Ermənistan Soros yolu ilə getsə də...
10.02.2022 [10:56]
Gələcəyini regiondakı yeni reallıq təmin edəcək
Taleh AĞAVERDİYEV
Dünyanın bir çox ölkələri amerikalı milyarder Corc Sorosun Fondunu iğtişaşların və inqilabların əsas sponsoru hesab edir. Corc Soros bir çox postsovet ölkələrində “məxməri inqilab” təşkil etməyə çalışdı, lakin Ermənistan onun üçün ən uğurlu ölkə oldu.
Ermənistanın siyasətinə təsir göstərmək üçün 1997-ci ildə Ermənistanda “Açıq Cəmiyyət- Ermənistan” Fondu adı ilə fəaliyyətə başlayan Soros Fondu 200-dən çox təşkilata 50 milyon ABŞ dollarına yaxın vəsait ayırıb. Ermənistanda “məxməri inqilab”dan 3 ay əvvəl onun səyləri ilə Nikol Paşinyan və komandasının ətrafındakı jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri məqsədyönlü şəkildə təlim keçiblər. Beləliklə, 2018-ci ildə bu Fond əsas məqsədinə nail oldu - bir nömrəli Soros adamı Ermənistanın baş naziri oldu.
Fond Ermənistanı Cənubi Qafqazda özünün dayaq məntəqəsinə çevirmək niyyətindədir. Bu məqsədlə Sorosun maliyyələşdirdiyi QHT-lər Rusiyanı erməni xalqının düşməninə çevirməyə çalışır, rusofobiyanı fəal şəkildə təbliğ edir, Rusiyanı ölkədəki böhranın əsas günahkarı kimi qələmə verir, Qərb əhval-ruhiyyəsini və təfəkkürünü zorla qəbul etdirir. Rusiyanın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşlər çərçivəsində əldə olunan razılaşmaların həyata keçirilməsində Ermənistan siyasi rəhbərliyinin nə qədər qeyri-ardıcıl davrandığını da görürük. Ermənistan tərəfi vaxtaşırı atəşkəsi pozaraq Azərbaycana qarşı təxribatlar törədir. Ehtimal etmək olar ki, Ermənistanın indiki siyasi rəhbərliyinin hərəkətləri Soros Fondunun regionla bağlı siyasəti ilə uyğunlaşdırılır.
Ancaq belə bir təəssürat yaranır ki, Soros Fondunun əsas əlaltısı Nikol Paşinyan 44 günlük müharibədə dağıdıcı məğlubiyyətdən sonra bölgədəki işlərin əsl vəziyyətini dərk edərək, belə demək mümkünsə, ikili cəbhədə oynamağa başlayandan sonra, Ermənistanın əsl ağalarını məyus etdi. Sorosçuları mövcud vəziyyət qane etmir, çünki Qərb qüvvələri Cənubi Qafqaza sülhməramlı qüvvələr və müşahidəçilər cəlb etməklə öz mövqelərini möhkəmləndirə bilmədilər. Ona görə də hər şeyi yenidən “oynamaq” üçün, Üçüncü Qarabağ müharibəsini qızışdırmağa cəhdlər edilir.
Bu məqsədlə Fond Paşinyanın rəqiblərinə kömək etmək qərarına gəlib. Ermənistanda müxalifət vasitəsilə revanşist əhval-ruhiyyə fəal şəkildə qızışdırılır, Njde kimi nasist şərikləri qəhramanlaşdırılır. Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin etməklə dostluq əlini uzadarkən, Azərbaycan isə sülh müqaviləsi imzalamağı və regionda bütün kommunikasiyaları açmağı təklif edərkən, erməni revanşistləri Cənubi Qafqazda çoxdan gözlənilən sülhün bərqərar olması planlarını puça çıxarmaq niyyətindədirlər.
Məsələn, bu yaxınlarda ölkənin eks-prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, keçmiş baş nazirlər, parlamentin vitse-spikeri İşxan Saqatelyan və “Ermənistan”, “Mənim şərəfim var” və “Çiçəklənən Ermənistan”müxalifət bloklarından olan deputatların iştirak etdikləri “Daşnaksütyun” partiyasının 131-ci ildönümünün qeyd edilməsi üzrə mərasimdə bəyan edilib ki, partiyanın əsas fəaliyyəti Ermənistan-Türkiyə barışıq prosesini dayandırmaqdan ibarət olacaq. Bundan əlavə, revaşistlər sektasının toplantısında 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla bağlı narazılıqlar səsləndirilib, ona yenidən baxılması və “vətənin bərpası”na başlamaq üçün birləşmək təklif olunub.
Bu baxımdan, fevralın 22-də vəzifəsini tərk edəcək Ermənistan ombudsmanı Arman Tatoyanın son mətbuat konfransına da diqqət yetirmək olar. Sonda “qapını çırpıb getmək” qərarına gələn Tatoyan mətbuat konfransı zamanı bir sıra türkofob və anti-Azərbaycan tezislərini səsləndirdi və Paşinyan hökumətini məğlubiyyət ilə barışdıqları və onun revanşist təşəbbüslərini dəstəkləmədiyinə görə tənqid etdi.
Qeyd edək ki, son il yarım ərzində Tatoyanın “insan hüquqları” üzrə fəaliyyətinin böyük hissəsi Ermənistan vətəndaşlarının hüquqlarını müdafiə etməyə deyil, Azərbaycan, Türkiyə və baş nazir Paşinyana qarşı mübarizəyə həsr olunub. Sonda İrəvandakı hakimiyyət ondan bezdi və təkəbbürlü hüquqşunas (Tatoyan 2013-cü ildə Soros Fondundan olan dostlarının hesabına bir il Pensilvaniya Universitetinin Hüquq məktəbində təhsil alıb) insan haqlarının “müdafiəçisi” kimi yeni müddətə tövsiyə olunmadı.
Bütün bunlarda Sorosun izi aydın şəkildə izlənilir. Bununla belə, Soros Fondu hansı məqsədlər güdməsindən asılı olmayaraq, hər hansı revanş cəhdi uğursuzluğa məhkumdur. İrəvanın işğalçı siyasətinə son qoyan Azərbaycanın regionda yaratdığı yeni reallıq dəyişməzdir. Uzun illər talan edilmiş Ermənistan ordusundan heç nə qalmayıb, və o, bərpa olunmayacaq. Azərbaycanın səyləri sayəsində isə kommunikasiyalar tezliklə açılacaq və bu, Ermənistanın iqtisadiyyatı, rüşvətxor məmurların xəstə ambisiyaları uğrunda daim müharibə aparmaqdan yorulan vətəndaşları üçün çoxdan gözlənilən stimula çevriləcək. Ermənistan nə qədər Sorosun təyin etdiyi yol ilə getsə, bir o qədər tez bu gün “dövlətçilik” və “müstəqillik” adlandırdığı şeyləri itirəcək. Onlar üçün parlaq gələcəyi revanşizm və nifrət deyil, regiondakı yeni reallıq təmin edəcək.
Xəbər lenti
Hamısına baxHadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51

