Yolumuz mübarək!
28.10.2021 [10:16]
Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ savaşından sonra ölkəmizə 3-cü səfəri gerçəkləşdi. Cənab Ərdoğan səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışını etdi. Hava limanının rəmzi açarları prezidentlərə təqdim edildi. Hər iki ölkə lideri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular, sonra isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyuldu.
Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının tikintisindən sonra ilk xarici qonaq kimi bu hava limanına gəlişi və ölkə başçısı cənab İlham Əliyevlə birgə açılışda iştirak etməsi, hava limanının rəmzi açarlarını götürməsi siyasi mesaj xarakteri daşıyır. Bununla hər iki dövlət başçısı dünyaya qəti mesaj vermiş oldu. Bu, o deməkdir ki, Füzuli Beynəlxalq Hava Limanı qapılarını ilk xarici ölkə olaraq Türkiyə təyyarələrinin üzünə açmış oldu. Ehtimal olunur ki, Türkiyənin İstanbul, Ankara, İzmir və Bursa kimi böyük şəhərlərindən bura mütəmadi uçuşlar həyata keçirilə bilər. Bu isə qardaş Türkiyə şirkətlərinin Qarabağın yenidən qurulmasında daha da aktiv şəkildə iştirakını təmin etməklə yanaşı, həm də türk iş adamlarının regiona gəlişinin asanlaşmasına şərait yaratmış olur.
Daha sonra hər iki ölkə başçısının Zəngəzur dəhlizinin təməlqoyma mərasimində birgə iştirakı region və dünya dövlətlərinə verilmiş digər önəmli mesajlardan biri hesab edilə bilər. Təməlqoyma mərasiminin baş tutması ilə hər iki ölkə başçısı açıq şəkildə bildirdi ki, Zəngəzur dəhlizinin açılmasına kimin qarşı çıxmasından asılı olmayaraq, bu dəhliz mütləq açılacaq!
Dərin tarixi kökə malik Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri həm də dünyaya birlik, güc və dostluq nümunəsidir. İki ölkə liderinin görüşü, eyni zamanda, “Şuşa bəyannaməsi”nin müddəalarının uğurla həyata keçirilməsinin sübutudur.
“Zəngəzur dəhlizi inanılmaz iqtisadi-siyasi faydalar yaradacaq”
Türkiyə-Azərbaycan əlaqələrinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan beynəlxalq məsələlər üzrə mütəxəssis, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli “Yeni Azərbaycan”a açıqlamasında Ərdoğanın Füzuliyə səfərinin tarixi bir gün olduğunu bildirib. Onun sözlərinə görə, Füzuli Hava Limanı ilk xarici qonağını qəbul elədi və bütövlükdə Qarabağın hava məkanı üzərində hakimiyyətimizin suverenliyi tam şəkildə tanındı. Bu anlayışın özü həm bölgəyə, həm regiona, həm də dünyaya bir mesajdır: “Türkiyə Prezidentinin səfəri təhlükəsizlik nöqteyi-nəzərindən Azərbaycan-Türkiyə arasında bağlanmış “Şuşa Bəyannaməsi”nin icrasına başlanıldığının göstəricisi oldu. Çünki bölgədə iki qardaş ölkənin mövqeyi nəzərə alınmadan heç bir proses başladıla bilməz. Azərbaycan və Türkiyənin bu proseslərdə iştirakı vacibdir, o cümlədən qərar verən də hər iki ölkə olmalıdır”.
Ə.Əlibəyli qeyd edib ki, beynəlxalq əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılışı dünyanın, o cümlədən bölgənin iqtisadi mənzərəsini dəyişmək üçün atılmalı olan vacib addım idi: “Bu dəhliz bütün türk dünyasını birləşdirəcək, həmçinin Londondan başlayıb Pekinə qədər davam edəcək beynəlxalq iqtisadi xəttin də Zəngəzur dəhlizindən keçməsi təmin ediləcək. Zəngəzur dəhlizinin açılması inanılmaz iqtisadi-siyasi faydalar yaradacaq. Ona görə bu yolun açılması Azərbaycanla Türkiyənin Qafqazda və Ermənistanın özündə unikal təsir imkanlarının əldə olunmasına səbəb olur.
Ərdoğanın səfəri, eyni zamanda, İran üçün də verilən bir mesaj idi. Yəni Azərbaycan tək deyil, Türkiyə kimi güclü müttəfiqimiz var. Şübhəsiz ki, bu müttəfiqlik beynəlxalq hüquqa əsaslanır. Başqa dövlətlərin ərazilərinə göz dikmək, daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Azərbaycan yalnız milli maraqlarını qorumaq və təhlükəsizliyini təmin etmək məqsədindədir. Bu detallar səfərin əsas konspekti kimi qiymətləndirilməlidir”.
“Azərbaycan və Türkiyə bir ulduz kimi parlamağa davam edəcək!”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Ramil Həsən qeyd edib ki, cənab Prezidentin başçılığı ilə uğurla nəticələnmiş Zəfər mübarizəmiz həm balansların yerdəyişməsi, həm də geostrateji mövqe baxımından mövqelərimizin regionda, bölgədə və Cənubi Qafqazda daha da gücləndirilməsi istiqamətində mühüm rola malikdir.
“Ölkə başçısı Vətənimizin baş memarıdır”
Deputat vurğulayıb ki, Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətləri, bu münasibətlər çərçivəsində iki qardaş ölkə liderlərinin şəxsi dostluq əlaqələrinin yüksək səviyyədə inkişaf etdirilməsi və atılan tarixi addımlar hər iki ölkənin regionda nüfuzunun artmasına şərait yaradır: “Hər zaman qeyd edirik ki, cənab Prezident dahi sərkərdə, güclü və qüdrətli dövlət xadimi, iradəli bir liderdir. Qarabağın işğaldan azad olunmasından sonra ölkə başçısını Qarabağın dirçəldilməsi ilə bağlı Vətənimizin baş memarı da adlandıra bilərik. Azərbaycan Prezidentinin iradəsi ilə 8 ay ərzində ərsəyə gəlmiş Füzuli Beynəlxalq Hava Limanının açılışını iki qardaş ölkə liderinin birgə həyata keçirməsi, Ərdoğanın birbaşa Füzuliyə gəlişi Azərbaycan və Türkiyənin birlik, müttəfiqlik və ənənəvi sadiqlik münasibətlərini bir daha dünyaya bəyan etdi. Cənab Ərdoğanın səfəri bir daha Türkiyənin bölgədə var olduğunu, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, müttəfiqlik əlaqələrimizin bölgənin sülh və təhlükəsizliyinə hesablandığını sübut edir. Eyni zamanda, bölgəmizə təhdid ünsürü ola biləcək düşmənin başını istənilən tərzdə əzməyə qadir olduğumuzu da bəyan etmiş olduq”.
Parlamentarinin fikrincə, Şərqi Zəngəzur magistral yolunun təməlinin atılması ilə bağlı xüsusi işlər, Füzuli Hava Limanının simvolik açarlarının hər iki ölkə liderinə verilməsi dost və rəqiblərimizə mükəmməl bir mesaj, bölgə üçün isə sülh və təhlükəsizlik təminatıdır: “Əminəm ki, iki qardaş ölkə arasındakı münasibətlər və atılan addımlar öz bəhrəsini verəcək. Azərbaycan və Türkiyə sülh carçısı olaraq bir ulduz kimi parlamağa davam edəcək!”.
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

