/ / ATƏT-in Bakı ofisinin keçirdiyi konfransda medianın parlament seçkilərini sərbəst işıqlandırması məsələsi müzakirə olunub
ATƏT-in Bakı ofisinin keçirdiyi konfransda medianın parlament seçkilərini sərbəst işıqlandırması məsələsi müzakirə olunub
25.08.2010 [10:27]
ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel konfransı açaraq qeyd edib ki, plüralist media demokratik seçkilər üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycan mətbuatına bu sahədə hər cür dəstək verməyə hazırıq.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qeyd edib ki, bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar həm MSK, həm də müvafiq beynəlxalq təşkilatlar öz fəaliyyətlərini gücləndiriblər: “Bizim diqqət mərkəzində saxladığımız ən mühüm məsələlərdən biri KİV-lərin seçkilərdə iştirakı, bu prosesdə MSK və digər seçki subyektləri ilə əlaqələrin qurulmasından ibarətdir”.
Seçkilər zamanı, eləcə də, MSK-nın həyata keçirdiyi bütün tədbirlərdə mətbuatın iştirakının təmin edildiyini bildirən M.Pənahov, seçkilərin əsas subyektləri olan namizədlərin seçki kampaniyalarında KİV-lərin rolu, onların mətbuatdan istifadə imkanları ilə bağlı məsələlərin əsas müzakirə mövzusu olduğunu vurğulayıb. Bildirib ki, seçkilərin azad, demokratik və şəffaf keçirilməsində KİV-lərin rolu mühüm əhəmiyyət kəsb edir və MSK medianın bu prosesdə fəal iştirakının təmin edilməsinə çalışır.
MSK sədri deyib ki, Seçki Məcəlləsində də bu prosesdə KİV-lərin təmsilçilərinə bir sıra üstünlüklər verilib: “KİV-lər MSK-da və aşağı seçki komissiyalarında akkreditə olunmadan proses ərzində bütün mərhələlərdə istənilən məntəqədə seçkiləri müşahidə etmək, onlara lazım olan bütün məlumatları almaq hüququna malikdirlər. Biz bütün fəaliyyətimizdə bu prinsipləri əsas götürməyə çalışırıq”.
MSK-nın aşağı seçki komissiyalarının maarifləndirməsi işlərini həyata keçirdiyini bildirən M.Pənahov, tədbirlərdə digər məsələlərlə yanaşı, KİV-lərlə münasibət məsələlərini də onların qarşısında əsas vəzifə kimi qoyduqlarını qeyd edib.
M.Pənahov deyib ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi namizədlərin KİV-lərdə təbliğ olunması baxımından kifayət qədər dolğun sənəddir: “KİV-lərdə namizədlər üçün ödənişsiz imkanlar yaradılıb ki, bu da seçki prosesinə göstərilən diqqətin nəticəsidir. Eyni zamanda, Seçki Məcəlləsində ödənişli efir vaxtlarının və dövri nəşrlərdəki ödənişli səhifələrin əldə edilməsinə də heç bir məhdudiyyət qoyulmayıb. MSK çalışır ki, ödənişsiz efir vaxtı hüququ olan subyektlərə kifayət qədər efir vaxtı ayrılsın və ödənişli efir vaxtları və dövri nəşrlərdəki səhifələr bütün namizədlər üçün eyni olsun”.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, ATƏT-in Bakı ofisinin təşkil etdiyi tədbir ölkəmizdə seçki praktikasının təkmilləşdirilməsi, cəmiyyətdə fəal seçki mühitinin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Demokratik cəmiyyətlərdə seçki prosesinin üç əsas tərkib hissəsinin olduğunu qeyd edən Ə.Həsənov bildirib ki, seçkiyə aid təşkilati məsələlər MSK və onun strukturuna daxil olan dairə və məntəqə seçki komissiyaları tərəfindən yerinə yetirilir: “MSK-nın formalaşması Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsaslanır. Azərbaycanda seçkilərin bütün qanuni əsasları vahid Seçki Məcəlləsində öz əksini tapıb. Seçkinin təşkili ilə bağlı digər məsələlər MSK-nın təlimatlarında və daxili qərarlarında yer alıb”.
Cəmiyyətin seçkilərə hazırlanması prosesinin seçkinin keçirilməsinin əsas tərkib hissələrindən biri olduğunu vurğulayan Ə.Həsənov bildirib ki, cəmiyyətin bütün təbəqələri, maraqlı qurumlar, seçkiyə qatılan siyasi institutlar, namizədlər, seçici blokları və MSK öz fəaliyyətlərində bu prinsipləri əsas götürməlidirlər: “Bu məsələdə ATƏT-in fəaliyyəti yüksək qiymətləndirilməlidir”.
Ə.Həsənov bildirib ki, seçkilərin üçüncü əsas mərhələsi seçkilərin keçirilməsi prosesinin təşkili və təbliğidir: “Burada bir tərəfdən namizədlərin qeydə alınması, dairə və məntəqə komissiyalarının işinin təşkili, digər tərəfdən namizədlər arasında azad seçki yarışının təmin olunmasıdır. Bu prosesdə KİV-lərin rolu danılmaz və əvəzolunmazdır”.
Ə.Həsənov deyib ki, Azərbaycan hökuməti qarşıdakı seçkilərdə KİV-lərin iştirakını məhdudlaşdıran heç bir inzibati resursdan, qərardan və digər tədbirdən istifadə etməyəcək: “Seçki Məcəlləsinə müvafiq olaraq, KİV-lərin seçkilərdə iştirakı tam təmin olunacaq. Seçki Məcəlləsində, MSK-nın təlimatlarında namizədlərin KİV-lərdə çıxışı ilə bağlı göstərilmiş bütün müddəalara lazımi səviyyədə əməl ediləcək. Əlbəttə, burada Azərbaycan dövləti özəl mətbuatın adından öhdəlik götürə bilməz. Lakin onu əminliklə söyləyə bilərik ki, özəl mətbuatın seçkidə iştirakı üçün heç bir məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyəcək. İctimai Televiziyada bütün namizədlərin azad təbliğat aparması üçün bərabər şərait yaradılacaq, digər televiziyalarda da seçki təşviqatının aparılmasına lazımi dəstək veriləcək. Biz Azərbaycanda bütün seçkilərin tam şəffaf, ədalətli və demokratik keçirilməsində maraqlıyıq”.
Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, KİV-lər yalnız seçki təbliğatını həyata keçirən orqan deyil, eyni zamanda, seçki mühitinin aşkarlığını təmin edən qurumlardır: “KİV-lər sərbəst şəkildə seçkinin aşkarlığını təmin edə, müşahidə missiyasını həyata keçirə, namizədlərarası yarışı təşkil edə və Azərbaycanda keçirilən seçkilərin imicini formalaşdıra bilər”.
Seçkilərin imicinin əhəmiyyətini vurğulayan Ə.Həsənov, Azərbaycanda seçki prosesi ilə sonradan seçkilərə göstərilən etimad arasında müəyyən ziddiyyətlərin mövcud olduğunu deyib. Bildirib ki, bu, Azərbaycan hökumətinin arzu etmədiyi bir haldır. Qeyd olunub ki, bunun baş verməməsi üçün KİV-lərin nümayəndələri seçki prosesini şəffaf şəkildə müşahidə etməlidirlər.
ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter çıxışında Azərbaycanda qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələlərindən bəhs edib, təkliflərini bildirib.
Sonda siyasi partiyaların və KİV-lərin rəhbərləri çıxış edərək, mövzu ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

