Ana səhifə »  Siyasət »  Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır

Müxtəlif sahələrdə qabaqcıl innovasiyaların tətbiqi Azərbaycanın müasir çağırışlara əsaslanan dinamik inkişafını təmin edən mühüm strateji faktorlardan biridir
Azərbaycan öz siyasətini ölkənin güclü iqtisadi potensialına və zamanın dəyişən çağırışlarına uyğun quran müasir dövlətdir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən respublikamızda yeni yanaşmaların tətbiqinə geniş yer verilir ki, bu da ölkənin inkişafına dinamizm gətirir. Müxtəlif sahələrdə qabaqcıl innovasiyaların tətbiqi Azərbaycanın müasir çağırışlara əsaslanan dinamik inkişafını təmin edən mühüm strateji faktorlardan biridir. Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda keçirilən ikinci Zirvə toplantısında videoformatda təqdim edilən çıxışında ölkəmizin müasir mənzərəsini səciyyələndirən bu kimi amillərə xüsusi diqqət çəkərək bildirib ki, hökumət innovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımlar atır. “Ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması Azərbaycanın növbəti onillik üçün müəyyənləşdirdiyi beş milli prioritet sırasında yer alır
Respublikamızda innovasiyaların tətbiqi ayrılıqda götürülmüş hansısa bir istiqaməti deyil, həyatın bütün sahələrini əhatə edir. Son 18 ilə yaxın müddət ərzində ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilib. Dövlət Azərbaycan gənclərinin yüksəksəviyyəli təhsilə çıxış imkanlarının təmin olunmasına qətiyyətli dəstək göstərir. Bəhs olunan dövrdə ölkə üzrə güclü təhsil infrastrukturunun qurulması, gənclərin xaricdə təhsil almalarına hesablanan Dövlət proqramlarının uğurla icra edilməsi son nəticədə respublikamızda müasir yanaşmaları özlərinin həyat tərzinə çevirən peşəkar milli kadrların formalaşmasını şərtləndirib. Bu gün Azərbaycanda ən mürəkkəb texnoloji sahələrdə milli kadrların çalışması qürur doğuran haldır.
Ölkəmizdə milli iqtisadiyyat quruculuğunda elmtutumlu innovasiyaların tətbiqinin prioritetliyi təmin olunur. Son illərdə respublikamızda qeyri-neft sənayesinin inkişafı geniş vüsət alıb. Paytaxt Bakıda və bölgələrdə yaradılan qeyri-neft sənayesi müəssisələrində, bir qayda olaraq, dünyanın ən qabaqcıl şirkətlərinin müasir avadanlıqları quraşdırılır. Vurğulamaq yerinə düşər ki, respublikamızda yaradılan müasir sənaye müəssisələri milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasında mühüm rol oynayır. Postpandemiya mərhələsində iqtisadiyyatımızın bərpasında, necə deyərlər, əsas ağırlıq mərkəzi məhz qeyri-neft sənayesinin üzərinə düşüb. Ölkəmizdə cari ilin yanvar-may aylarında qeyri-neft sənayesi 16,2 faiz böyüyüb. Bütövlükdə, qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi son beş ildə 14,4 faizdən hazırda 17,9 faizə yüksəlib. Respublikamızın sənaye inkişafının beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ümumdünya İqtisadi Forumu ilə Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı saziş imzalayıb.
Azərbaycanın qısa müstəqillik tarixində dünya kosmos ailəsinin üzvünə çevrilməsi ölkəmizdə innovativ əsaslı müasir sənaye quruculuğu siyasətinin uğurla həyata keçirildiyini əyani şəkildə təsdiqləyir. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inteqrasiyasını təmin edib. Dövlət başçısının 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. “Azərkosmos”un yaradılmasında əsas məqsəd ölkədə kosmik sənayeyə aid milli məhsul istehsalını təmin etməkdən ibarətdir. Qürurverici haldır ki, bu gün “Azərkosmos” sırf milli kadrlar tərəfindən uğurla idarə olunur. Azərbaycanın kosmos ölkəsi olmasından məmnunluğunu bildirən dövlətimizin başçısı vurğulayıb: “Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür. Bu gün bizim ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var.
Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Bu, beynəlxalq kosmik icma tərəfindən Azərbaycanın bu sahədə nailiyyətlərinin tanınmasının təzahürüdür”.
Müasir dövlət kimi inkişaf edən Azərbaycan, həmçinin institusional və idarəetmə sahələrində də innovasiyaların tətbiqinə geniş yer verir. Məlumdur ki, respublikamız vətəndaşlara göstərilən ictimai xidmətlərin keyfiyyətini və əlçatanlığını daha da artırmağı hədəfləyib. Ölkəmizin müasir və intellektual məhsul kimi dünyaya təqdim etdiyi “ASAN xidmət” bu baxımdan nadir nümunədir. Respublikamızda “ASAN xidmət”in şəbəkəsi getdikcə genişlənir və vətəndaşlar bu mərkəzlərdə onlara göstərilən xidmətlərin yüksək səviyyəsindən, operativliyin və şəffaflığın təmin olunmasından məmnundurlar. Yeri gəlmişkən, Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyi Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 2019-cu ilin iyun ayında Bakıda baş tutan BMT-nin Dövlət Xidmətləri Forumunda da xüsusi vurğulanıb. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi belə bir mötəbər forumun Bakıda keçirilməsi Azərbaycanın təcrübəsinin dünyada böyük maraqla izlənildiyini bir daha təsdiqləyir.
Respublikamızda həyatın bütün sahələrində innovasiyaların tətbiqi gələcəkdə də Azərbaycan dövlətinin gündəliyinin mərkəzində olacaq. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2 fevral 2021-ci il tarixində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, əslində, ölkəmizin 2021-2030-cu illəri əhatə edən yeni sosial-iqtisadi inkişaf dövrü üçün yol xəritəsidir. Sənədin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Bu yaxınlarda Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən etdiyim beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da yer alır”, - deyə bildirib.
Ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaq
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etmək postmüharibə mərhələsində Azərbaycanın qarşısında duran əsas vəzifə kimi müəyyənləşdirilib. Güclü dövlət olan Azərbaycan bu vəzifənin də öhdəsindən qısa müddətdə və yüksək səviyyədə gəlmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və zəruri infrastrukturun yaradılması işlərinə başlanılması deyilənləri bir daha təsdiqləyir. Ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpasında da yeni yanaşmalardan istifadə olunur. Bərpa işlərində Azərbaycanın yanaşmasını diqqətə çatdıran Prezident İlham Əliyev “Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaqdır”, - deyə bildirib.
İşğaldan azad olunmuş ərazilərimizdə yaşayış məntəqələrinin müasir yanaşmalar əsasında bərpası istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində başlanıb. Pilot layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu kəndlər ötən il oktyabrın 28-də işğaldan azad edilib və cəmi altı aydan sonra burada bərpa işlərinə start verilib. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Kənddə quraşdırılacaq “Arximed” bərpaedilən enerji qurğusu “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək və artıq qalan enerjini xaricə satmaq mümkün olacaq. Ağalıda “Ağıllı kənd” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə “Qiqabit AirPON” texnologiyasından istifadə olunacaq. Ağdam şəhərinin Prezident İlham Əliyevə təqdim olunan Baş Planı da ən yüksək şəhərsalma standartları nəzərə alınmaqla hazırlanıb. Zamanında Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda isə şəhərin əhalisinin sayı 50 mini ötüb. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Baş Plana istinadən demək mümkündür ki, Ağdam yaxın perspektivdə Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən birinə çevriləcək. Ağdamın bərpası planında “Ağıllı şəhər”in bütün komponentləri nəzərə alınıb. