Ana səhifə »  Siyasət »  Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir
A+   Yenilə  A-
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir

Prezident İlham Əliyev: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir
Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasəti ölkəmizə dünya miqyasında böyük nüfuz qazandırıb. Regional və qlobal əməkdaşlığın, təhlükəsizliyin möhkəmlənməsinə sanballı töhfələr verən respublikamız qısa müstəqillik tarixində dünyanın əksər dövlətləri, həmçinin aparıcı beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlara əsaslanan sıx təmaslar qurmağa nail olub.
Azərbaycanın xarici siyasət kursunda prioritet istiqamətlərdən birini də İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Qürurverici haldır ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında (İƏT) uğurla təmsil olunur və qurumun tədbirlərində fəal şəkildə iştirak edir. Bunun təsdiqi olaraq vurğulayaq ki, İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə elə bu günlərdə - iyunun 16-da onlayn formatda keçirilən ikinci Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim edilib. Çıxışında respublikamızın İƏT-lə əməkdaşlığının hazırkı yüksək səviyyəsindən məmnunluğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir”.
Azərbaycanın qısa müstəqillik tarixində bütün müsəlman dünyasının nüfuzlu ölkələrindən birinə çevrilməsi son dərəcə qürurverici haldır
Xatırlatmaq yerinə düşər ki, İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, İslam dəyərlərinin və irsinin qorunması məqsədilə təsis edilib. Qurum 2011-ci ilədək İslam Konfransı Təşkilatı adlandırılıb. Baş qərargahı Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşən qurumun hazırda 57 üzvü var. Təşkilat BMT yanında müşahidəçi statusa malikdir. İƏT-in fəaliyyət istiqamətləri üzrə siyasi qərarlar üç ildən bir keçirilən İslam Zirvə görüşündə verilir. Hər il keçirilən İslam ölkələri Xarici İşlər nazirlərinin konfranslarında Zirvə görüşündə qəbul edilmiş qərarların icrası nəzərdən keçirilir. Təşkilatın icraedici orqanı Baş Katiblikdir. Baş Katibliyə üzv dövlətlər tərəfindən beş illik müddətə seçilən Baş katib rəhbərlik edir. 2016-cı ildən İƏT-in Baş katibi vəzifəsini Yusif bin Əhməd Əl-Oseymin (Səudiyyə Ərəbistanı) tutur. Azərbaycanın qısa müstəqillik tarixində bütün müsəlman dünyasının nüfuzlu ölkələrindən birinə çevrilməsi və İƏT-in fəaliyyətində yaxından iştirak etməsi son dərəcə qürurverici haldır.
Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət ünvanlayıb və 1991-ci il dekabrın 8-də qurumun Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib. Ötən dövrdə Azərbaycanın müsəlman dünyasında böyük nüfuza malik dövlətə çevrilməsi ölkəmizin apardığı siyasətin məntiqi nəticəsidir. Biz dini kimliyimizlə, İslam aləminə məxsus olmağımızla qürur duyuruq. İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Belə ki, bəşəriyyəti saflığa, vəhdətə səsləyən İslam dininin çağırışları xalqımızın həyata baxışının, yaşam fəlsəfəsinin formalaşmasına öz müsbət təsirini göstərib. Eyni zamanda, ölkə ərazisində mövcud olan “Əshabi-Kəhf” ziyarətgahı, “Bibiheybət” məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Azərbaycan xalqı haqlı olaraq qürur duyur ki, bütün İslam dünyasının ən qədim abidələrindən olan Şamaxı Cümə məscidi 743-cü ildə məhz ölkəmizin ərazisində inşa edilib. Bu abidənin inşası bir daha təsdiqləyir ki, Azərbaycan böyük İslam coğrafiyasının qədim və zəngin mədəniyyətə malik olan məkanlarından biridir. 2014-cü il 26 dekabr tarixində Bakıda Cənubi Qafqazda ən böyük məscidin - Heydər Əliyev məscidinin istifadəyə verilməsi Azərbaycanda müasir dövrdə də İslam dəyərlərinə dərin hörmətlə yanaşıldığını təsdiqləyir. İndiyədək ölkəmizdə İslamı təmsil edən 933 dini qurum dövlət qeydiyyatına alınıb və respublikamızın ərazisində 2250 məscid mövcuddur.
