Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Yaponiyada qida istehlakı vergisi azaldır

Yaponiyada qida istehlakı vergisi azaldır

09.10.2026 [16:36]

Yaponiya Nazirlər Kabineti ərzaq və içkilərə tətbiq olunan istehlak vergisinin müvəqqəti azaldılmasını və gəlir səviyyəsinə əsaslanan maddi yardım proqramının tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, layihəyə əsasən, gələn ilin aprelində başlayacaq 2027-ci maliyyə ilindən etibarən 2 il müddətində ərzaq və içkilər üzrə istehlak vergisi 8 faizdən 1 faizə endiriləcək. Layihə, həmçinin aztəminatlı və ortagəlirli şəxslər üçün illik nağd ödənişlərin verilməsini nəzərdə tutur.

Hökumət qanun layihəsini parlamentin hazırkı növbədənkənar sessiyasına təqdim etməyi və sessiyanın başa çatacağı 12 dekabr tarixinədək onun qəbul olunmasını təmin etməyi planlaşdırır. Vergi endirimi və nağd yardım proqramının iki il ərzində təxminən 10 trilyon yen (63 milyard dollar) vəsait tələb edəcəyi gözlənilir. Bu isə inkişaf etmiş iqtisadiyyatlar arasında onsuz da zəif maliyyə vəziyyətinə malik olan Yaponiyanın büdcə dayanıqlılığı ilə bağlı narahatlıqları artırır.

Müxalifətdən olan deputatlar lazımi vəsaitin necə təmin ediləcəyi ilə bağlı suallar qaldırıb və yardım almaq üçün nəzərdə tutulan meyarların qeyri-müəyyən olduğunu tənqid ediblər.

Təklif olunan bu endirim verginin tətbiq edildiyi 1989-cu ildən bəri Yaponiyada istehlak vergisi dərəcəsinin ilk dəfə azaldılması demək olacaq. 2019-cu ilin oktyabrından etibarən standart vergi dərəcəsi 10 faiz təşkil edir; ərzaq və içkilərə (spirtli içkilər və restoranlarda istehlak istisna olmaqla) isə 8 faizlik azaldılmış dərəcə tətbiq olunur.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Sosial

MEDİA

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31