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının UNICEF qurumu “Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında” kitabça buraxıb. Onun 18 müddəası var. Burada İT şəbəkəsi, turizm və yaşıllıq zonaları, nəqliyyat, ümumiyyətlə, bütün cəhətlər vəhdət halında əksini tapıb və Ağdamın bərpasında onların hər biri, o cümlədən də sənaye zonası nəzərə alınacaq. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına bir sıra dost ölkələrin qabaqcıl şirkətləri cəlb olunub. Həmin şirkətlər sözügedən ərazilərdə nəzərdə tutulan layihələrin icrası zamanı özlərinin ən yeni texnologiyalarını tətbiq edirlər.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3750  |  
  • Tarix:  23-06-2021  |  
  •    Çap et   |  
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir

30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub
30 İyul 12:18
Paytaxt üzrə birinci sinfə qəbulla bağlı 44 min 975 elektron müraciət daxil olub
30 İyul 11:52
Müdafiə naziri zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanıb
30 İyul 11:41
Qarabağ Dirçəliş Fondunun Azərbaycanın xaricdəki səfirləri ilə birgə müzakirə sessiyası keçirilib
30 İyul 11:30
İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb
30 İyul 11:09
Hikmət Hacıyev: Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək
30 İyul 11:08
İdarələrarası Mərkəzin işçi qrup heyətinin işğaldan azad olunan ərazilərə səfəri başlayıb
30 İyul 10:50
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” kitabı hazırlanıb
30 İyul 10:35
Səhiyyə nazirinin birinci müavini Reabilitasiya Mərkəzində şəhid ailələrinin övladları ilə görüşüb
30 İyul 09:49
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət edib
30 İyul 08:58
Son altı ayda əldə edilən göstəricilər Azərbaycan iqtisadiyyatının yüksək rəqabət qabiliyyətinə malik olduğunu bir daha təsdiqləyir
30 İyul 08:51
Mirsaleh Məmmədov: Qəbul imtahanında rekord bal toplayacağımı gözləmirdim
30 İyul 08:50
Daim halsızlıq, səhərlər yuxudan oyana bilməmək, axşamlar gec yatmaq istəyi xroniki yorğunluq əlamətləridir
30 İyul 08:48
Məğlub Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir

30 İyul 08:46
Radikal müxalifət Zəngəzur dəhlizinin yaradılmasından niyə narahatdır?

30 İyul 08:43
Ölkəmizdə gənc nəslin fiziki tərbiyəsi sahəsində davamlı addımlar atılır
29 İyul 21:21
Aİ-nin xüsusi nümayəndəsi sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib
29 İyul 20:44
İsrailli iş adamları Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır
29 İyul 20:28
İstanbulda “Türk Şurası sosial media tədris proqramı” mövzusunda təlim proqramı keçirilir
29 İyul 20:27
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üçüncü tərkibinin fəaliyyətinə dair hesabat iclası keçirilib
29 İyul 20:22
ABŞ-ın Oklahoma ştatının qubernatoru Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olub
29 İyul 20:13
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib
29 İyul 20:04
Əsəd Qeysər: Pakistan azad edilmiş ərazilərdə turizmin inkişafına dəstək verməyə hazırdır
29 İyul 17:47
Akademik Rəfael Hüseynov: Nizami Gəncəviyə həsr olunana Bursa konfransı insanların bəşəri dəyərlər ətrafında birləşməsinə böyük töhfədir
29 İyul 17:32
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri və nümayəndə heyətlərinin üzvləri Füzuli rayonunda olublar
29 İyul 17:30
İyulun 29-da Azərbaycanda 84 mindən çox vətəndaşa COVID-19 əleyhinə peyvənd vurdurulub
29 İyul 17:20
Azərbaycanda yeni növ koronavirus infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb
29 İyul 17:05
Səkkiz ayda “Onlayn psixoloji dəstək xidməti”nə 1590 zəng daxil olub
29 İyul 16:59
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA