Nazarbayevdən çağırış
14.12.2021 [10:08]
Avrasiya İqtisadi İttifaqında müşahidəçi ölkə statusu Azərbaycana nə verə bilər?
P. İsmayılov
Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət kursu bütün dünyanın diqqətini cəlb etməkdədir. Bunun nəticəsidir ki, istər regional, istərsə də beynəlxalq təşkilatlar Azərbaycanı öz sıralarında görmək, ölkəmizin təcrübəsindən və imkanlarından yararlanmaq istəyirlər. Təsadüfi deyil ki, artıq Azərbaycanı Avrasiya İqtisadi İttifaqında (Aİİ) da görmək istəyirlər. Belə ki, Qazaxıstanın birinci Prezidenti, Aİİ-nin fəxri sədri Nursultan Nazarbayev Avrasiya İqtisadi Şurasının videokonfrans formatında keçirilən iclasında söyləyib ki, çoxillik münaqişədən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasını ürəkdən alqışlayır. “Düşünürəm ki, hamı belə fikirləşir. Bununla yanaşı, əvvəl də dediyimiz kimi, Azərbaycan Respublikası ilə Avrasiya İqtisadi İttifaqında müşahidəçi ölkə statusu alması üçün danışıqlar aparılmasını mümkün hesab edirəm. Özbəkistan nümunəsi ilhamlandırmalıdır. Düşünürəm ki, Özbəkistan bundan az qazanmadı”, - deyə N.Nazarbayev bildirib.
Vurğulayaq ki, Aİİ 2014-cü il mayın 29-da Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulub. Sonradan Ermənistan da bu ittifaqa qoşulub. Bir müddət öncə isə Özbəkistan quruma müşahidəçi ölkə statusunda üzv olub.
Ekspertlərin fikrincə, 44 günlük Vətən müharibəsindən sonra aktuallaşan kommunikasiyaların açılması regionda yeni siyasi-iqtisadi reallıqlar yaradıb. Bu reallıqların müəllifi olan Azərbaycan isə Aİİ-nin fəaliyyətinə mühüm töhfələr verə bilər. Belə ki, istər Qazaxıstan, istərsə də Rusiya bu gün Azərbaycanın nəqliyyat-kommunikasiya imkanlarından yararlanmaq istəyir. Digər tərəfdən, Azərbaycanın quruma müşahidəçi ölkə qismində qatılması həm də Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi dayaqlarının artmasına yaxından kömək edə bilər.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, N.Nazarbayevin bu təklifi maraqlı olması ilə yanaşı, həm də mühüm iqtisadi-siyasi əhəmiyyət daşımaqdadır: “Azərbaycan region ölkələri üçün hərtərəfli cəlbedici xüsusiyyətlərə malikdir. Nəzərə almalıyıq ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqında təmsilçiliyi məsələsi bir müddət öncə Belarus Prezidenti tərəfindən də dilə gətirilmişdi. Bu dəfə Nazarbayevin səsləndirdiyi bu fikir həm də Rusiya siyasi dairələrinin arzusudur: “Avrasiya İqtisadi İttifaqı bizim üçün kifayət qədər bəlli bir təşkilatdır və onun fəaliyyəti ilə yaxından tanışıq. Müşahidəçi statusun nə olduğun? gəlincə isə, ortada Özbəkistan nümunəsi var. Özbəkistan bu təşkilata müşahidəçi qismində qatılıb. Belə üzvlük ölkələrə təşkilatın işində iştirak etmək, amma onun qərarlarına tabe olmamaq imkanı qazandırır. Fikrimcə, bu, normal mexanizmdir. Bu tip təmsilçilik bizə preferensial ticarət aparmağa, əmək bazarından, bütövlükdə bazarın müsbət tərəflərindən maksimum istifadə etməyə imkan verir. Onsuz da Azərbaycanın qeyri-neft məhsullarının böyük həcmi MDB ölkələrinə, xüsusilə də Rusiyaya ixrac olunur. Biz bu ittifaqın fəaliyyətində müşahidəçi qismində iştirak etməklə öz məhsullarımızın Rusiya və digər ölkələrin bazarlarına çıxışını daha rahat təmin edə bilərik”.
Ermənistanın da bu təşkilatın üzvü olduğunu xatırladan İ.Vəlizadə bildirib ki, Azərbaycanın qurumda müşahidəçi üzv olması üçün iki ölkə arasındakı problemlər tam olaraq öz həllini tapmalıdır. Başqa sözlə, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əməl edilməlidir. “Kommunikasiyalar açmalı, sərhədlərlə bağlı problemlər öz həllini tapmalıdır. Əgər Ermənistan üçtərəfli Bəyanatın tələblərini yerinə yetirsə, Aİİ-nin çağırışını dəyərləndirmək olar. Ermənistan anlamalıdır ki, əsas iqtisadi müttəfiqi olan Rusiya ilə Azərbaycan vasitəsilə rahat mübadilə apara bilər. Bunun üçün Ermənistan sülhə doğru addım atmalıdır”, - deyən İ.Vəlizadə bir maraqlı məqama da toxunub.
Onun fikrincə, Azərbaycanın Aİİ-nin çağırışına müsbət cavab verməsi TDT ölkələrinin iqtisadi əlaqələrinin inkişafına da təsirsiz ötüşməyəcək: “Belə ki, Türkiyənin hazırda həm Rusiya, həm də Qazaxıstan ilə mübadilələri artıb. Türkiyənin özü də maraqlıdır ki, Azərbaycan vasitəsilə məhsullarını Aİİ ölkələrinə ixrac etsin. Digər tərəfdən, Azərbaycanın Aİİ-də təmsil olunması qurumun fəaliyyətində türkdilli ölkələrin çəkisini də artıra bilər”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57

