Fransanın “Atlantico” portalı: Qarabağın kabus şəhəri Ağdam dirçəlişini gözləyir
04.02.2021 [09:08]
Fransanın “Atlantico” portalında “Qarabağın kabus şəhəri Ağdam dirçəlişini gözləyir” adlı məqalə dərc olunub.
Məqalədə deyilir ki, Birinci Qarabağ müharibəsi zamanı bölgədəki çoxsaylı şəhər və kəndlər “böyük Ermənistan” xəyallarını reallaşdırmağa cəhd edən ermənilərin nəzarəti altına keçdi. Müharibə nəticəsində 800 min azərbaycanlı doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrildi. Ermənilər tərəfindən işğal ediləndən sonra Ağdamda müharibədən əvvəlki həyat yoxa çıxdı və şəhər kabus məkana çevrildi. Ağdam sakini olan Tərlan İsgəndərova müharibə zamanı başlarına gələn hadisələrdən danışır. O, həmin vaxt 26 yaşlı ərinin həlak olduğunu, özünün hamilə vəziyyətdə evindən qaçmağa məcbur qaldığını bildirir. “Həyat yoldaşımdan qalan yeganə yadigarım qızımdır. Bütün əşyalarımızı qoyub çıxmalı olduq”, - deyən Tərlan Xocalıda törədilmiş qırğının onların şəhərində də təkrarlanacağından ehtiyat etdiklərini deyir. Köçkünlüyün ilk illərini çadırda keçirən, sonradan dövlətin bağışladığı gözəl mənzildə yaşayan Tərlan Ağdamı tərk edərkən hətta ərinin cəsədini tapa bilmədiyi, bu gün onun bir qəbri belə olmadığını söyləyir.
Jurnalist ermənilərin Ağdamda törətdikləri dağıntılardan bəhs edir. O yazır ki, şəhər talan edilərək dağıdılıb. Bir vaxtlar teatrı, mehmanxanaları, müxtəlif müəssisələri ilə Qarabağın əsas mərkəzlərindən olan Ağdamdan heç nə qalmayıb. Dünyada yeganə olan Çörək muzeyi, məşhur Muğam Mərkəzi yerlə-yeksan edilib. Yalnız ermənilərin nəzarət məntəqəsi kimi istifadə etdikləri bir məscid qalıb. Ermənilər hər şeyi, hətta evlərin daşlarını belə söküb aparıblar.
Müəllif onu da diqqətə çatdırır ki, İkinci Qarabağ müharibəsindən sonra ermənilər əraziləri tərk edərkən bütün evləri yandırıb, hər tərəfi minalayıblar. O qeyd edir ki, 2020-ci il noyabrın 20-də Azərbaycana qaytarılmış və geniş xarabalıqdan ibarət olan Ağdamda bu gün minatəmizləyənlər fəaliyyət göstərirlər. Əhalinin doğma evlərinə qayıtmaları üçün zamana ehtiyac var. Azərbaycan hökuməti şəhəri əvvəlki formada yenidən bərpa edəcəyini bildirib.
Jurnalist vurğulayır ki, bu gün bütün məcburi köçkünlərin yeganə bir arzusu var, o da doğma torpaqlarına qayıtmaqdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35

