Mina xəritələri də saxtadır... tarixləri kimi
09.12.2021 [10:09]
Təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız və yararsız olması təəssüratını yaradır
Pərviz
Noyabrın 26-da keçirilən Soçi görüşünün ardından Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələri, daha doğrusu, Azərbaycan Respublikasının işğaldan azad olunan digər müəyyən ərazilərinin mina sahələrinin formulyarları şübhəlidir. Bu fikri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədri Vüqar Süleymanov deyib. O bildirib ki, mina sahələrinin formulyarlarında adətən ərazinin koordinatları, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur. Lakin təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır. V.Süleymanov bildirib ki, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədilə bütün mina sahələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış etsə də, bu formulyarların işğaldan azad olunmuş bütün əraziləri tam əhatə etməsi ilə bağlı da ciddi narahatlıq mövcuddur: “ANAMA və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən formulyarlar üzərində təhlil və emal işlərinə artıq başlanılıb. Formulyarların təhlil edilməsindən sonra məlumatlar xəritələr üzərinə köçürülərək, müvafiq ərazidə uyğunluğu yoxlanılacaq. Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları ilə bağlı daha əvvəl verilmiş mina sahələri üzrə məlumatların dəqiqliyi 25 faiz təşkil edir.
Göründüyü kimi, erməni xisləti, erməni hiyləgərliyi yenidən özünü büruzə verir. Xatırladaq ki, bu ilin iyununda Ağdam, iyulun 3-də isə Füzuli və Zəngilan rayonlarında basdırılmış minaların təqdim olunan xəritələrinin böyük hissəsi də yalan çıxmışdı. Beynəlxalq məhkəmələrlə bağlı məsuliyətdən yayınmaq üçün Ermənistan özünü “sülhə doğru addım atan” ölkə kimi təqdim etməyə çalışır. Amma mina xəritələrinin tam və əsl siyahısını təqdim etməməklə Ermənistan cinayətə yol verir, beynəlxalq hüquq normalarını kobud surətdə pozur. Bu günə qədər həmin minalara düşən və həyatını itirən yüzlərlə vətəndaşın olduğunu nəzərə alsaq, bu, Ermənistanın apardığı yeni bir terror dalğası kimi xarakterizə oluna bilər. Digər tərəfdən, ermənilər tərəfindən basdırılmış bu minalar yüz minlərlə soydaşımızın işğaldan azad olunmuş rayonlara qaytarılmasına, həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərinin ardıcıl olaraq davam etdirilməsinə böyük maneə yaradır. Ermənistan Azərbaycanın sülhpərvər, humanist davranışlarına bu cür hiyləgərliklə cavab verməklə bir daha terrorçu mahiyyətə malik olduğunu ortaya qoyur.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

