Asim Mollazadə: Dövlətimiz Qarabağı ən müasir regiona çevirməyi qarşıya məqsəd kimi qoyub
06.04.2021 [08:50]
“Məlum olduğu kimi, son 30 ildə erməni vandalları həm regionun təbiətinə, həm də Azərbaycanın tarixi-mədəni irsinə böyük ziyan vurublar. İşğalçıların törətdiyi dağıntılara baxmayaraq, əminəm ki, Azərbaycan dövləti Qarabağı cənnət məkana çevirməyə qadirdir”. Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
A.Mollazadə deyib ki, Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşadan xalqa müraciətində vurğuladığı kimi, işğaldan azad edilən bütün ərazilərimiz bərpa ediləcək: “Bu baxımdan Prezidentin işğaldan azad edilmiş ərazilərə səfərlərində yenidənqurma və bərpa işləri ilə bağlı verdiyi məlumatlar mühüm önəm daşıyır. Görünən odur ki, Azərbaycan bu prosesə tamamilə fərqli yanaşma nümayiş etdirir. Dövlət başçısının çıxışlarında məsələyə münasibətindən də aydın olur ki, ərazilərin bərpası və yenidən qurulması prosesində dövlətimiz Qarabağı ən müasir regiona çevirməyi qarşıya məqsəd kimi qoyub. Yəni infrastruktur quruculuğunda, şəhərlərin, qəsəbələrin və kəndlərin salınmasında ən müasir texnologiyalardan istifadə ediləcək, ətraf mühitin qorunması əsas götürüləcək”.
Partiya sədrinin sözlərinə görə, hazırda əsasən, iki istiqamətdə işlər həyata keçirilir: “Bu işlərə ərazilərin minalardan təmizlənməsini, nəqliyyat-kommunkasiya xətlərinin bərpasını, o cümlədən Şuşa şəhərinə yolun çəkilməsini və Füzulidə hava limanının inşasını aid etmək olar. Qeyd edim ki, bərpa prosesində Azərbaycan tək deyil. Bizə dost olan bir sıra ölkələr Qarabağın yenidən dirçəldilməsi üçün Azərbaycana dəstək verir. Şübhəsiz ki, həm infrastrukturun yenidən qurulması, həm şəhərsalma prosesində xarici tərəfdaşlarımız, həm də dünyanın nüfuzlu şirkətləri bu işə xüsusi töhfə verəcəklər”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

