Musa Ağayev: Azərbaycan hərbi sahədə əldə etdiyi uğurları diplomatik müstəvidə də davam etdirir
27.11.2020 [08:58]
“Bu günlərdə Azərbaycanın yaxın tarixinin ən qürurverici hadisələrinin şahidi oluruq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi qələbənin nəticəsi olaraq üçrəngli bayrağımız 20 noyabrdan Ağdamda, 25 noyabrdan etibarən isə Kəlbəcərdə dalğalanmaqdadır. İşğal faktına son qoyulması Azərbaycanın qəhrəman övladlarının canı və qanı bahasına başa gəlib. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm”. Bu ifadələri “Yeni Azərbaycan”a açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev dilə gətirib.
M.Ağayev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, Azərbaycan hərbi sahədə əldə etdiyi uğurları diplomatik müstəvidə də davam etdirir: “Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin bir neçə il müddətinə işğal etdiyi torpaqların böyük hissəsini cəmi 44 günə qaytarmaqla öz qüdrətini nümayiş etdirdi. Bu zəfərin nəticəsi olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpasını nəzərdə tutan üçtərəfli bəyanat imzalandı. İşğalçı Ermənistan həmin sənədə könüllü yox, məcburi şəkildə imza atdı. Ona görə düşmənin bu kapitulyasiya aktını imzalaması ilə işğal edilən daha 3 rayonun 1 nəfər şəhid belə vermədən azad olunması mühüm nailiyyətdir”. Partiya sədrinin sözlərinə görə, Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan cəmiyyətində müşahidə edilən qələbə əhval-ruhiyyəsi xalqımızın birliyini və həmrəyliyini bir daha ortaya qoyur: “Torpaq - Vətəndir, şərəfdir, ləyaqətdir. Ona görə də, uzun illər işğalda qalan torpaqların azad edilməsi xalqımızın içində olan nisgili söküb ataraq birliyimizi daha da gücləndirdi. Mən və bütün partiyadaşlarım əminik ki, Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik Azərbaycanın parlaq gələcəyi naminə daimi xarakter daşıyacaq. Eyni zamanda, indiki məqamda Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə doğma Qarabağın yenidən qurulması üçün xalqımızın birlik nümayiş etdirməsi çox vacibdir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07

