/ / Müharibə və soyqırımı cinayətləri beynəlxalq hüquq kontekstində mövzusunda dəyirmi masa keçirilib
Müharibə və soyqırımı cinayətləri beynəlxalq hüquq kontekstində mövzusunda dəyirmi masa keçirilib
30.03.2021 [09:18]
Martın 29-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təşkilatçılığı ilə “Müharibə və soyqırımı cinayətləri beynəlxalq hüquq kontekstində” mövzusunda dəyirmi masa təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Milli Məclisin deputatlarının da iştirak etdikləri tədbirin məqsədinin 31 mart soyqırımı qurbanlarının xatirəsini yad etmək və Ermənistanın törətdiyi cinayətləri bir daha xatırlatmaq olduğunu deyib. İcma sədri qeyd edib ki, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində Ermənistan tərəfindən Azərbaycana qarşı müxtəlif səviyyələrdə törədilən cinayətlər hər kəsə məlumdur. Bu cinayətləri bütün dünya görüb və bilir. Artıq buna beynəlxalq siyasi qiymət verilib. Amma biz bunun beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməsini istəyirik.
Tural Gəncəliyev ermənilər tərəfindən Xocalıda törədilən faciənin dünyada ən ağır cinayətlərdən biri olduğunu bir daha xatırladıb. O deyib: “Xocalı qətliamı insanlığa qarşı törədilən ən dəhşətli cinayətlərdən biridir. Dövlət siyasəti terrora xidmət etmək olan Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə fərdi cinayət prinsipi əsasında qiymət verilməlidir. Onlar beynəlxalq hüquq qarşısında öz əməllərinə görə layiqli cavablarını alacaqlar”.
Milli Məclisin deputatı Nizami Səfərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunalardan çıxışlarında Ermənistan tərəfindən ölkəmizə qarşı müxtəlif səviyyələrdə cinayətlərin törədildiyini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ermənilər uzun illər ərzində Azərbaycan xalqına qarşı həm insanlıq əleyhinə, həm də müharibə cinayətləri törədiblər. Deputat qeyd edib ki, hər zaman sülhün tərəfdarı olan Azərbaycanın münaqişənin qan tökülmədən həllinə çalışsa da, qarşı tərəfin günahı səbəbindən onun bu istəyi reallaşmadı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. İndi əsas məsələ kompensasiya, yəni, bizə vurulan ziyanın ödənilməsidir.
Azərbaycana qarşı ikili standartlar siyasətinin yürüdüldüyünü bildirən deputatın sözlərinə görə, 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi yaradılıb və 2002-ci il iyulun 1-də onun qanunları qüvvəyə minib. Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlərə müharibəyə qədər və ya müharibə dövründə mülki əhaliyə qarşı törədilmiş adamöldürmə, əhalini məhvetmə, kölə vəziyyətinə salma, deportasiya, zorlama, işgəncələr, siyasi, irqi və ya dini səbəblərə görə təqibetmələr aiddir. Xalq olaraq biz bunların əksəriyyətini görmüşük. Beynəlxalq Cinayət Məhkəməsi iddia edir ki, Xocalı faciəsi onun təsis edilməsindən əvvəl törədildiyi üçün Nizamnaməyə əsasən o, bu faciəni törədənləri cəzalandırmaq imkanına malik deyil. Bu, ikili standartlardan başqa bir şey deyil.
Nizami Səfərov diqqətə çatdırıb ki, Azərbaycan hər zaman beynəlxalq hüquq normaları çərçivəsində siyasət yürüdür. Azərbaycan dövlət və ölkə olaraq ermənilərin bizə qarşı törətdiyi cinayətlərə hüquqi qiymət verilməsini tələb edir. Ermənistan terrorçu siyasət yürüdür və o, cəzasız qalmamalıdır. İnanırıq ki, Azərbaycana dəymiş ziyan ödəniləcək və xalqımıza qarşı cinayət, faciə törədənlər cəzalarını alacaqlar.
Fərdi cinayət məsələsinə diqqət çəkən deputat ölkəmizin vətəndaşlarına zərər verənlərin Azərbaycanın qanunları çərçivəsində cəzalandırılmasının mümkünlüyünü qeyd edib.
Sonra çıxış edən Milli Məclisin deputatları Vüqar İskəndərov və Nigar Arpadarai Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində mülki əhaliyə, dini və mədəniyyət abidələrimizə qarşı törədilən cinayət əməllərindən danışıblar. Bildirilib ki, Ermənistan bu cinayət əməllərinə görə mütləq cavab verməlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20

