Paşinyanın etirafları...
27.11.2021 [10:01]
Və ya məğlub ölkənin son şansı
Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurun icra orqanlarının rəhbərləri ilə görüş zamanı Qarabağla bağlı etiraflar səsləndirib. O, Qarabağın Azərbaycanın olduğunu söyləyib və görüşdə iştirak edənlərdən də bu fikri qəbul etmələrini istəyib. “Qarabağ Azərbaycanındır, bizi 30 il ərzində aldadıblar, məsələnin sonu da baş verənlər kimi olmalıydı”,- deyən baş nazir faktiki olaraq Ermənistanın Zəngəzur dəhlizinin açılmasına əngəl olacaq gücdə olmadığını da etiraf edib. Onun sözlərinə görə, Ermənistan Zəngəzurdan keçib Naxçıvana gedən yolu bağlaya bilməz. “Çünki Azərbaycan Prezidenti İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur”.
Azərbaycanın yaratdığı yeni geostrateji reallıqların nəticəsi
Əlbəttə, Paşinyanın etirafı Azərbaycanın yaratdığı yeni geostrateji reallıqların təzahürü və nəticəsidir. İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün tələblərinin tam yerinə yetirilməsi ilə əlaqədar qətiyyətli mövqe nümayiş etdirir. Xüsusilə də, bu gün sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin reallaşdırılması, kommunikasiya xətləri ilə əlaqədar Azərbaycanın yanaşması dəqiq, konkret və birmənalıdır. Reallıqlar da onu deməyə əsas verir ki, Azərbaycan bütün strateji hədəflərinə addım-addım irəliləyir. Elə bu aspektdən yanaşdıqda əminliklə söyləmək olar ki, ölkəmiz Zəngəzur dəhlizinin açılmasına da nail olacaq. Ermənistan bunu istəsə, məsələ daha tez və daha asan həllini tapmış olacaq. Əgər məğlub ölkə bəhs olunan geostrateji kommunikasiyanın yaradılmasına süni əngəl törətməyə çalışacaqsa, istəyinə nail ola bilməyəcək...
Ermənistanın alternativ imkanı yoxdur
Ümumiyyətlə, hazırkı şəraitdə Ermənistan rasional və praqmatik mövqe nümayiş etdirmək, revanşist iddialardan əl çəkmək məcburiyyətindədir. Məğlub ölkənin alternativ şansı - imkanı yoxdur, ona görə də tarixi reallıqlardan və siyasi gerçəkliklərdən dərs almalı, müvafiq nəticələr çıxarmalı, öz üzərinə düşən öhdəlikləri zamanında və qeyd-şərtsiz yerinə yetirməlidir. Ermənistan siyasi dairələri xüsusilə nəzərə almalıdır ki, bu ölkə regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyil. Ermənistan 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, hər hansı bir geosiyasi və geoiqtisadi imkanlara malik deyil.
Beləliklə, Paşinyanın etirafları, əslində, Ermənistanın son şansından faydalanmaq məcburiyyətində olduğunu göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10

