Əhali Ermənistanı tərk edir
28.01.2022 [23:00]
Bu baxımdan, ötən il rekord göstərici olub
Nardar BAYRAMLI
İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanda sosial-iqtisadi böhran dərinləşməkdədir. Bu səbəbdən də, əhali sürətlə bu ölkəni tərk edir. Ermənistanın rəsmi qurumlarının məlumatına görə, ötən il Ermənistanın 46 900 nəfərdən çox vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Yerli mətbuat yazır ki, bu, son illərin rekord göstəricisidir. Ümumilikdə 2017-2021-ci illərdə Ermənistanın 153,8 min nəfər vətəndaşı Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə münasibətdə bu, təxminən 5,2 faiz təşkil edir.
Ermənistanın “News.am” saytı yazır ki, əhalinin mühacirətə getməsinin əsas səbəbləri hamıya məlumdur: “Buna səbəb kütləvi işsizlik və ya minimum yaşayış səviyyəsini belə təmin etməyən aşağı gəlir səviyyəsidir. Ötən il ölkədə ümumi inflyasiya 7,2 faiz olub. Xüsusilə, kənd təsərrüfatında ikirəqəmli inflyasiya 11,2 faiz səviyyəsində özünü göstərib. Belə olan halda əhali ölkəni tərk etməyə məcbur olur”. Məlumatda o da qeyd edilir ki, buna, həmçinin 44 günlük müharibənin ağır nəticələri, ölkədəki gərgin vəziyyət də təsir göstərir. Çoxları ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik ucbatından Ermənistanı tərk edirlər.
Əhalinin Ermənistanı sürətlə tərk etməsinin səbəblərindən danışan siyasi şərhçi Asif Nərimanlı qəzetimizə açıqlamasında bildirib ki, vətəndaşların bu ölkəni tərk etməsi yeni məsələ deyil. Onun sözlərinə görə, Ermənistanın 30 ilə yaxın işğal siyasəti aparması özünə müsbət heç nə verməyib: “Bu səbəbdən də Ermənistan müstəqilliyini elan etdiyi dövrdən sonra əhali azalmağa doğru gedir. Onu da deyim ki, Ermənistan sakinlərinin mühacirət coğrafiyası Rusiya ilə məhdudlaşmır. Sadəcə, indi orada qanuni yaşamaq və işləmək hüququ əldə etmək imkanı Qərb ölkələrindən qat-qat asandır. Digər tərəfdən, hazırkı durum ciddi sosial və iqtisadi problemlərə gətirib çıxarır. Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlasa da, heç bir dividend qazana bilmədi, əksinə sosial-iqtisadi çöküşü davam etdi. Azərbaycan işğalçı ölkəni bütün regional layihələrdən kənarda saxladı. Halbuki, rəsmi İrəvan o dövrdə Azərbaycanın çağırışlarına əməl edib işğalçı siyasətə son qoysaydı, həmin layihələrdən bəhrələnə və iqtisadi qazanc əldə edə bilərdi. Həqiqətən də, layihələr Ermənistanda əhalinin rifahının da yüksəlməsinə səbəb ola bilərdi. Lakin Ermənistan işğalçı siyasəti davam etmək yolunu tutdu. Ona görə də, daim böhran məngənəsində sıxılıb, demoqrafiq vəziyyət ağır olaraq qalıb. 44 günlük müharibədə məğlub olması isə Ermənistanda vəziyyəti daha da ağırlaşdırıb”.
A.Nərimanlı qeyd edib ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistanda iqtisadi və sosial vəziyyətə hələ də təsir etməkdədir: “Ermənistanın sərhəddə təxribatları, siyasi qeyri-sabitlik, ölkənin inkişaf perspektivlərinə olan inamın azalması qarşıdan gələn illərdə emiqrasiya axınını sürətləndirməyə davam edəcək. Ona görə də ölkənin gələcək iqtisadi inkişafı üçün Ermənistan Azərbaycanla sərhəddə təxribatlara və aqressiv davranışa son qoymalı, 10 noyabr razılaşmasının müddəalarını, o cümlədən Zəngəzur dəhlizinin açılmasını həyata keçirməlidir. Ermənistanın iqtisadi baxımdan inkişafı üçün yolu qonşularla iqtisadi və siyasi əlaqələrin normallaşdırılması və iqtisadi blokadadan azad olmaqdır. Əks halda iqtisadi böhranı idarə etmək mümkün olmayacaq. Bunun nəticəsində əhalinin ölkəni tərk etməsi prosesi dönməz xarakter alacaq”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50

