/ / Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir
25.02.2021 [09:13]
İşğaldan azad olunan ərazilərin minalardan qısa müddətdə təmizlənməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan şanlı qələbə qazandı. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər yürüşü edən Silahlı Qüvvələrimiz düşməni diz üstə çökdürərək onu məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi. Beləliklə, üç onillik ərzində davam edən işğal faktına son qoyuldu, tarixi ədalət bərpa olundu və Dağlıq Qarabağ münaqişəsi tarixin arxivinə yollandı. İndi isə qalib Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. Bu vəzifələr işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdış planının həyata keçirilməsi ilə bağlıdır.
Güclü dövlət olan Azərbaycan işğaldan azad olunan şəhər və kəndlərimizi qısa müddətdə dirçəltmək, üç onillik ərzində torpaq həsrəti ilə yaşayan qaçqın və məcburi köçkünləri öz doğma yurd yerlərinə qaytarmaq əzmindədir və heç bir şübhə yoxdur ki, qarşıya qoyulan vəzifələr öz həllini tapacaq.
İşğalçı Ermənistan tərəfindən hərbi təyinatı olmayan ərazilərin belə minalanması və minalanmış ərazilərin xəritəsinin verilməməsi müharibə cinayətidir
Ölkəmiz işğaldan azad edilən ərazilərin bərpasını və Böyük Qayıdışı planlı şəkildə həyata keçirəcək. Artıq bərpa planları ilə bağlı prioritetlər də müəyyənləşdirilib. Bu prioritetlər sırasında üç onillik ərzində düşmənin nəzarəti altında qalan ərazilərin minalardan təmizlənməsi xüsusi yer tutur. Prezident İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən məsələnin aktuallığına diqqət çəkərək vurğulayıb: “Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir. Bu vəzifə icra olunmadan hər hansı bir inkişafdan söhbət gedə bilməz. Hətta hazırda yolların, dəmir yolunun çəkilişi ilə bağlı işləri də biz ancaq istehkamçılar o əraziləri minalardan təmizləyəndən sonra görə bilirik. Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın”.
Azərbaycanın Böyük Qayıdış planında işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə xüsusi diqqət yetirməsi təsadüfi deyildir. Məlum olduğu kimi, işğalçı Ermənistan daim ölkəmizə qarşı təxribatlara əl atıb. Biz bunu 44 günlük Vətən müharibəsində bir daha gördük. Döyüş meydanında sarsıdıcı zərbələr alan məkrli düşmən bunun əvəzini münaqişə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizi, mülki infrastrukturu, dinc sakinləri ağır artilleriya atəşinə tutmaqla çıxmağa çalışırdı. Müharibə dövründə Gəncə, Tərtər, Beyləqan, Bərdə kimi şəhərlərimiz belə hücumlara məruz qaldı. Düşmən yaşayış məntəqələrimizi atəşə tutarkən hətta qadağan olunmuş silahlardan istifadə etməkdən belə çəkinmirdi. Bu hücumlar nəticəsində aralarında qocalar, uşaqlar və qadınlar da olmaqla 100-dək dinc sakin həyatını itirdi, mülki infrastruktura ciddi ziyan dəydi.
İşğalçı Ermənistanın əl atdığı amansız müharibə cinayətləri sırasında üç onillik ərzində öz nəzarəti altında saxladığı ərazilərimizi minalaması xüsusi yer tutur. İşğaldan azad olunan ərazilərdən çəkilən foto və video materiallar erməni vandalizmi barədə konkret təsəvvür yaradır. Bir vaxtlar inkişaf edən, çiçəklənən şəhər və kəndlərimiz, mədəniyyət abidələrimiz işğal dövründə tamam dağıdılıb və talan edilib. Sanki, bu yerlərdən sivilizasiyadan uzaq düşən vəhşi tayfalar gəlib keçiblər. Qeyd etdiyimiz kimi, mənfur düşmən, həmçinin ötən əsrin doxsanıncı illərinin əvvəllərində zor gücünə öz nəzarətinə keçirdiyi ərazilərimizdə hər yeri minalayıb. İşğalçı Ermənistan tərəfindən hərbi təyinatı olmayan ərazilərin belə minalanması müharibə cinayətidir. Təbii ki, minalanmış ərazilər xəritələşdirilib. Beynəlxalq konvensiyalara əsasən, müharibədən sonrakı mərhələdə minalanmış ərazilərin xəritələri qarşı tərəfə təhvil verilməlidir. Ancaq müharibədə məğlub olan Ermənistan bunu etmir. Minalanmış ərazilərin xəritəsini verməməsi düşmənin xain xislətini, mənfur niyyətini bir daha əks etdirir. Burada Ermənistan çirkin məqsəd güdür. Qarşı tərəfin niyyəti odur ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası, azərbaycanlıların bu yerlərə qayıdışı ləngisin və daha çox sayda mülki şəxs xəsarət alsın və yaxud həyatını itirsin. Bu, beynəlxalq hüquq normaları ilə, müxtəlif vaxtlarda təsdiqlənmiş konvensiyalarla daban-dabana ziddiyyət təşkil edir. Qeyd edək ki, müharibən sonra bir neçə mülki şəxs minaya düşərək həyatını itirib və yaxud xəsarət alıb. Bu məqamlara toxunan Prezident İlham Əliyev “Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və bizdə mina sahələrinin xəritələri yoxdur. Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür. Onlar bu vəzifəni elə icra etməlidirlər ki, azad olunmuş torpaqları tamamilə minalardan təmizləyə bilsinlər”, - deyə vurğulayıb.