Azərbaycan, eyni zamanda, İslam ölkələri arasında həmrəyliyin möhkəmlənməsinə sanballı töhfələr verir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi İslam aləminə və bütün dünyamıza əmin-amanlıq, həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Hazırda bir sıra ölkələrdə islamofobiyanın geniş vüsət almasına rəğmən, ölkəmiz ümumbəşəri İslam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylər göstərir. Azərbaycan, həmçinin 2008-ci ildən başlayan “Bakı prosesi” çərçivəsində İslam ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməyə nail olub. Bundan başqa, deyə bilərik ki, son illərdə Azərbaycan İƏT-ə üzv ölkələrin nazirlərinin görüş yerinə çevrilib. İƏT Baş katibinin və təşkilatın məsul şəxslərinin intensiv şəkildə Azərbaycana səfərə gəlmələri ölkəmizin müsəlman dünyasında nüfuzunun və mövqeyinin artmasının əyani göstəricisidir. Prezident İlham Əliyev Azərbaycanın dünyada İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini diqqətə çatdıraraq “Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylər göstərib. 2017-ci ildə 54 dövlətin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyimiz bunun növbəti təzahürü idi. Bununla yanaşı, biz, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin vətəndaşları üçün ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramına da başlamışıq”, - deyə vurğulayıb.
İƏT ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib
Öz növbəsində, İƏT Azərbaycanın beynəlxalq səviyyədə İslam və digər sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələri yüksək dəyərləndirir. Qurum Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini də həmişə birmənalı şəkildə pisləyib. İƏT ötən dövr ərzində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib. 2016-cı ildə Təmas Qrupunun təsis edilməsi İƏT-in Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə necə böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir.
Dünyada nüfuzu getdikcə artan İƏT Azərbaycana növbəti birmənalı dəstəyini ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində göstərdi. Əlbəttə, burada söhbət heç də hərbi dəstəkdən getmir. Bütövlükdə, beynəlxalq təşkilat olan İƏT müharibənin ilk günlərindən Azərbaycana mənəvi-siyasi dəstək verdi. Bu, ədalətli müharibə aparan ölkəmizə, ordumuza əlavə güc verdi və biz 44 günlük müharibədə şanlı qələbə qazanaraq ərazi bütövlüyümüzü təmin etdik. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının dost ölkələrin dəstəyini minnətdarlıq hissi ilə dəyərləndirdiyini nəzərə çatdıraraq vurğulayıb: “Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış edib”.
