Qozbeli qəbir, Serjiki...
02.02.2022 [10:15]
Sarkisyanın fantaziyaları və reallıqlar
Taleh Ağaverdiyev
Məşhur bir atalar sözü var: “Qozbeli qəbir düzəldər”. Bu həqiqət tam olaraq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana aiddir.
2018-ci ildə indiki baş nazir Nikol Paşinyan başda olmaqla Soros inqilabçıları Serjiki Ermənistan hökumətinin başçısının isti və gəlirli kreslosundan məhrum etdilər. Amma bu gün cərəyan edən proseslər göstərir ki, hakimiyyəti əldən verən Sarkisyan siyasi olimpə qayıtmaq cəhdlərindən imtina etmək niyyətində deyil. O, təxribatçı fəaliyyətini davam etdirərək Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olmağa, həm yerli, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır. Sarkisyan ötən gün “Armnews” telekanalına müsahibəsində növbəti dəfə revanşist və təxribatçı bəyanatlar verib. Hərbi cinayətkar bildirib ki, Qarabağın Azərbaycanın tərkibində olmasının qarşısı alına bilər. O, Qarabağın ermənilərin olduğunu hesab edən insanları birləşməyə çağırıb. Bütün bunlarla yanaşı, “xalqların öz müqəddəratını təyinetmə hüququ” barədə köhnə nağılını danışmağa başlayan Serjik həyasızcasına öz sözlərində revanşizm elementlərini axtarmamağa çağırıb: “2018-ci ildən sonra, xüsusən də dağıdıcı müharibədən sonra uzun müddət bizi militarizmdə ittiham etməyə çalışsalar da, əslində, heç vaxt revanşist olmamışıq”.
Sarkisyan Qarabağ üzrə danışıqlar aparan şəxs olmamasına baxmayaraq, sözlərini beynəlxalq ictimaiyyətə mesaj hesab edir və söyləyir ki, Ermənistan məğlub, zəif və təslim olsa da, onun “danışıqlar prosesini bərpa etmək” imkanları var. Əslində, o, sadəcə olaraq, məğlub və miskin Ermənistanın acizliyini, zəifliyini etiraf edir.
Eyni zamanda, Sarkisyanın “yanaşma”sı tam cəfəngiyatdır. Digər dövlətə qarşı ərazi iddialarını revanşizmdən savayı necə adlandırmaq olar? 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda məsələlər aydın təsbit edilib və status məsələsindən söhbət gedə bilməz.
Beləliklə, müsahibənin mətnindən aydın olur ki, Sarkisyan məğlubiyyəti qəbul etməyərək, barışıq və dialoqa mane olmağa çalışmaqla erməni xalqını növbəti dəfə qurban verməyə hazırdır. Ölkəsinin əhalisini Azərbaycanla qarşıdurmaya təşviq edən Serj, görünür, 2016-cı ildəki aprel rəzalətini (dörd günlük müharibədə Ermənistan ordusunun məğlubiyyətini-red.) və onun Ermənistanda hakimiyyət dəyişikliyinə təkan verdiyini unudub. Onda ilk dəfə hamı gördü ki, Ermənistan hakimiyyətinin ordunun “məğlubedilməzliyi” ilə bağlı bəyanatları primitiv mifdir. Lap başda, Ermənistan silahlı qüvvələrinin fiaskosundan sonra keçən ilk günlərdə Serjik 4 günlük aprel döyüşlərinin nəticələrini primitiv şəkildə təhrif etməyə çalışdı. Lakin Sarkisyanın bütün bəhanələri bəsit idi. Hətta qondarma separatçı rejimin keçmiş “müdafiə naziri” Samvel Babayan da onun ermənilərin təxminən 400 hektar ərazini itirdikləri barədə bəyanatını təkzib etdi və Azərbaycanın 2300 hektar ərazisini işğaldan azad etdiyini bildirdi.
44 günlük müharibə zamanı da “cəsur” Serjik gah koronavirusa yoluxdu, gah da COVID-dən vaxtsız vəfat edən həyat yoldaşı üçün kədərləndi, bir sözlə, müharibənin qurtarmasını və özü üçün əlverişli məqamı gözləyirdi. Bir ara guya bir iş görmək üçün Xankəndinə soxulmağa cəhd etdi. Amma Azərbaycan Ordusunun artıq irəlilədiyini görüb fərari kimi qorxaqcasına oradan qaçdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində Sarkisyanın keçmiş dostu və ortağı Köçəryanla birgə bu fərariliyini bir daha xatırladıb: “Biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar”.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan və faktiki kapitulyasiyadan sonra Serjik ağ atın üstündə hakimiyyətə qayıtmaq ümidi ilə gün işığına çıxdı. Paşinyanın opponentlərinə qoşularaq növbədənkənar parlament seçkilərindən istifadə etməyə çalışdı və paralel olaraq Nikolu devirmək üçün ona sadiq olan hərbçiləri çevrilişə təşviq etdi. Amma həmişəki kimi planları iflasa uğradı. Seçkilərdə beş faiz səs belə toplaya bilmədi. Beləliklə, erməni xalqı müharibədə günahkar sayılan hakimiyyətə daha çox səs verməyə üstünlük verdiyini göstərdi.
Hakimiyyətə can atan Serjik bezmədən bədnam-qondarma status məsələsini və “öz müqəddəratını təyinetmə hüququ” haqqında cəfəngiyatı təkrarlayır. Ancaq tarixi geri qaytarmaq olmaz, onun fantaziyaları və illüziyaları gerçəkləşməyəcək. Prezident İlham Əliyev bəhs olunan müsahibədə erməni revanşistlərinə və onların havadarlarına növbəti dəfə sərt xəbərdarlıq etdi: “Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

