ABŞ-Rusiya qarşıdurmasının yeni ünvanı - Qara dəniz hövzəsi...
03.11.2021 [10:33]
ABŞ Hərbi Hava Qüvvələri Rusiyanın Baltik və Qara dəniz donanmalarını məhv etmək istəyir?
“Bu, informasiya müharibəsinin məntiqinə uyğun addımdır”
Məşhur “Forbes” nəşri “yeni müharibə” anonsu verib. Belə ki, nəşrin yazdıqlarına görə, “ABŞ Hərbi Hava Qüvvələrinin “B-1B Lancer” bombardmançıları Rusiyanın Baltik və Qara dəniz donanmalarının gəmilərini məhv etməyi planlaşdırır. “B-1B Lancer” Baltik donanmasını “48 LRASM” uzaqmənzilli gəmi əleyhinə raketlərlə vura bilər. Bu, bütün donanmanı bir anda batırmaq və ABŞ gəmiləri üçün əsas təhlükəni aradan qaldırmaq üçün kifayət edə bilər”, - deyə “Forbes”-də bildirilib.
Məqalədə yer alan bəzi məqamlar psixoloji xarakter daşısa da, tarixi ötən əsrə qədər gedib çıxan ABŞ-Rusiya mübarizəsindəki yeni ştrixlər narahatlıq doğurmaya bilmir. Çünki bəzi xarici ekspertlər “iki qütb”ün Qara dəniz hövzəsində apardığı açıq siyasi mübarizənin silahlı qarşıdurmaya keçməsini hətta an məsələsi sayırlar. Bununla belə, qarşıdurmanın miqyasının hansı dərəcədə genişlənəcəyini göz önünə gətirsək, ABŞ və Rusiya arasında yaxın zamanda hərbi insidentin yarana biləcəyi inandırıcı görünmür.
Politoloq İlqar Vəlizadə də Rusiya ilə ABŞ-ın siyasi, hərbi rəqiblər olduqlarını bildirib. Onun sözlərinə görə, bu dövlətlər qarşı tərəfin təhdidlərini azaltmaq uğrunda mübarizə aparır. Hətta silah istehsalı məsələsində belə, Rusiya ilə ABŞ arasında maraqlı bir tendensiya formalaşıb: “Rusiyada istehsal olunan silahlar, o cümlədən bu ölkənin müdafiə sənayesinin məhsulları, raket kompleksləri birmənalı şəkildə NATO silahlarının zərərsizləşdirilməsinə hesablanıb. Eyni zamanda, əks tərəf də hərbi istehsalatda Rusiya silahlarına qarşı mexanizmlər üzərində işləyir. Bu, heç kimə sirr deyil. Bu gün hər iki ölkənin Qara dəniz hövzəsində maraqları açıq şəkildə ziddiyyət təşkil edir. Rusiya həmin regionda özünün nüfuz dairəsini daha da genişləndirmək niyyətindədir. Kreml bu bölgədə həm də hərbi-siyasi mövcudluğunu möhkəmləndirmək istəyir. ABŞ, eləcə də NATO-nun müttəfiqləri isə bunun əksinə addımlar atır, Rusiyanın buradakı mövqelərini zəiflətməyə çalışırlar”.
İ.Vəlizadə bildirib ki, Qara dəniz regionunda ABŞ-ın əsas tərəfdaşları Rumıniya, Ukrayna və Gürcüstandır. Son iki dövlətin NATO ölkəsi olmaması da bu tərəfdaşlığın mövcudluğunu dəyişmir. ABŞ üçün əsas dayaq nöqtəsi isə Rumıniyadır. Politoloqun fikrincə, Türkiyə NATO ölkəsi olsa da, bu planlardan kənarda dayanır. Çünki Türkiyə daha müstəqil siyasət aparan ölkədir və bu işlərə birbaşa qarışmır. “Vəziyyət get-gedə mürəkkəbləşir. Hər iki tərəf öz silahlarına güvənir və əzələ nümayiş etdirir, təzyiqlər göstərir. Amma hələ ki, açıq müharibə gözləntisi yoxdur. Çünki parodoksal səslənsə də, müharibə nə Rusiyanın, nə də ABŞ-ın maraqlarına cavab vermir. Müharbə olacağı təqdirdə, vəziyyət idarəolunmaz hal ala bilər. Bunu isə heç kim istəmir. Bu baxımdan, regiondakı “pat” vəziyyətinin hələ uzun müddət davam edəcəyini düşünürəm. Hər iki tərəf hərbi gücünü artırmağa səy göstərir və bundan təzyiq vasitəsi kimi istifadə edir”, - deyən İ.Vəlizadə onu da əlavə edib ki, Qərb təmayüllü “Forbes”də dərc olunan məqalə isə “hibrid müharibəsinin” bir hissəsidir. ABŞ-ın həm də informasiya müharibəsi apardığını söyləyən politoloq bu məqaləni də informasiya müharibəsinin məntiqinə uyğun addım kimi dəyərləndirib.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

