Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası
27.11.2020 [09:03]
“Yandırılmış torpaq” taktikası 1977-ci il Cenevrə Konvensiyasının 1 saylı Protokolunun 54-cü maddəsi ilə qadağan edilir, 55-ci maddə isə öz növbəsində təbii mühitə zərər verməyi qadağan edir. İyirmi səkkiz ildən çoxdur ki, erməni işğalı altında olan Azərbaycanın yaşayış məntəqələrinin azad edilməsi ilə bütün dünya təcavüzkar Ermənistan dövlətinin işğal siyasətinin real nəticələrini və bütün mahiyyətini öz gözləri ilə görür. Vaxtilə yalnız Azərbaycan əhalisinin məskunlaşdığı çiçəklənən şəhər və kəndlər, indi çəyirtkə sürüləri kimi yolundakı hər şeyi məhv edən barbarlar - Ermənistan ordusu tərəfindən işğal edilmiş kabus şəhərlərin bir növ təcəssümüdür.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun “Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Tarixi salnamələrdə təsvir olunan ağrılı-acılı tanış mənzərə müasir tariximizin bir hissəsi oldu. Ümumiyyətlə, tarixin təkrarlandığını deyirlər, ancaq Azərbaycanın azad edilmiş ərazilərinin timsalında xüsusən də yandırılmış torpaq taktikasının tarixi təkrarlandığını ağrılı bir şəkildə deyə bilərik.
Yandırılmış torpaq taktikaları, dünya tarixində işğalçılar, məsələn, İkinci Dünya müharibəsi dövründə nasistlər tərəfindən geniş istifadə edilib. Düşməni başının üstündəki damdan məhrum etmək üçün bütün kəndləri yandırmaq barədə Vermaxtın əmri hər kəsə məlumdur (Paul Karel. Şərq Cəbhəsi “Yanmış Yer”. Səhifə 397 - Sənəd 4). Tarixə üç “hər şey” siyasəti olaraq bilinən yandırılmış torpaq taktikası da məlumdur. “Külə döndərmək” strategiyası kimi də adlandırılan üç “hər şey” məfhumu “Hər şeyi öldür”, “Hər şeyi yandır” və “Hər şeyi qarət et” prinsipini ehtiva edir.
Erməni faşistlərinin “yandırılmış torpaq” siyasəti nəticəsində Azərbaycanın işğal olunmuş yaşayış məntəqələri də xarabalığa çevrilib. Bu baxımdan “yandırılmış torpaq” taktikasının 1977-ci il Cenevrə Konvensiyasının 1 saylı Protokolunun 54-cü maddəsi ilə açıq şəkildə qadağan edildiyi, 55-ci maddənin isə öz növbəsində təbii mühitə zərər verməsini qadağan etdiyi bildirilməlidir.
Məlumdur ki, işğal olunmuş ərazilərdəki mülki binaların və infrastrukturun, tarixi, dini və mədəni abidələrin tamamilə məhv edilməsinə əlavə olaraq, erməni işğalçılarının minlərlə hektar relikt meşələri məhv etməsi, təbii sərvətləri qanunsuz şəkildə talamaları nəticəsində təbii mühit yararsız hala salınıb.
“Yandırılmış torpaq” siyasəti Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən 1992-ci ildən bəri davam etdirilən cinayətdir. Bu gün bütün dünya işğalçı hakimiyyət orqanlarının hərəkətsizliyi ilə Ermənistanın təslim olması nəticəsində azad edilmiş Azərbaycan yaşayış məntəqələrinin mülki obyektlərin necə yandırıldığı, infrastruktur obyektlərinin yararsız hala gətirildiyi, dini və tarixi abidələrinin necə dağıdıldığı barədə vandalların özləri tərəfindən müxtəlif media vasitələrində tirajlanan dəlillərin şahididir.
Eyni zamanda, 1990-cı illərin əvvəllərində dinc əhalini etnik mənsubiyyətinə görə məhv edən quldur və qatil dəstələrinə özü rəhbərlik edən və 44 günlük müharibə zamanı sinəsində xaç, əlində isə Kalaşnikov silahı ilə hər bir azərbaycanlını öldürməklə hədələyən terrorçu Ter-Ovannes Ovannisyanın rəhbərliyi altında erməni vandallarının qarət nümunələri dünyanın müxtəlif yerlərində tamamilə haqlı qəzəbə səbəb olur. Məgər bir xristian, xüsusilə də bir keşiş müdafiəsiz insanları öldürə, xristianlığın əsas məfhumlarından olan “öldürməyin” əmrini poza bilərmi? Ən dəhşətlisi budur ki, “keşiş” terrorçunun rəhbərliyi altında vandallar Xudavəng monastırını dağıdır, damdan plitələri çıxarır (görüntülər bir çox açıq mənbələrdə mövcuddur) və eyni zamanda, riyakar, yalançı ənənəvi erməni təbliğatına uyğun olaraq həyasızcasına və kinayəli şəkildə məbədin guya Kəlbəcər rayonunun azad edilməsindən sonra dağıdıldığının anonsunu indidən verirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş Ağdam şəhərinə və burada erməni təcavüzkarları tərəfindən təhqir edilmiş məscidə səfərinin son görüntüləri də daxil olmaqla bütün azad edilmiş ərazilərdən yayılmış görüntülər yandırılmış Qarabağ torpağının tezliklə bərpa olunacağına bir daha dəlalət edir. Azərbaycan rəhbərliyinin konstruktiv fəaliyyəti və bütün konfessiyaların dini abidələrinə diqqət və qayğısı ölkəmizin hüdudlarından kənarda da yaxşı bilinir. Otuz il ərzində vəhşicəsinə məhv edildikdən və işğalçı tərəfindən viran qoyulduqdan sonra yandırılmış torpağın çiçəklənəcəyi və dirçələcəyi gün uzaqda deyil.
İndi bu və ya digər şəkildə yalandan əzab çəkənlərə simpatiya bəsləyən hər kəs bayağı bir suala buyursun cavab versin: torpaqların sahibi kimdir? Viran qoyan, külə döndərib məhv edən, yoxsa ona qayğı göstərən, tikən və bərpa edən?
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