Xatırlatmaq yerinə düşər ki, üç onillik ərzində işğal altında qalan ərazilərimizdə İslam irsinə aid tarixi-dini abidələrimizə qarşı ermənilər tərəfindən vandalizm əməlləri törədilib. Bütövlükdə, bəhs olunan ərazilərimizdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib, iki məscidə isə ciddi zərər dəyib və onlar təhqir edilib. Prezident İlham Əliyev çıxışında həmkarlarına bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyini bildirib. Həmin kitabda Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv olunması və darmadağın edilməsi öz əksini tapıb. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu il İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi, İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri, habelə ICESCO-nun nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib və Ermənistanın İslam irsinə qarşı törətdiyi vandalizmin şahidi olub. “İslam Əməkdaşlıq Təşkilatı öz qətnamələrində Azərbaycanın keçmiş işğal altında olan torpaqlarında Ermənistan tərəfindən İslam tarixi və mədəniyyət nümunələrinin, ibadət yerlərinin dağıdılması və təhqir edilməsini qətiyyətlə pisləyib”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir
Elm və texnologiya bəhs olunan Zirvə toplantısının mövzusu olduğuna görə, Prezident İlham Əliyev bu sahədə Azərbaycanın niyyətini və tətbiq etdiyi yenilikləri də diqqətə çatdırıb. Dövlət başçımız bildirib ki, hökumət innovasiyaların və startap ekosistemlərinin inkişafı ilə bağlı əməli addımlar atır. “Bu yaxınlarda Azərbaycanın növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair müəyyən etdiyim beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması da yer alır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkəmizdə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl siyasət aparılır. Qısa müstəqillik tarixində ölkəmizin dünya kosmos ailəsinin üzvləri sırasında yer alması qürurverici haldır. Qeyd edək ki, respublikamız 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi hüququ qazanıb. Ümumiyyətlə, müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda texnoloji yeniliklərin, innovasiyaların tətbiqinə geniş meydan verilir. İşğaldan azad edilmiş ərazilərin bərpasında da yeni yanaşmaların tətbiqinə üstünlük verilir. Bəhs olunan ərazilərin Prezident İlham Əliyev tərəfindən “yaşıl enerji” zonası elan edilməsi, burada ilk “Ağıllı kənd” pilot layihəsinin icrasına başlanılması deyilənləri əyani şəkildə təsdiqləyir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3420  |  
  • Tarix:  21-06-2021  |  
  •    Çap et   |  
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir

31 İyul 21:34
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət ikinci qrup da Türkiyəyə yola salınıb
31 İyul 18:50
Fatma Yıldırım: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır
31 İyul 18:46
Azərbaycanda koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb
31 İyul 18:42
“Yüksəliş” müsabiqəsinin qaliblərinə
31 İyul 17:45
Şamil Ayırm: Azərbaycanın həmişə olduğu kimi, bu çətin günlərdə də yanımızda olması nikbinliyimizi artırır
31 İyul 17:45
Xaricdə təhsil almış məzunlar Ağdamda olublar
31 İyul 17:34
Azərbaycan Türk Dünyası Bələdiyyələr Birliyinin iclasında təmsil olunub
31 İyul 17:31
Muxtar respublikada təşkil olunan Zəfər Düşərgəsi başa çatıb
31 İyul 16:39
Azərbaycan MN: Ordumuzun hərbi qulluqçusunun həlak olması ilə bağlı araşdırma aparılır
31 İyul 16:10
Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır
31 İyul 15:59
Bu gün XII Qəbələ Musiqi Festivalı başlayır
31 İyul 15:00
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
31 İyul 12:29
XİN: Ermənistan beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, üçtərəfli bəyanatların icrasına maneə törədir
31 İyul 12:18
Səfir: Azad olunmuş ərazilərdəki şəhərsalma proseslərində Türkiyənin peşəkar cəmiyyəti bundan sonra da yaxından iştiraka hazırdır
31 İyul 12:07
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində I Qarabağ Beynəlxalq İqtisadi Forumunda iştirak etmiş qonaqlarla görüş keçirilib
31 İyul 12:06
Paytaxtda daxili iməcilik keçirilib
31 İyul 12:03
Səfir: Çin nəqliyyat və İKT sahəsində Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır
31 İyul 11:57
Xalq artisti Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub
31 İyul 11:34
Mövlud Çavuşoğlu: Azərbaycanlı qardaşlarımızın bizi düşünməsi, çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir
31 İyul 11:31
Azərbaycan yanğınsöndürənləri Türkiyə fəaliyyətə başlayıblar
31 İyul 11:11
Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb
31 İyul 11:04
Abutalıb Səmədov: Son 10 ildə Azərbaycanın yürütdüyü məqsədyönlü xarici siyasət ölkəmizin beynəlxalq nüfuzunu xeyli artırıb
31 İyul 09:13
Azərbaycanda genişmiqyaslı özünüməşğulluq proqramı icra edilir
31 İyul 09:09
Regional inkişaf proqramlarının əhatə dairəsi genişlənir
31 İyul 09:04
Aygün Mahmudova: Yüksək bal toplayacağıma tam əmin idim
31 İyul 09:02
İsti aylarda səhhətimizi necə qoruya bilərik?

