/ / Arzuxan Əlizadə: ABŞ Prezidentinin Türkiyəyə qarşı tutduğu haqsız və ədalətsiz mövqeyə qarşı siyasi partiyaların birgə etirazı milli birliyə, siyasi həmrəyliyə söykənir
Arzuxan Əlizadə: ABŞ Prezidentinin Türkiyəyə qarşı tutduğu haqsız və ədalətsiz mövqeyə qarşı siyasi partiyaların birgə etirazı milli birliyə, siyasi həmrəyliyə söykənir
28.04.2021 [09:42]
“2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzün təmin olunması ilə yanaşı, ölkə daxilində yeni siyasi münasibətlərin də formalaşmasına yol açdı. Ali Baş Komandan İlham Əliyevin əks-hücum əməliyyatlarına başlanılması əmrinin ardından ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın birmənalı şəkildə bu siyasəti dəstəkləməsi, ölkə Prezidentinin atacağı bütün addımları dəstəkləyəcəyi haqda birgə bəyanat verməsi bir daha onu göstərdi ki, ümummilli məsələlərdə siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq, Azərbaycan xalqı bir yumruq kimi birləşməyi bacarır. ABŞ Prezidentinin Türkiyəyə qarşı tutduğu haqsız və ədalətsiz mövqeyə qarşı siyasi partiyaların birgə etirazı da milli birliyə, siyasi həmrəyliyə söykənir”.
Bu fikirləri açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, aprelin 24-də 48 siyasi partiyanın ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” ilə bağlı mövqeyinə qarşı bəyanat imzalaması milli birliyimizin, siyasi həmrəyliyimizin növbəti təcəssümünə çevrildi. Partiya sədri onu da vurğulayıb ki, bu gün siyasi dünyagörüşündən asılı olmayaraq, hər bir vətəndaş, hər bir siyasi qüvvə qardaş Türkiyənin maraqlarını qoruyur və Azərbaycan dövlətinin nümayiş etdirdiyi qardaşlıq mövqeyini dəstəkləyir: “Azərbaycan Türkiyə qardaşlığı sarsılmaz və əbədi bağlara malikdir. Hər iki ölkə daim erməni yalanlarına qarşı birgə mübarizə aparır. Düşünürəm ki, istər aprelin 24-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana zəng etməsi və dəstək nümayiş etdirməsi, istərsə də Azərbaycan ictimaiyyətinin məsələyə haqlı reaksiyası həm dosta, həm də düşmənə tutarlı mesaj olacaq. Artıq regiondakı keçmiş güclər və regiona gəlməyə cəhd edən yeni siyasi güclər Türkiyə faktorunu, Azərbaycan faktorunu nəzərə almalıdır, hansısa əsassız yalanlardan, təhrif olunmuş tarixdən təzyiq vasitəsi kimi istifadə etməməlidir”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35

