/ / Sübut Əsədov: Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsidir
Sübut Əsədov: Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsidir
03.08.2021 [09:03]
“Dövlət başçısımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən və Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsinin nəticələrinə uyğun olaraq doğma Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Ona görə ki, bu gün Azərbaycan dövlətinin qarşısında dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın həyata keçirilməsidir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan dövləti özünün möhtəşəm qələbəsi ilə yaratdığı yeni reallıqlara müvafiq olaraq regionda və ölkə daxilində məqsədyönlü siyasət yürüdür: “Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində bütün dünya ölkələri iqtisadi tənəzzüllə üzləşdiyi halda, Azərbaycan öz iqtisadi gücünü artırır, pandemiya ilə mübarizədə ciddi uğurlar əldə edir. Təsadüfi deyil ki, regional və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün ölkəmizin atdığı addımlar əksər dövlətlər və beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Eyni zamanda, 30 illik işğaldan azad edilən torpaqlarımızda erməni vandalizminə məruz qalmış şəhər və kəndlərimizin yenidən inşa edilməsi prosesi həyata keçirilir”.
S.Əsədov onu da əlavə edib ki, Azərbaycanın bu cür nəhəng layihələrin həyata keçirdiyi bir vaxtda bəzi radikal çevrələrin guya yaxın aylarda ölkəmizdə referendumun keçiriləcəyini iddia etməsi sadəcə onların süni gündəm yaratmaq cəhdləridir: “Torpaqlarımızın işğaldan azad edilməsindən qısa müddət keçsə də, hakimiyyətin, o cümlədən dövlət və hökumət strukturlarının bütün fəaliyyəti Böyük Qayışdışı təmin etmək üçün görülən işlərə istiqamətlənib. Əksər siyasi qüvvələr də Vətənin gələcəyi üçün atılan addımlara birmənalı dəstək göstərir. O cümlədən VI çağırış Milli Məclis də uğurlu fəaliyyəti ilə diqqət mərkəzindədir. Ancaq ermənipərəst xarici dairələrin əlində alət olan bəzi radikal çevrələr son günlər guya payız aylarında ölkədə referendumun keçiriləcəyi, o cümlədən qanunverici hakimiyyətin buraxılacağı, hökumətin tərkibində dəyişikliyin baş verəcəyi barədə iddialar ortaya atırlar. Bütün bu cəhdlər hazırda ölkəmiz üçün aktual olan məsələlərdən diqqəti yayındırmaqdan başqa bir şey deyil”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

