NATO PA-nın Rouz-Rout seminarı keçirilib
30.06.2021 [10:13]
İyunun 28-də Milli Məclisin deputatları - NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Kamran Bayramov NATO Parlament Assambleyasının videokonfrans formatında keçirilən Rouz-Rout seminarına qatılıblar.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Cənubi Qafqazda keçmişdən qalma dilemmalar və yeni təhlükəsizlik çağırışları” mövzusuna həsr olunan tədbir NATO PA-nın prezidenti Cerald Edvard Konollinin moderatorluğu ilə keçirilib.
Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı çıxış edərək 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində yaranan yeni reallıqlardan və imkanlardan bəhs edib, regionda sülhün və təhlükəsizliyin təmini, faydalı əməkdaşlığın və iqtisadi inkişafın davamlılığı üçün görülməli işlərdən söz açıb. Bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistanda və xaricdə olan revanşist qüvvələrə qarşı ciddi tədbirlər görməli, regionda kommunikasiya yollarının təxirə salınmadan açılması, işğaldan azad olunmuş bütün ərazilərin minalanma xəritələrinin qısa müddətdə Azərbaycana təhvil verilməsi, Azərbaycan və Ermənistan arasındakı sərhədlərin demarkasiya və delimitasiyasının aparılması işlərini dəstəkləməlidir. Qeyd edilib ki, bütün bölgə xalqlarının da mənafeyinə və rifahına uyğun olan bu tədbirlər Ermənistanı da iqtisadi tənəzzüldən qurtarar, xalqlar arasında etimad mühiti yaradar.
Deputat Kamran Bayramov isə çıxışında Ermənistan nümayəndələrinin Azərbaycana qarşı irəli sürdükləri iddialara cavab verib. O, Ermənistan tərəfindən səsləndirilən ermənilərin “suveren” ərazisinin işğalı, azad olunmuş ərazilərdə erməni abidələrinin dağıdılması ittihamlarını rədd edib. Azərbaycanda guya ermənilərə nifrətin olması iddiasına cavabında isə bildirib ki, bu gün Azərbaycanda 30 minə yaxın erməninin yaşaması, Ermənistanda isə bir nəfər də olsun azərbaycanlının yaşamaması hansı dövlətin nifrət siyasətini həyata keçirdiyini göstərir.
Avropalı ekspert Tomas de Vaala verilən cavabda isə bildirilib ki, ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsiplərindən biridir və Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib, müvafiq sənədlər qəbul olunub. Təkcə BMT Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamə qəbul edilsə də, onlar icra olunmayıb, lakin uzun illər sonra Azərbaycan bu qətnamələrin icrasını özü təmin edib.
Bununla da NATO Parlament Assambleyasının videokonfrans formatında keçirilən Rouz-Rout seminarı başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19

