/ / Fazil Mustafa: 10 noyabr Bəyanatının ruhuna zidd hər hansı bir davranış Ermənistan üçün fəlakətlə nəticələnə bilər
Fazil Mustafa: 10 noyabr Bəyanatının ruhuna zidd hər hansı bir davranış Ermənistan üçün fəlakətlə nəticələnə bilər
22.01.2021 [09:21]
“Moskvada yanvarın 11-də Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli sənəddə kifayət qədər ciddi məsələlər nəzərdə tutulur. Xüsusilə 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu maddəsinin gerçəkləşməsi istiqamətində iradə birliyi nümayiş olunur. Hesab edirəm ki, Rusiya da bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətində olduğunu ortaya qoydu və bu bizim maraqlarımıza uyğundur. Çünki Naxçıvanla quru yolunun açılması Azərbaycan üçün çox vacib məsələlərdəndir. Burada əsas məqam imzalanan sənədin icrasıdır ki, yaradılmış birgə İşçi Qrupu bununla bağlı yol xəritəsi hazırlayacaq. Bu, məsələnin konkretliyə doğru yönəldildiyini göstərir və biz prosesi irəli aparmaqda daha çox maraqlı olmalıyıq. Çünki bəhs olunan nəqliyyat-kommunikasiya xətlərinin açılması, layihələrin vaxtında icra edilməsi düşmənin əsassız mövqeyindən geri çəkilməsini təmin edəcək”. Bu fikirləri qəzetimizə açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.
Onun fikrincə, Ermənistanın üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlərə riayət etməsi bu ölkənin də dirçəlişinə təkan verəcək. Partiya sədri bildirib ki, Ermənistan ümumiyyətlə, hərbi ritorikadan əl çəkməli və iqtisadi ritorikanı gündəmdə tutmalıdır: “Bu ölkənin başqa çıxış yolu yoxdur. 10 noyabr Bəyanatının ruhuna zidd hər hansı bir davranış Ermənistan üçün fəlakətlə nəticələnə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu bir daha görəcək. Ümumiyyətlə, Ermənistan dövlət olaraq, xalq olaraq müharibə aparmaq qüdrətinə malik deyil. Bu ölkənin xarici güclər tərəfindən himayə olunduğu dövrdə qazandıqlarının heç bir real təməli yoxdur. Cənab Prezidentin səsləndirdiyi fikir onu göstərir ki, Ermənistan hərbi ritorikaya əl atarsa, bu ölkəni himayə edən qüvvələrin əlindən bütün arqumentlər çıxacaq və beləliklə, forpost ölkə meydanda tamam tək qalacaq. Yəqin ki, məğlub durumda olan Ermənistanda bunu dərk edən və reallığı düzgün dəyərləndirən qüvvələr tapılacaq”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

