Hikmət Babaoğlu: Azərbaycanın bütün vətəndaşları qanun qarşısında bərabərdirlər
04.08.2021 [08:35]
Azərbaycanda hüquqi dövlət var və bütün Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdirlər. Deputat Eldəniz Səlimovla bağlı baş verən hadisə və törədilən əmələ görə hüququn dərhal tətbiq edilməsi də bunun bariz nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, Azərbaycan Konstitusiyasına görə deputatların toxunulmazlığı var. Lakin bu o demək deyil ki, kiməsə münasibətdə cəzasızlıq ola bilər: “Sadəcə, bu zaman hüququn tətbiqi ilə bağlı müvafiq prosedurlar var ki, onların işə düşməsi törədilən əmələ görə hüququn tətbiqinin önünü açır. Avqustun 2-də Milli Məclisin İntizam komissiyasında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatının müzakirə olunaraq parlamentin plenar iclasına rəy verilməsi də, əslində, bunu göstərir. Milli Məclis Baş prokurorun təqdimatını əsaslı hesab edərək deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verdi. Bu isə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi üçün qanuni əsas yaratmış oldu”.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanda heç kəs qanundan yüksək deyil. Tam əksinə, qanun hamıya şamil edilən ümumi məcburi davranış qaydasıdır. Əslində, biz qanunun digər hallarda da uğurla tətbiq edildiyinə şahidlik edirik: “Korrupsiyaya qarşı mübarizə, vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadə etmə kimi hallarda dərhal necə hüquqi cəza tədbirlərinin həyata keçirildiyini görürük. Bu isə cəmiyyətimizdə hüquq-mühafizə sistemimizə qarşı etimadı daha da artırır”.
Deputat qeyd edib ki, dövlətin ədalətini hamı görür. Hüquqi mədəniyyətimiz və hüquqi anlayışımız daha obyektiv əsaslarda formalaşır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12