31 İyul 08:59
Radikallar Ermənistanın vəkili rolunda...

31 İyul 08:57
Məğlub Ermənistanda bütün sahələrdə tənəzzül davam edir
30 İyul 21:17
Qənirə Paşayeva: Biz Türkiyə ilə bir millət, iki dövlətik, sevincimiz də, kədərimiz də eynidir
30 İyul 21:15
Ölkə Prezidentinin hücum diplomatiyası ilə bağlı tapşırıqları ədliyyə orqanlarının diqqət mərkəzindədir
30 İyul 21:14
Bursa Böyükşəhər bələdiyyəsinin sədri: Yanğınlarla mübarizədə Azərbaycanın Türkiyəyə göstərdiyi yardım əsl qardaşlıq nümunəsidir
30 İyul 20:46
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb
30 İyul 20:41
İdarələrarası Mərkəzin üç İşçi qrupunun Hadrutda birgə iclası keçirilib
30 İyul 20:23
Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə yola salınıb
30 İyul 20:19
Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
30 İyul 20:03
Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir
30 İyul 19:53
Sahibə Qafarova: Azərbaycan hər zaman olduğu kimi qardaş Türkiyənin yanındadır
30 İyul 17:36
FHN Akademiyasında şəhid övladları üçün “Açıq qapı günü” keçirilib
30 İyul 17:16
Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır
30 İyul 17:08
Azərbaycanda koronavirus infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb
30 İyul 17:03
Heydər Əliyev Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib
30 İyul 16:33
“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 94,7 milyon manat qaytarılıb
30 İyul 16:25
Anar Məmmədov: Bakı Bəyannaməsi yeni bir güc mərkəzinin yaradılması istiqamətində atılmış mühüm addımdır
30 İyul 16:24
Azərbaycan İsraildə Ticarət və Turizm Nümayəndəlikləri açıb
30 İyul 16:19
Prezident Rəcəb Tayyib Ərdoğan: 71 yanğından 57-si artıq nəzarət altına alınıb
30 İyul 16:15
Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər
30 İyul 16:00
ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb
30 İyul 15:59
Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür edib
30 İyul 15:46
Hikmət Babaoğlu: Azərbaycan xalqı bütün imkanları ilə türk xalqının yanında olmağa hazırdır
30 İyul 15:39
Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə ediblər
30 İyul 15:38
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Azərbaycan musiqi mədəniyyətinin gələcəyi: gənclərin rolu və iştirakçılığı” mövzusunda növbəti seminar keçirilib
30 İyul 15:30
Birinci vitse-prezident: Türkiyədə baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım
30 İyul 15:09
İsmayıllıda Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb
30 İyul 14:48
Deputat: Əminik ki, qardaş Türkiyə bu sınaqdan da üzüağ çıxacaq
30 İyul 14:24
Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb
30 İyul 14:21
Nizami rayonunda daha bir şəhidin barelyefinin açılış mərasimi olub
30 İyul 14:13
Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
30 İyul 14:00
Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb
30 İyul 13:51
Prezident İlham Əliyev: Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir
30 İyul 13:46
Pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası əhəmiyyətli rol oynayır
30 İyul 13:39
Azərbaycanın “Tokio-2020”də ilk medalı: Cüdoçu İrina Kindzerska Olimpiadada üçüncü yeri tutub
30 İyul 13:38
Politoloq: “Bir millət, iki dövlət” deyərək sevincində də, kədərində də Türkiyənin yanındayıq
30 İyul 13:05
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır
30 İyul 13:03
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib
30 İyul 12:59
Azad edilmiş ərazilərimizin bərpası istiqamətində İsrailin maliyyə naziri ilə bir sıra layihələr müzakirə olunub
30 İyul 12:55
Peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur
30 İyul 12:53
İyulun 29-da Bakıda havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub
30 İyul 12:49
Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb
30 İyul 12:38
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
30 İyul 12:23
Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA