATO və digər qərb dövlətlərinin Rusiya ilə problemi çözülməlidir. Əks halda müharibə uzanacaq. Qarşıdan yaz aylarının gəldiyini nəzərə alsaq, meşələrdə kamuflyaj olma məsələsi də asanlaşacaq və partizan hərəkatlarına keçilə bilər”.
A.Nağıyev bildirdi ki, sammitdə yenidən oliqarxlara, maliyyə mənbələrinə qarşı sanksiyalar tətbiq olunacaq: “Bu sanksiyalar hərbi-sənaye komplekslərinə də tətbiq oluna bilər. Ancaq dinc əhalinin əziyyət çəkməməsi üçün döyüş dayandırılmalıdır. Müharibə dayanmasa, regionda vəziyyət gərginləşə bilər. Dolayı yolla da olsa, iyun ayına kimi ərzaq təhlükəsizliyində problemlər yarana bilər”.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30

