Soros Fondu AŞPA-da maliyyələşdirdiyi deputatlar vasitəsilə ölkəmizi hədəfə almağa cəhd edir
23.04.2021 [08:15]
Məlum olduğu kimi, Soros Fondu dünyada mənfi imici ilə tanınır. Hazırda dünyanın bir çox ölkəsi haqlı olaraq Soros Fondunu hakimiyyətlərə qarşı qeyri-qanuni aksiyaları, üsyanları, “rəngli inqilab”ları dəstəkləyən təşkilat, həmçinin qarşıdurmaların əsas maliyyə dəstəkçisi kimi tanıyır. “Soros”un hədəfə aldığı ölkələrdən biri də Azərbaycandır. Doğrudur, onun ölkəmizdə iğtişaş törədəcək qədər gücü və uzun əli olmasa da, fürsət düşən hər məqamda Azərbaycana qarşı öz çirkin kampaniyasını, təxribatçı fəaliyyətini aparmaqda davam edir.
Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Soros Fondunun bu cür fəaliyyətinin trayektoriyası ayrı-ayrı qeyri-hökumət təşkilatlarından tutmuş - Avropa Şurası Parlament Assambleyasına qədər uzanır: “Çünki AŞPA-da Soros Fondunun maliyyələşdirdiyi deputatlar var və bu deputatlar vasitəsilə hər fürsətdə ölkəmizi hədəfə almağa cəhdlər edilir. Təbii ki, bütün bunlar da təsadüfi deyil. Soros Fondunun Ermənistan hakimiyyəti ilə sıx əlaqələri var, erməni lobbisi və onun əlaltılarının anti-Azərbaycan və anti-Türkiyə fəaliyyəti fondun rəhbəri C.Sorosun maraqları ilə uzlaşır”.
Millət vəkilinin sözlərinə görə, Soros Fondu yalnız Ermənistan kimi təxribatla məşğul olan ölkələrlə əməkdaşlıq edir: “Soros Fondu Ermənistanda təkcə “medianın inkişafı” adı altında 5 milyon dollardan çox pul xərcləyib. Bu media orqanları da Paşinyanın hakimiyyətə gəlməsində, həmçinin Azərbaycan qarşısında aldığı ağır məğlubiyyətə baxmayaraq, hakimiyyətdə qalmasında müstəsna rol oynayır. Ona görə də bu gün Paşinyan hakimiyyəti bütün mənalarda Soros Fonduna bağlıdır. Təsadüfi deyil ki, onun hakimiyyətə gəlişindən sonra Corc Soros bu ölkəyə daha çox vəsait ayırmağa başladı. Təkcə 2019-cu ildə Soros Fondunun Ermənistana ayırdığı vəsait 3,6 milyon dollar təşkil edib”.
Milli Məclisin deputatı Cavid Osmanov isə bildirib ki, Corc Soros bir çox postsovet ölkəsində məxməri inqilab törətmək üçün səylər göstərib, lakin onun ən uğurlu olduğu ölkə məhz Ermənistandır: “Artıq birmənalı şəkildə deyə bilərik ki, N.Paşinyanın avtoritar idarəçiliyi, vətəndaş cəmiyyətinə, vətəndaşlara qarşı həyata keçirilən basqılar, aksiyaların dağıdılması, onun təşkilatçılarının həbs olunması və s. “Soros demokratiyası”nın iç üzüdür. İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət bu “demokratiya”nı daha da dərinləşdirdi. Ermənistanın dörd bir tərəfini bürüyən etiraz aksiyalarında göz yaşlarına belə baxmadan insanlar həbslər, fiziki təzyiqlər və təhdidlər törədilir. Səsini çıxaran, başını qaldıran hər kəs polis tərəfindən susdurulur, həbsə atılır və yaxud döyülür”.
Millət vəkilinin sözlərinə görə, Ermənistanda hökm sürən dərin “Soros demokratiyası” barədə faktları istənilən qədər uzatmaq olar: “Təbii olaraq, Paşinyan layihəsinin fiaskoya uğramasını istəməyən Soros Fondu hazırda bütün cinayətlərə və iftiralara açıqdır. Ona görə də Azərbaycan hazırda sözügedən fondun hədəfində olan əsas ölkədir. Amma onun ölkəmizə qarşı bütün çirkin kampaniyaları fiaskoya məhkumdur”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

