Cavanşir Paşazadə: Beynəlxalq birlik Ermənistana təzyiq göstərməlidir
08.06.2021 [09:30]
“Ermənistan Vətən müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətinə uyğun davranışlarını davam etdirir. Təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, o cümlədən mülki təyinatlı infrastrukturlara minalar yerləşdirib. İyunun 4-də iki media işçisi və icra nümayəndəsinin müavini minaya düşərək həlak olub, bəzi insanlar da ağır yaralanıblar. Ermənistan Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrini təqdim etməkdən boyun qaçırmaqla hərbi cinayətlərini davam etdirir”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Deputat bildirib ki, 10 noyabr razılaşmasından sonra xeyli sayda hərbçi və mülki şəxs azad edilmiş ərazilərdə minaya düşüb. Bunun nəticəsində bir çox günahsız insan həyatını itirib. Minalar hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə basdırılıb. Ermənilər bunu məqsədli şəkildə ediblər, məqsəd də, təbii ki, daha çox insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr Bəyanatına əməl etsə də, bunu Ermənistan haqqında demək mümkün deyil. Mina xəritələrini verməkdən boyun qaçırmaq isə birbaşa beynəlxalq hərbi cinayətdir. Millət vəkilinin sözlərinə görə, bu gün hər kəs bu faciənin günahkarının mina xəritələrini israrla Azərbaycana təhvil verməyən Ermənistan hakimiyyətinin olduğunu bəyan edir: “Lakin təəssüf ki, müvafiq beynəlxalq təşkilatlar buna görə Ermənistana qarşı lazımi addımlar atmırlar. Bu ikili standartların göstəricidir. Əgər Ermənistana təzyiqlər olmasa, yenə də hərbi cinayətlərini davam etdirəcək”.
C.Paşazadə qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə təxminən 35 mindən çox mina zərərsizləşdirilib: “Buna baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir və minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı çağırışlarımıza baxmayaraq, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir. Minalanmış ərazilərin xəritələrini gizlətməklə Ermənistan həm də azərbaycanlıların doğma torpaqlarına qayıdışının ləngiməsinə səbəb olur. Bu, Azərbaycan hökumətinə bərpa proseslərini həyata keçirməyə də maneçilik törədir. Ona görə də, bu məsələdə beynəlxalq ictimaiyyət Ermənistana sərt təpki göstərməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