Açıq-aydın görünür ki, Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə təxribatlarını davam etdirir.
Minatəmizləmə əməliyyatları ardıcıl və intensiv şəkildə davam etdirilir
İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi istiqamətində qarşıya qoyulan hədəf ondan ibarətdir ki, bu işlər həm mümkün qədər qısa müddətdə, həm də yüksək keyfiyyət və dəqiqliklə həyata keçirilsin. Bunun üçün qüvvələr səfərbər olunub. Bununla bağlı iş bir neçə istiqamətdə aparılır. İlk növbədə, infrastruktur obyektlərinin inşası aparılan ərazilər yoxlanılaraq minalardan təmizlənir. Sonrakı mərhələdə minatəmizləmə əməliyyatları şəhərlərdə və kəndlərdə aparılacaq.
Ümumiyyətlə, ərazilərin minalardan qısa müddətdə təmizlənməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 15 yanvar 2021-ci il tarixində “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. Dövlətimizin başçısı yuxarıda bəhs olunan qəbulda işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsini daha qısa müddətdə və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün tapşırıq və tövsiyələrini verib.
Yeni yaradılan qurumun kadr potensialının və maddi-texniki bazasının gücləndirilməsi gündəlikdə duran məsələlər sırasında yer alır. Hazırda dünyada ərazilərin minalardan təmizlənməsində müasir texnologiyalardan, o cümlədən də robotlardan geniş istifadə olunur. Azərbaycan da işğaldan azad olunan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi üçün dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnməlidir. Prezident İlham Əliyev bəhs olunan qəbulda vacib bir məqama da diqqət çəkib. Məlum olduğu kimi, güclü dövlət olan Azərbaycan qısa müstəqillik tarixində dünya kosmos ailəsinin sıralarına daxil olub. Bu, ölkəmiz üçün böyük üstünlüklər yaradıb. Respublikamız zamanında orbitə çıxardılan peyklərin yaratdığı imkanlardan, həmçinin Vətən müharibəsində lazımınca bəhrələndi. Düşmənin minalanmış ərazilərin xəritələrini gizlətdiyi bir şəraitdə biz peyk görüntülərindən istifadə edə bilərik. Bunu diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Peyk görüntülərindən səmərəli istifadə etməliyik. Peyk görüntüləri bizə əlavə imkanlar yaradır, həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində. Biz ermənilər tərəfindən qırılmış meşələrin həcmini məhz peyklərdən müəyyən edə bilmişik və indi yerlərdə bunu təsdiq edirik. Meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən qırılıb, talan edilib və satılıb. Peyk görüntüləri, eyni zamanda, minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik”.
Qeyd edək ki, hazırda Minatəmizləmə Agentliyi tərəfindən mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır. Bərdə-Ağdam, Füzuli-Zəngilan-Ağbənd dəmir yolu xətlərinin, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətlərində avtomobil yollarının keçəcəyi ərazilərin, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksəkgərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Qubadlı, Ağdam və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları hazırda davam etdirilir. Mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin köməyi ilə həyata keçirilir. Bu işə dost ölkələrin istehkamçıları da cəlb olunublar. Verilən məlumatlara əsasən, ötən il sentyabrın 27-dən cari il fevralın birinci ongünlüyü də daxil olmaqla aparılmış minatəmizləmə əməliyyatları zamanı 15 075 602 kv.m (1 507 ha) ərazi yoxlanılıb, 8972 ədəd piyada və tank əleyhinə mina, 6569 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10

