/ / Adil Əliyev: Xalq gerçək qəhrəmanlarını tanıyır və onları dəyərləndirir, onlara qara yaxmaq istəyənlərin də niyyətlərini anlayır
Adil Əliyev: Xalq gerçək qəhrəmanlarını tanıyır və onları dəyərləndirir, onlara qara yaxmaq istəyənlərin də niyyətlərini anlayır
12.01.2021 [09:28]
“Azərbaycan Ordusu müharibədə şanlı zəfər qazandı, xalqımız birlik nümayiş etdirdi və bütün bunlar cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqları sayəsində reallaşdı. Cənab Prezident hər zaman deyirdi ki, qarşıya qoyulan bütün hədəflərə çatmışıq, bircə işğala son qoymalıyıq. Bunun üçün iqtisadiyyatımız və ordumuz gücləndirildi, müxtəlif hərbi texnikalar alındı və beləcə müqəddəs günə yaxınlaşdıq. Prezident və Ona inanan cəmiyyət hədəfinə 44 gün ərzində çatdı. 4-5 ay əvvələ qədər heç kim qısa zamanda torpaqlarımızın, o cümlədən Şuşanın azad olunacağını xəyal belə etmirdi. Xəyal gerçək oldu, Prezident müharibə günlərində açıq dedi ki, Şuşa azad olunmazsa, bizim işimiz yarımçıq qalar. Prezident verdiyi vədi yerinə yetirdi və işimiz yarımçıq qalmadı, qəhrəman hərbçilərimiz Şuşaya dağlardan dırmaşaraq düşməni məğlubiyyətə uğratdı”. Bu fikirləri Milli Məclisin Sədr müavini Adil Əliyev deyib.
Onun sözlərinə görə, ancaq indi bəziləri yenidən fəallaşaraq müharibə zamanı düşüncələrindəki “yarımçıq qalmış” işlərinə qaldıqları yerdən davam etməyə başlayıblar: “Söhbət radikal müxalifətdən, onun əsas “gücü” olan antimilli şuranı idarə edənlərdən gedir. Onlar ard-arda müsahibələr verir, Prezidenti və dövləti hədəf alırlar. Biri vətən və millətdən danışdığı halda Amerikadan geri qayıtmaq istəmir, müharibə günlərində göl qıraqlarından, qatıldığı məclislərdən şəkillər paylaşır, digəri isə həmişəki kimi evindən hamıya ağıl qoymağa çalışır. Anlamırlar ki, düşmənlə məsələmiz hələ bitməyib, torpaqlarımızı azad etdikdən sonra yerdə qalan separatçıları tam tərk-silah etməliyik, separatçıların xarici havadarları ilə də mübarizəmiz davam edir. Ancaq oturduqları evlərdən və xaricdəki ofislərindən saatlarla müsahibə verən antimilli ünsürlər xalqı bölməyə və təxribatlarını genişləndirməyə çalışırlar. Biri deyir ki, müharibədə onun rəhbəri olduğu partiyanın nümayəndələri də iştirak edib, kiminsə evinə yardım aparıb və s. Birincisi, müharibədə xalqın bütün övladları iştirak edib, hərbçilərimizdən hansı siyasi hərəkatın üzvü olub-olmadığı soruşulmayıb. Çünki, bu Vətən müharibəsiydi, Vətən isə hamımızındır. Radikal müxalifətin liderləri isə üzvlərinin müharibədə iştirak etdiklərini qabartmaqla sanki uğurda onların da payı olduğunu deməyə çalışırlar. O ki qaldı paylanılan yardıma, bunu da dövlətin müvafiq strukturlarından və Heydər Əliyev Fondundan çox edən yoxdur”.
Milli Məclisin Sədr müavini bildirib: “Cənab Prezidentin dediyi kimi, Azərbaycanda siyasi islahatlar uğurla davam edir, müxalifətin bir hissəsi parlamentdə təmsil olunub, digər hissəsi ilə də təmaslara ara verilmir, istək və arzuları dinlənilir. Bunun nəticəsidir ki, parlamentdən kənarda qalan müxalifət partiyalarının qeydiyyatı həll olunub, onlara çalışmaları üçün ofislər ayrılıb.
Bəs özünü digər müxalifət partiyalarından üstün sayan radikallar nə ediblər?
Hakimiyyətin dialoq çağırışına reaksiya vermədilər, sentyabrın 29-da siyasi partiyaların müharibə ilə bağlı birgə bəyanatına qoşulmadılar. Həmin gün siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin birgə bəyanat qəbul edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı törətdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini bildirdilər. Siyasi partiyalar tərəfindən göstərilən bu dəstək təkcə siyasi partiyaların xalqımız üçün çətin məqamda, dövlətimizin həyatında taleyüklü məsələlərin həllində bir narahatçılıqdan əlavə, həm də siyasi bir mədəniyyətin təzahürü idi. Ancaq müxalifətin azsaylı radikal hissəsi bu mədəniyyətin tərkib hissəsi olmaq istəmədi, yenə özlərini başqalarından “üstün” saydılar. İndi isə həmin radikallar yenidən “divan müxalifətinə” çevrilərək evlərindən və xaricdəki ofislərindən hamıya ağıl öyrətməyə çalışırlar. Keçməz. Xalq gerçək qəhrəmanlarını tanıyır və onları dəyərləndirir, onlara qara yaxmaq istəyənlərin də niyyətlərini anlayır”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

